Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-59/2023 23.10.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı BOKT ASC-nin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı BOKT ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi“ tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı BOKT ASC Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, - X1 "xxxx" BOKT ASC-nin xeyrinə xx.xx.2013-cü il tarixli, 200-13B-PK saylı kredit müqaviləsinə əsasən 399.31 manat əsas borc, 1325.60 manat hesablanmış faiz borcu olmaqla cəmi 1724.91 manat və xx.xx.2013-cü il tarixli, 200-13B saylı kredit müqaviləsi üzrə 1500.76 manat əsas borc, 4031.34 manat hesablanmış faiz, 6343.12 manat hesablanmış dəbbə, cəmi 11 875.22 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması; - xx.xx.2013-cü il tarixli, 200-13B-PK saylı və xx.xx.2013-cü il tarixli, 200-13B saylı kredit müqavilələri üzrə tələbin X3 məxsus olan ünvan 1ində yerləşən 0.25 ha torpaq sahəsində yerləşən, 58.5 kv.m yaşayış, 67.5 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 126 kv.m, 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə (MA seriyalı, ******* nömrəli, **********89-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2007 qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməsi; - fərdi yaşayış evinin dəyərinin 15000 manat qiymətlə hərrac çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönldilməsi; - mənzildə yaşayanlar X2 fərdi yaşayış evinə istifadə hüquqlarına xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2013-cü il tarixli 200-13B saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh ilik 6 faizlə 18 ay güzəştli dövr olmaqla 36 ay müdddətinə 9000 manat məbləğində kredit, xx.xx.2013-cü il tarixli 200-13B-PK saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh ilik 36 faizlə 27 GÜN güzəştli dövr olmaqla 36 ay müdddətinə 400 manat məbləğində kredit verilmişdir. Həmin müqavilələrin təminatı kimi xx.xx.2013-cü il tarixli 200-13B saylı Sonrakı İpoteka (girov) Müqaviləsi bağlanmış Bərdə rayon Kərimbəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən v oğluna məxsus olan 58.5 kv.m yaşayış, 67.5 kv.m yardımçı, 126 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Sonrakı ipoteka müqaviləsi notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. xx.xx.2013-cü il tarixə qədər xx.xx.2013-cü il tarixli 200-13B-PK saylı kredit müqaviləsi üzrə Cavabdeh 399.31 manat əsas, 1325.60 manat faiz borcu olmaqla, cəmi 1724.91 manat borcu , xx.xx.2013-cü il tarixli 200-13B saylı kredit müqaviləsi üzrə 1500.76 manat əsas, 4031.34 manat faiz borcu, 6343.12 manat hesablanmış dəbbə olmaqla, cəmi 11875.22 manat borcu vardır. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə bu orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirmirlər. Məhkəmə iclasında İddiaçı BOKT ASC -nin nümayəndəsi X8 iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdeh qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsində isə göstərilir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iş materiallarındakı sənədləri hərtərəfli və tam tədqiq edərək belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, mülki işə əlavə edilmiş xx.xx.2013-cü il tarixli 200-13B saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh ilik 6 faizlə 18 ay güzəştli dövr olmaqla 36 ay müdddətinə 9000 (doqquz min) manat məbləğində kredit verilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2013-cü il tarixli 200-13B-PK saylı kredit müqaviləsinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh ilik 36 faizlə 27 gün güzəştli dövr olmaqla 36 ay müdddətinə 400 manat məbləğində kredit verilmişdir Mülki işə əlavə edilmiş xx.xx.2013-cu il tarixli 200-13B saylı Daşınar Əmlakın Girov Müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli 200-13B saylı və xx.xx.2013-cü il tarixli 200-13B-PK saylı kredit müqavilələrinin təminatı olaraq tərəflərin qarşılıqlı razılaşması əsasında dəyəri 5600 manat olan 80 baş xırda buynuzlu malqara və 1620 manat dəyərində ev əşyaları girov müqaviləsinin predmeti kimi bank qarşısında qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2009-cu il tarixli 94 saylı İpoteka (Girov) müqaviləsindən görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2009-cu il tarixli 94 saylı kredit müqaviləsi üzrə ilik 33% olmaqla 12 ay müdddətinə 3 ay güzəşt dövrü olmaqla 10000 ABŞ dolları məbləğində kreditin təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bərdə rayon Kərimbəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən 58.5 kv.m yaşayış, 67.5 kv.m yardımçı, 126 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsində ipotekanın predmeti 17000 ABŞ dolları dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2013-cü il tarixli 200-13B saylı Sonrakı İpoteka (girov) Müqaviləsindən görünür ki, xx.xx.2013-cü il tarixli 200-13B saylı və xx.xx.2013-cü il tarixli 200-13B-PK saylı kredit müqavilələrinin təminatı olaraq Cavabdeh xüsusi mülkiyyətindəki ünvan 1i ünvanında 0.25 ha torpaq sahəsində yerləşən Liter A: 58,5 kv-m yaşayış, 67,5 kv-m yardımçı, 126 kv-m ümumi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi(həyətyanı tikili və qurğular) Liter 1:1 mərtəbəli qaraj 26,1 1.vm, Liter 2:1 mərtəbəli Tövlə 51.5 kv.m, Liter 3: 1 mərtəbəli əl damı 12,6 kv.m və 90,2 kv.m ümumi tikintialtı sahə ipoteka ilə yüklü edilmişdir. Müstəqil qiymətləndiircinin rəyinə əsasən ipotekanın predmeti 15000 manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Kreditin verilməsi üçün Əmlakın Qiymətləndirilməsi barədə xx.xx.2013-cü il tarixli Ekspert rəyindən görünür ki, Cavabdeh məxsus olan Bərdə rayon Kərimbəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı 58.5 kv.m yaşayış, 67.5 kv.m yardımçı, 126 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 15000 (on beş min) manat, bazar dəyəri isə 21000 (iyirmi bir min) manat dəyərində qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2009-cu ildə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli Seriya MA № ******* saylı çıxarışdan görünür ki, Bərdə rayon Kərimbəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 58.5 kv.m yaşayış sahəsi olan, 67.5 yardımçı sahəsi olan, 126 kv.m ümumi sahəsi olan fərdi yaşayış evi və ümumi sahəsi 90.2 kv.m olan fərdi yaşayış evinin tərkibi - həyətyanı tikili və qurğuları Cavabdeh tam mülkiyyəti kimi rəsmiləşdirilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2013-cü il tarixli iltizamdan görünür ki, Cavabdeh və X6 ipoteka qoyulmuş fərdi yaşayış evinə tutmanın yönəldilməsi haqqında bildiriş ipoteka qoyana verildiyi andan 7 gün ərzində borc öhdəliyi yerinə yetirilməzsə ən geci 1 ay ərzində fərdi yaşayış evini könüllü tərk etmələri öhdəyini götürmüşlər. Mülki işə əlavə edilmiş X4 xx.xx.2013-cü il tarixdə notarial qaydada təsdiqlənmiş ərizəsindən görünür ki, əriz Cavabdeh məxsus Bərdə rayon Kərimbəyli kəndində yerləşən fərdi yaşayış evinin ipoteka qoyulmasına razılıq vermiş və ipoteka predmetinə tutma yönəldildikdə həmin yaşayış evini dərhal tərk etməyi öhdələrinə götürmüşdür. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli 426 saylı bildirişdən görünür ki, İddiaçı BOKT ASC tərəfindən Cavabdeh ipoteka predmetinə tutma yönəldilməsi barədə xəbərdarlıq göndərmişdir. Mülki işə əlavə edilmiş 431 saylı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, İddiaçı BOKT ASC Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Bərdə rayon Ərazi İdarəsinə ərizə ilə müraciət edərək, ipoteka predmetinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması barədə müraciət edərək, Cavabdeh mülkiyyətində olan Bərdə rayon Kərimbəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən 58.5 kv.m yaşayış, 67.5 kv.m yardımçı, 126 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Maliyyə arayışdan görünür ki, xx.xx.2013-cü il tarixli 200-13B saylı kredit müqaviləsi üzrə Cavabdeh 1500,76 manat əsas, 4031,34 manat faiz borcu, 6343,12 manat hesablanmış dəbbə olmaqla, cəmi 11875,22 manat borcu təşkil edir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli Maliyyə arayışdan görünür ki, xx.xx.2013-cü il tarixli 200-13-PK saylı kredit müqaviləsi üzrə Cavabdeh 399,31 manat əsas, 1325,60 manat faiz borcu olmaqla, cəmi 1724,91 manat borcu təşkil edir. Mülki işə əlavə edilmiş ödəniş tapşırığından görünür ki, İddiaçı BOKT ASC məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş xx.xx.2020-ci il tarixli ödəniş qəbzindən görünür ki, «İddiaçı BOKT» ASC məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki işə əlavə edilmiş "xxxx" MMC tərəfindən təqdim edilmiş Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə 02-120/23 saylı xx.xx.2023-cü il tarixli Rəydən görünür ki, aparılmış hesablamalar və təhlillərə əsasən xx.xx.2009-cu ildə qeydiyyata alınmış ********** qeydiyyat nömrəli MA №0000608 saylı çıxarışa əsasən Bəkirov İsrǝfil Məhəmməd oğluna məxsus Bərdə rayon Kərimbəyli kəndində yerləşən 0.25 ha torpaq sahəsində yerləşən həyətyanı tikili və qurğuları LİTER 1: 1 mərtəbəli 26.1 kv.m tikintialti sahəsi olan qaraj, LİTER 2: 1 mərtəbəli 51.5 kv.m tikintialtı sahəsi olan tövlə, LİTER 3: 1 mərtəbəli 12.6 kv.m tikintialtı sahəsi olan əl damı olan Liter A: 1 mərtəbəli, 2 otaqlı, 58.5 kv.m yaşayış sahəsi olan, 67.5 yardımçı sahəsi olan, 126 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə birlikdə xx.xx.2023-cü il tarixinə: bazar dəyəri 25000 (iyirmi beş min ) manat dəyərində, likvid dəyəri isə 20000 (iyirmi min) manat dəyərində qiymətləndirilmişdir. Qiymətləndirmə xərci 250 (iki yüz əlli ) manat təşkil edir. Məhkəmə tərəfindən müəyyən edildi ki, "xxxx" ASC tərəfindən Cavabdeh xx.xx.2013-cü il tarixli 200-13B saylı kredit müqaviləsi üzrə 9000 manat, xx.xx.2013-cü il tarixli 200-13B-PK saylı saylı kredit müqaviləsi üzrə 400 manat kredit verilmişdir. Həmin kredit müqavilələrinin təminatı olaraq Cavabdeh mülkiyyətində olan Bərdə rayon Kərimbəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən 58.5 kv.m yaşayış, 67.5 kv.m yardımçı, 126 kv.m ümumi sahədən ibarət 1 mərtəbəli 3 otaqlı fərdi yaşayış evi və evin həyətyanı tikili və qurğular ilə birlikdə bank qarşısında ipoteka ilə yüklü edilmişdir. İş üzrə iddiaçı "xxxx" ASC üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh müqavilə üzrə öhdəliklərinin lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Mülki Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Mülki Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Mülki Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Mülki Məcəllənin 741.1-ci maddəsinə əsasən bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcalanın əmlak vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsi və ya borcalanın borcverənə hər hansı yanlış məlumat verməsi səbəbindən borcun vaxtında qaytarılmayacağı açıq-aşkar bəlli olduqda, yaxud borcalan borcun verilməsi üçün borc müqaviləsində nəzərdə tutulmuş öhdəliyini icra etmədikdə, o cümlədən təminat təqdim etmədikdə, borcverən borc vermək öhdəliyini tam və ya qismən icra etməkdən birtərəfli qaydada imtina edə bilər. Göründüyü kimi, Cavabdeh kredit müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi icra etməmiş, iddiaçıya olan borcunu müqavilədə nəzərdə tutulan vaxtda və qaydada ödəməyərək, müqavilənin şərtlərini pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh borcunu ödəməməsi öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir.Bu səbəbdən Cavabdeh risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qanunun mənasına görə dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən və öhdəliyin icrasının təmin edilməsi üsulu kimi öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyinə görə borclunun kreditora cərimə və ya penya formasında ödəməli olduğu pul məbləğidir. Dəbbə pulunun hüquqi təyinatı əsas öhdəliyin müqavilənin şərtlərinə və qanunvericiliyin tələblərinə müvafiq olaraq lazımınca, vaxtında, tam həcmdə ödənilməsini təmin etməkdir. Dəbbə pulu mülki qanunvericiliyin prinsipləri olan mülki hüquq subyektlərinin bərabərliyi və müqavilə azadlığına uyğun, yəni tərəflər arasında sərbəst şəklində bağlanmış müqavilə ilə müəyyənləşdirilir. Bununla yanaşı Mülki Məcəllənin 467-ci maddəsi tərəflər arasında müəyyənləşdirilmiş dəbbə pulunun məhkəmə tərəfindən azaldılmasını nəzərdə tutmuşdur. Həmin normada istənilən dəbbə pulun deyil, yalnız tənasübsüz surətdə yüksək olan dəbbə pulun azaldılması göstərilmişdir. Qeyd olunan maddənin dispozitiv şərtlərinə görə məhkəmə işin hallarını və tənasüb müəyyənləşdirilərkən kreditorun əmlak və bütün əsaslı mənafelərini nəzərə almalıdır. Məhkəmə işin hallarını, yəni cavabdeh tərəfindən götürülən kredit məbləğini, kreditin verilmə tarixini və müqavilənin bitmə tarixini müqayisə edərək, həmçinin aparılmış ödənişləri, kreditə görə hesablanan faizləri nəzərə alır və iddiaçı "xxxx" BOKT ASC-nin iddiasının xx.xx.2013-cü il tarixli, №200-13B saylı Kredit (Borc) Müqaviləsi üzrə 6343,12 manat məbləğində cərimənin tutulması hissəsinə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, cərimə təyin edilərkən tənasüblük qorunmamış, kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmaqla, yüksək hesablanmış dəbbə pulu azaldılmalı və cavabdehlərdən dəbbə pulu olaraq 500 manat məbləğində pul tutulmalıdır. Məhkəmə tərəfindən həmçinin müəyyən edildi ki, "xxxx" ASC və Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli 200-13B saylı Sonrakı İpoteka (girov) Müqaviləsinə əsasən Cavabdeh ilə kreditor Parabank ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli 200-13B saylı və xx.xx.2013-cü il tarixli 200-13B-PK saylı kredit müqavilələrinin təminatı olaraq Cavabdeh xüsusi mülkiyyətindəki ünvan 1i ünvanında 0.25 ha torpaq sahəsində yerləşən Liter A: 58,5 kv-m yaşayış, 67,5 kv-m yardımçı, 126 kv-m ümumi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evi və fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter 1:1 mərtəbəli qaraj 26,1 1.v-m, Liter 2:1mərtəbəli tövlə 51.5 kv.m, Liter 3: 1 mərtəbəli əl damı 12,6 kv.m və 90,2 kv.m ümumi tikintialtı sahə ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsinə əsasən ipoteka saxlayanın tələblərinin ödənilməsi üçün tutma, ipoteka ilə təmin edilmiş öhdəliyi ipoteka verən yerinə yetirmədikdə və ya lazımınca yerinə yetirmədikdə ipoteka ilə yüklü edilmiş əmlaka yönəldilməsi barədə tərəflər razılığa gəlmişlər. Cavabdeh həmin kredit müqaviləsi üzrə götürdüyü öhdəliyi müəyyən edilmiş vaxtda və qaydada icra etməmiş və iddiaçı (ipoteka saxlayana) ipotekaya tutma yönəltmək hüququndan istifadə etmişdir. İddiaçı cavabdehlərə kredit müqaviləsinə əsasən ödəmədiyi kredit borcuna görə tələbin Cavabdeh mülkiyyətindəki ünvan 1i ünvanında 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə məhkəmə qaydasında tutmanın yönəldilməsinin başlanması barədə bildiriş göndərmiş, həmin bildiriş Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX- nin Bərdə Ərazi İdarəsində qeydə alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Mülki Məcəllənin 269.2-ci maddəsinə əsasən girov və ipoteka hüququ əşya hüquqlarının məhdudlaşdırılmasından ibarətdir. Mülki Məcəllənin 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Mülki Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Mülki Məcəllənin 317.1-ci maddəsinə əsasən Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Mülki Məcəllənin 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 36.3-cü maddəsinə əsasən İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında 1 iş günü müddətində qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana göndərildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir. Qeydiyyat orqanı ərizəni onun verildiyi gün qəbul edir və bir nüsxəsini qeydiyyat orqanının səlahiyyətli şəxsinin imzası və möhürü ilə təsdiqləməklə ərizəçiyə qaytarır. İpoteka haqqında Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinə əsasən Bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. Təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən, ipoteka predmetinə tutmanın yönəldilməsi proseduruna əməl etmiş, ipoteka saxlayanın ipoteka predmetinə tutma yönəldilməsi hüququ yaranmışdır. İddiaçı (ipoteka saxlayan) hazırda tutmanın ipoteka predmetinə yönəldilməsini və ipoteka predmetinin açıq hərracdan satılmasını tələb edir. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməli, öhdəlik icra edilmədiyindən kredit borcu üzrə tutma borcun təminatı olaraq ipoteka ilə yüklü edilmiş Cavabdeh mülkiyyətində olan ünvan 1i ünvanında 0.25 ha torpaq sahəsində yerləşən Liter A: 58,5 kv-m yaşayış, 67,5 kv-m yardımçı, 126 kv-m ümumi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter 1:1 mərtəbəli qaraj 26,1 1.v-m, Liter 2:1mərtəbəli tövlə 51.5 kv.m, Liter 3: 1 mərtəbəli əl damı 12,6 kv.m və 90,2 kv.m ümumi tikintialtı sahə ilə birlikdə yönəldilməli, həmin fərdi yaşayış evi açıq hərracda satılmalı, satışdan əldə ediləcək pul vəsaiti yuxarıda göstərilən pul tələbinin təmin edilməsi üçün iddiaçıya ödənilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, ipoteka predmeti olan fərdi yaşayış evinin qiyməti ilə bağlı suala aydınlıq gətirilməsi üçün müvafiq ekspertiza təyin edilmiş və ekspert rəyi ilə müəyyən olunmuşdur ki, ipoteka ilə yüklü edilmiş Bərdə rayon Kərimbəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin likvid dəyəri 20000 manat , bazar dəyəri isə 25000 manat təşkil edir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ipoteka predmetinin ilkin satış qiyməti mütəxəssis rəyi ilə müəyyən edilmiş məbləğ götürülməli, ipoteka qoyulmuş əmlakın likvid qiyməti 20000 manat məbləğində müəyyən olunmalıdır. Məhkəmə iddia tələbinin ipoteka predmeti olan Bərdə rayon Kərimbəyli kəndində 0.25 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinə tutma yönəldikdə cavabdehlərin cavabdehlərin istifadə hüquqluna xitam verilməklə çıxarılması və evinin məcburi boşaldılması ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən, Yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Bu Qanunun 59.4-cü maddəsinə görə, Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, qanunvericilikdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin məhkəmə qərarı ilə ipoteka predmetindən məcburi qaydada çıxarılması nəzərdə tutulmuşdur, ipoteka predmetinin boşaldılması deyil. Lakin, bu halda iddia ərizəsində müəyyən olunur ki, bank tərəfindən iddia tələbində ipoteka predmetindən çıxarılma nəzərdə tutulduğundan iddia tələbi həmin hissədə də təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddia tələbi ipoteka predmetinə istifadə hüququnun itirilməsi hissəsində rədd edilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, iddiaçı kimi İddiaçı BOKT ASC ipoteka predmeti əmlaka istifadə hüququnun itirilməsi barədə iddia qaldırmaq hüququnun subyekti deyildir. Tərəflər arasında yaranmış müqavilə münasibətləri (kredit və ipoteka) çərçivəsində bankın tələb hüququna yalnız kreditin qaytarılması və bununla bağlı zərərin ödənilməsini tələb etmək, ipoteka predmetinə tutma yönəltmək, eləcə də ipoteka predmetində yaşayan şəxslərin mənzildən çıxarılması aid ola bilər. Nə Mülki Məcəllədə, nə də ki “İpoteka haqqında” Qanunda bankın bu məzmunda iddia qaldırmaq hüququ nəzərdə tutulmamışdır. Həmin hüquq ipoteka predmetinə tutma yönəldilərək mənzil özgəninkiləşdiriləcəyi halda yeni mülkiyyətçiyə məxsusdur. Bu səbəbdən də, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı BOKT ASC-nin iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2013-cü il tarixli 200-13B saylı kredit müqaviləsi üzrə 1500,76 manat əsas, 4031,34 manat faiz borcu, 500,0 manat hesablanmış dəbbə borcu olmaqla, cəmi 6032,1 manat , xx.xx.2013-cü il tarixli 200-13B-PK saylı kredit müqaviləsi üzrə 399.31 manat əsas, 1325.60 manat faiz borcu olmaqla, cəmi 1724.91 manat alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalı, tutulan məbləğ Cavabdeh xüsusi mülkiyyətindəki ünvan 1i ünvanında 0.25 ha torpaq sahəsində yerləşən Liter A: 58,5 kv-m yaşayış, 67,5 kv-m yardımçı, 126 kv-m ümumi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter 1:1 mərtəbəli qaraj 26,1 1.v-m, Liter 2:1mərtəbəli tövlə 51.5 kv.m, Liter 3: 1 mərtəbəli əl damı 12,6 kv.m və 90,2 kv.m ümumi tikintialtı sahə ilə birlikdə yönəldilməli, fərdi yaşayış evinin ilkin satış qiyməti 20000 (iyirmi min ) manat müəyyən olunmalı, fərdi yaşayış evi açıq hərracdan satılmalı,əldə olunan vəsait hesabına iddiaçının borc tələbi ödənilməli, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi əmlakın mülkiyyətçisinə qaytarılmalı, fərdi yaşayış evi satıldıqdan sonra Cavabdeh həmin evdən məcburi çıxarılmalı və fərdi yaşayış evi boşaldılmalıdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 30 manat məbləğində rüsumu Cavabdeh İddiaçı BOKT ASC-nin xeyrinə tutulmalıdır. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2013-cü il tarixli 200-13B saylı kredit müqaviləsi üzrə 1500,76 manat əsas, 4031,34 manat faiz borcu, 500 manat hesablanmış dəbbə borcu olmaqla, cəmi 6032,1 manat , xx.xx.2013-cü il tarixli 200-13B-PK saylı kredit müqaviləsi üzrə 399.31 manat əsas, 1325.60 manat faiz borcu olmaqla, cəmi 1724.91 manat alınaraq İddiaçı BOKT ASC-yə ödənilsin. Tutma Cavabdeh mülkiyyətində olan ünvan 1i ünvanında 0.25 ha torpaq sahəsində yerləşən Liter A: 58,5 kv-m yaşayış, 67,5 kv-m yardımçı, 126 kv-m ümumi sahədən ibarət 1 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evinə fərdi yaşayış evinin tərkibi (həyətyanı tikili və qurğular) Liter 1:1 mərtəbəli qaraj 26,1 1.v-m, Liter 2:1mərtəbəli tövlə 51.5 kv.m, Liter 3: 1 mərtəbəli əl damı 12,6 kv.m və 90,2 kv.m ümumi tikintialtı sahə ilə birlikdə yönəldilsin. İpoteka predmetinin ilkin satış qiyməti 20 000 (iyirmi min) manat müəyyən edilsin. Həmin əmlak açıq hərracdan satılmaqla kredit borcu bu əmlakın dəyərindən tutulsun və artıq qalan məbləğ mülkiyyətçiyə qaytarılsın. İpoteka predmeti açıq hərracdan satıldıqdan sonra ən geci 1 (bir) ay ərzində Cavabdeh həmin fərdi yaşayış evindən məcburi çıxarılsın və fərdi yaşayış evi boşaldılsın. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə ödənilmiş 30,00 manat dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı BOKT ASC -yə ödənilsin. Məhkəmə qaydasında tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ƏMDK yanında DƏDRX- nin 7 saylı Ərazi İdarəsinə ödənilmiş 20,00 manat məbləğində rüsum Cavabdeh alınaraq İddiaçı BOKT ASC-nin xeyrinə ödənilsin. Qiymətləndirmə Ekspertiza tədqiqatının dəyəri 250 manat Cavabdeh tutularaq "xxxx" MMC -yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-59/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-59/2023
23.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver