Məhkəmə qərarları › İş №2(021)-588/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-588/2021

04.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-588/2021 04.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ona pensiya təyin edilməi ilə əlaqədar Kəlbəcər rayonunun Yeni Həyat adına Kolxozda 02 oktyabr 1973-cü ildən 02 aprel 1993-cü ilədək sağıcı işlədiyi əmək fəaliyyəti dövrünün sosial sığorta stajı kimi hesablana bilməsi faktının təsdiqinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, o, xx.xx.1957-ci ildə Kəlbəcər rayon Şahkərəm kəndində anadan olmuşdur. O, Kəlbəcər rayonunun Yeni Həyat adına Kolxozda sağıcı işləmişdir. Təqaüd yaşına çatdığı üçün o, 02 oktyabr 1973-cü ildən 02 aprel 1993-cü ilədək sağıcı işləməsi nəzərə alınaraq ona sosial sığorta stajının müəyyən olunması və əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsinə müraciət etmiş, lakin tələb olunanan sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Odur ki, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi ərizəsinə dəqiqləşdirmə verərək, onun 02 oktyabr 1973-cü ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər rayonunun Yeni Həyat adına Kolxozda sağıcı işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizədə göstərlənlərə uyğun izahat verərək, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı tərəf Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Fondunun Bərdə rayon Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, nümayəndəsi heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.1957-ci ildə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsi tərəfindən verilmiş 1815 saylı 04.09.2020-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi Kəlbəcər rayonundan məcburi köçkün olmaqla Bərdə rayon F.B.Köçərli küçəsində müvəqqəti məskunlaşıb yaşayır. İş materiallarına əlavə edilmiş AA № 363175 saylı Məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi 1993-cü ildən Kəlbəcər rayonundan məcburi köçkündür. İş materiallarına əlavə edilmiş 04.09.2020-ci il tarixli Aktdan görünür ki, Kəlbəcər rayon Xallanlı kənd Yeni Həyat adına Kolxozda naxırçı işləmiş Abbasov İsmayıl Bəxtiyar oğlu və Kəlbəcər rayon Xallanlı kənd Yeni Həyat adına Kolxozda naxırçı işləmiş X1 rayon Şahkərəm kənd sakini Ərizəçi Kəlbəcər rayon Xallanlı kənd Yeni Həyat adına Kolxozda 02.10.1973-cü ildən 02.04.1993-cü ilə qədər sağıcı işlədiyini təsdiq etmişlər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsinin Bildirşindən müəyyən olunur ki, Ərizəçi ona sosial sığorta stajının müəyyən olunması və əmək pensiyası təyin edilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiəsi Fondunun Bərdə rayon Şöbəsinə müraciət etsə də, tələb olunanan sosial sığorta stajı və pensiya kapitalı olmadığından ona əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun etirazından görünür ki, Ərizəçi ərizəsinin rədd olunmasını xahiş etmişlər. Məhkəmə iclasında şahid qismində iştirak edən X7 oğlu bildirdi ki, Kəlbəcər rayon Yeni Həyat adına Kolxozda 1965- ci ildən çoban işləmişdir. Ərizəçi isə orada 1973-cü ildən sağıçı işləmişdir. O, özü də həmin kolxozda işləmiş və bu barədə məhkəmə qətnaməsin təqdim etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 oğlu bildirdi ki, Kəlbəcər rayon Yeni Həyat adına Kolxozda 1965- ci ildən çoban işləmişdir. Ərizəçi isə orada 1973-cü ildən sağıçı işləmişdir. O, özü də həmin kolxozda işləmiş və bu barədə məhkəmə qətnaməsin təqdim etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X10 oğlu bildirdi ki, 1998-ci ilin noyabr ayından 1990-cı ilin oktyabr ayına kimi Kəlbəcər rayon Başlıbel kənd sovetinin katibi olmuşdur. Ondan əvvəl isə Kəlbəcər rayon Yeni Həyat adına Kolxozda işləmişdir. Ərizəçi orada 1973-cü ildən işləməsinin şahidi olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi 02 oktyabr 1973-cü ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər rayon Yeni Həyat adına Kolxozda sağıcı işləməsi şahid ifadələrinə əsasən tam təsdiq olunur. Belə ki, işdə ifadə verən şahidlər özləri də həmin dövür üçün Kəlbəcər rayon Yeni Həyat adına Kolxozda işləmişlər.Lakin bu faktı təsdiq edən sənədləri Kəlbəcərin işğal altında olması səbəbindən ərizəçi həmin sənədləri əldə edə bilməmiş, həmin sənədlərin bərpası isə qeyri-mümkün olmuşdur. Ona görə də ərizə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi 02 oktyabr 1973-cü ildən 02 aprel 1993-cü ilədək Kəlbəcər rayon Yeni Həyat adına Kolxozda sağıcı işləməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar