Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-617/2022 05.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X49 oğlunun, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili X12, İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh və nümayəndəsi X20 iştirakları ilə, İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair ilk, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Həsənova Gülbəniz Əşrəf qızına, X6 və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmasının təsdiq edilməsi və X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DƏDRX-nin Qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyesterində 170 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 17 dekabr 2021-ci il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmış Çıxarışın etibarsız hesab edilməsinə tələbinə dair qarşılıqlı iddia üzrə mülki işə Bərdə Rayon məhkəməsinin inizbati binasında işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh Həsənova Gülbəniz Əşrəf qızına, X6, Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmasının təsdiq edilməsi və X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DƏDRX-nin Qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyesterində 170 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 17 dekabr 2021-ci il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmış Çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı qızı iddia ərizəsini onunla əsaslandırılmışdır ki, Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən 0,5742 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X9 və onun həyat yoldaşı X16 mülkiyyətində olmuşdur. X21 18 fevral 2020-ci il tarixində X30 isə 15 aprel 2021-ci il tarixində vəfat etmişdir. Bundan sonra onların birgə nikahlarından olan 29 yanvar 2009-cu il təvəllüdlü X13 adlı övladları Bərdə rayonu İcra Hakimiyyəti Başçısı 27 may 2021-ci il tarixli sərəncamı ilə onun qəyyumluğuna verilmişdir. X21 və X31 vəfat etdikdən sonra onların mülkiyyətində olan Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 0,5742 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi 2V-1421 saylı, 18 oktyabr 2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüquq haqqında şəhadətnamə əsasında qızları X4 mülkiyyətinə verilmiş və mülkiyyət hüquqları 17 dekabr 2021-ci il tarixdə DƏDRX- də ********** saylı qeydiyyat nömrəsi ilə qeydiyyata alınaraq Çıxarış alıblar. Hazırki iddianı qaldırmaqlarına səbəb odur ki, hazırki iş üzrə Cavabdeh sözü gedən torpaq sahəsini zəbt etmiş və onların ondan torpaq sahəsində çıxmasını tələb etməsinə baxmayaraq, haqlı tələblərinə məhəl qoymur və həmin torpaq sahəsindən istifadə etməyə maneçilik törədir. Bu səbəbdən də məcbur qalıb məhkəməyə müraciət ediblər. Qarşılıqlı iddia üzrə iddiaçı ilk iddia üzrə Cavabdeh qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki, X4 qanuni nümayəndəsi İddiaçı məhkəmədə ona qarşı torpaq sahəsindən çıxarılmasına dair iddia tələbini qəbul etmir. Belə ki, X4 qanuni nümayəndəsi İddiaçıın bacısı X16 mərhum həyat yoldaşı X27 onlar nikaha daxil olmamışdan əvvəl özünün istifadəsinə və mülkiyyətinə verilmiş Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 550000 manat pul müqabilində ona satmışdır. Bu fakt 24 may 2002-ci il tarixində X14 yazdığı və imza etdiyi qəbzlə təsdiq edilir. Bundan başqa X27 tərəfindən mübahisəli torpaq sahəsini ona satması 24 may 2002-ci il tarixdə Bərdə rayonu İcra hakimiyəti Başcısının Böyük Göyüşlü Kənd saxinləri X14, Səmədov Mehman Musa oğlunun, X17, X10 və Göyüşlü Bələdiyyəsinin baş muhasibi X7 iştirakı ilə 0,57 ha torpaq sahəsnini 550,000 manata ona satması barədə akt tərtib olunmuş və icra nümayəndəliyinin möhürü ilə akt təsdiq edilmişdir. Eyni zamanda mərhum X27 29 aprel 2002-ci il tarixdə torpaq sahəsini ona satan zaman torpaq sahəsinin ərazisini yerində göstərib “Torpağa mülkiyyət hüququna dair” JN 157 KOD 61002018 Dövlət Aktının əslini ona vermişdir. Bundan 8 ay sonra X1 Elman Musa oğlu ilə nigaha girib evlənmişdir. Həmin torpaq sahəsi 20 ildir ki, onun sahibliyindədir və həmin torpaq sahəsini əkib becərir. O, həmin torpaq sahəsini adına qəydiyyat aldırmaq istəyib, lakin savadsız və maddi imkansız olduğundan həmçinin X27 19 yanvar 2020-ci il də vəfat etdiyi üçün torpaq sahəsini adına qeydiyyata aldıra bilməmişdir. X5 torpaq sahəsini ona satdıqdan sonra ona torpaq sahəsindən iistifadə etməyinə heç bir maneçilik etməmiş, ailəsinə yəni arvadı X22 JN157 KOD 61002018 Dövlət aktı ilə istifadəsinə verilmiş 0,57 ha torpaq sahəsini onunla şifahi alqı satqı müqaviləsini bağlayaraq 550.000 manat pul müqabilində ona satdığını bildirmişdir. Cavabdeh X4 qanuni nümayəndəsi İddiaçı bacısı X31 və əri X27 vəfat etdikdən sonra həmin torpaq sahəsinin onun adına qeydə alınmasına maneələr yaratmağa başlamışdır. Belə ki, İddiaçı bacısı X16 və X14 övladlığına verilmiş X27 vəfat etdikdən sonra 27 may 2021-ci il tarixdə qəyyumluğuna götürmüş və X14 adına verilmiş Torpağa Mülkiyyət Hüququna Dair JN 157 KOD 61002018 dövlət aktı ilə X14 istifadəsinə və mülkiyyətinə verilmiş Elman Mustafayevin onunla alqı-satqı müqaviləsi bağlayaraq 550.000 manat pul müqabilində ona satdığı Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən 0.57 ha torpaq sahəsini vərəsə kimi qəbul edərək, X4 adına dövlət qeydiyyatına aldırmışdır. X3 arasında Bərdə rayonu, Böyük Göyüşşlü kəndində yerləşən və Elmanın istifadəsinə verilmiş 0.57 ha kənd təsərrüfat təyinatlı torpaq sashəsinin ona satılmasına dair bağlanmış alqı-satqı müqaviləsi, 29 aprel 2002-ci il tarixdə X27 tərəfindən verilmiş qəbzlə və 24 may 2002-ci il tarixdə tərtib olunmuş aktla mülkiyyətçi mərhum X27 tərəfindən mübahisəli torpaq sahəsinin onun mülkiyyətində olmasını təsdiq edən JJN 157 KOD 61002018 Dövlət Aktını ona şəxsən təqdim etməklə 20 il ərzində mülkiyyətçi, sahiblik və istifadə etdiyi təsdiq olunduğundan X27 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanması təsdiq edilməlidir. Daha sonra qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia həcminin artırılması barədə ərizə verərək, cavabdeh Musatafyeva Xədiacə Elman qızının qanuni nümayəndəsi İddiaçı ona qarşı qaldırdığı torpaq sahəsindən çıxarılma tələbinə dair ilkin iddianın rədd edilməsi, Bərdə rayonu, Böyük Göyüşlü kəndində yerləşən X14 adına verilmiş Torpağa Mülkiyyət Hüququnun Verilməsinə Dair JN 157 KOD 61002018 Dövlət aktı ilə X14 mülkiyyətinə verilmiş 0,57 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ona 550.000 manat, pul müqabilində satmasına dair X27 ilə onun arasında alqı-satqı müqaviləsinin bağlanmasının təsdiq edilməsi və X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DƏDRX-nin Qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyesterində 170 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 17 dekabr 2021-ci il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmış Çıxarışın etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın isə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabadeh İddiaçı və vəkili X28 iddia ərizəsinə uyğun izahat vermiş, iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə Cavabdeh iddianı qəbul etməyərək, qarşılıqlı iddianı müdafiə edərək, qarşılı iddia ərizəsinə uyğun izahat verərək, ilkin iddianın rədd, qarşılıqlı iddianın isə təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X34 ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Qarşılıqlı iddia üzrə cavabdehlər Mustafayeva Xədicə Elman qızı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi qaydada bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Mustafayeva Xədicə Elman qızı və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatını və şahidlərin ifadələrini dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia tələbi təmin edilməməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Belə ki, məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X44 izahatında östərmişdir ki, 2002-ci ildə Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsi işləmişdir. Kənddə islahat 1998-ci ildə getmişdir, islahat gedən vaxtdan sonra iddiaçını heç vaxt mübahisəli torpaq sahəsində görməmişdir. Həmin vaxtdan Cavabdeh torpağı Elman Mustafayevdən pul verərək almışdır, bütün kənd camaatıda buna şahid olmuşdur. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X23 izahatında göstərmişdir ki, Mustafayev Elman əmisidir, əmisi vəfat edib. Vəfat etməmişdən əvvəl pay torpaq sahəsini satmaq üçün əvvəlcə ona müraciət etmişdir. Bildirmişdir ki, torpağı o vaxtın pulu ilə 50 şirvana satır, o, əmisinə bir neçə gün gözləsə torpağı ondan alacağını bildirmişdir. Əmisi isə demişdir ki, təcili pula ehtiyacı var gözləyə bilməz və torpağı Cavabdeh satmışdır. Məhkəmə hazırlıq iclasıda şahid qismində dindirilmiş X8 izahatında göstərmişdir ki, X27 onun əmisi oğludur, əmisi oğlu torpağı Cavabdeh satmışdır. Belə ki, iş materiallarında olan AZE 15310357 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh 09 mart 1966-cı ildə Bərdə rayonu, Göyüşlü kəndində doğulmuş, Bərdə rayonu, Böyük Göyüşlü kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 09302615 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X23 05 fevral 1977-ci ildə Bərdə rayonu, Göyüşlü kəndində doğulmuş, Bərdə rayonu, Böyük Göyüşlü kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 14256306 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 15 yanvar 1964-cü ildə Bərdə rayonu, Göyüşlü kəndində doğulmuş, Bərdə rayonu, Böyük Göyüşlü kəndində qeydiyyatdadır. İş materiallarında olan AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı 07 avqust 1968-ci ildə doğulmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrində 170 nömrəli reyestir kitabının 34 nömrəli vərəqində 17 dekkabr 2021-ci il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmış şıxarışın surətindən müəyyən olunur ki, X4 mülkiyyətinə Bərdə rayonu Böyük Göyüşlü kəndidndə 0.5742 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi qeydiyyata alınmışdır. İş mteriallarında olan Bərdə rayon X42 Ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 nömrəli, 15 dekabrr 2021-ci il tarixli arayışın surətindən müəyyən olunur ki, Cavabdeh Böyük Göyüşlü kəndində qeydiyyatdadır və hazırda Böyük Göyüşlü kəndində yaşayır. İş materiallarında olan Bərdə Rayon İcra Hakimiyyəti Başçısının 38 nömrəli, 27 may 2021-ci il tarixli Sərəncamının surətindən müəyyən olunur ki, 29 yanvarr 2009-cu il təvəllüdlü Mustafayeva Xədicə Elman qızının xalası Həsənova Gülbəniz Əşrəf qızının qəyyumluğuna verilmişdir. İş materiallarında olan 29 aprel 2002-ci il tarixli qəbzdə yazılmışdır: “Mən Mustafayev Elman M.O mən məxsus olan pay torpağımı Cavabdeh (beş yüz əlli min man) 550.000 manata daimilik satdım. Bunu qəbzi öz imzamla yazıb təsdiq edirəm. X47 29 aprel 2002.” İş materiallarında olan 24 may 2022-ci il tarixli Aktdan müəyyən olunur ki, X46 oğlu ona məxsus olan 0.6 ha pay torpağının Cavabdeh 550000 manata satması və həmin aktın Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində təsdiq edilməsi aktlaşdırılmışdır. İş materiallarında olan AZ-İİ 152492 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X37 16 aprel 2021-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 072491 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 19 yanvar 2020-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 874411 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X13 29 yanvar 2009-cu ildə doğulmuşdur, atası X27, anası Həsənova Ətlas Əşrəf qızıdır. İş materiallarında olan JN 157 KOD 61002018 nömrəli dövlət aktından müəyyən olunur ki, X18 Bərdə rayon Aqrar islahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli qərarına əsasən Bərdə rayonu Böyük Göyüşlü kəndində 0.57 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün pay torpaq sahəsi verilmişdir. İddiaçı məhkəməyə ərizə verərək, Cavabdeh qarşılıqlı iddia ərizəsi üzrə iddia müddətinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd olunan sübutların məcmusuna qiymət verərək hesab edir ki, ilkin iddia üzrə İddiaçı öz iddisının əsasını sübut edə bilməmiş, bu barədə heç bir sənəd əlavə etməmişdir. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı onun qeyd edirki, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh Cavabdeh mərhum X11 pay torpaq sahəsini 2002-ci ildə 550.000 alması sübuta yetirilmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, qarşılıqlı iddia üzrə iddiaçı, ilk iddia üzrə Cavabdeh Cavabdeh mərhum X11 pay torpaq sahəsini 2002ci ildə 550.000 manata almışdır. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsının Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Məhkəmə ilk iddia tələbi ilə bağlı qeyd edir ki, iş materiallarından və tərəflərin, şahidlərin izahatlarından göründüyü kimi mərhum X27 ilə Cavabdeh oğl arasında mübahisəli hüquq münasibəti 2002-ci ildən yaranmışdır. Belə olan halda məhkəmə hesab edir ki, işə baxılarkən həmin vaxt qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin normaları tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Hazırkı iş üzrə tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı zaman, yəni 24 iyun 2005-ci il tarixədək qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 335.2-ci maddəsinə əsasən, əgər tərəflərdən biri notariat qaydada təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydada təsdiqlənməsi tələb edilmir. Həmin Məcəllənin 336.2-ci maddəsinə əsasən, əgər əqd lazımi formada bağlanmışsa, lakin tərəflərdən biri əqddən əmələ gələn hüquqların qeydiyyatından boyun qaçırırsa, digər tərəfin tələbi ilə məhkəmənin həmin hüquqların qeydə alınması barədə qərar çıxarmaq ixtiyarı vardır. Bu halda əqddən əmələ gələn hüquqlar məhkəmənin qərarına uyğun qeydə alınır. Hazırda qüvvədə olan Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 144.4-cü maddəsinə əsasən əgər əldə edən qanuni qüvvəyə minmiş məhkəmə qərarına və ya ona bərabər olan sənədə, o cümlədən notariat qaydasında təsdiqləməyə istinad edirsə, notariat qaydasında təsdiqləmə tələb olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İ.K.Rəcəbovun şikayəti üzrə” 22 mart 2006-cı il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 335.2-ci maddəsinin mahiyyətinə görə, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün aşağıdakı halların mövcudluğu tələb olunur: əqdin notarial təsdiqlənməsi qaydasına riayət edilməməsi əks tərəfin təqsiri ucbatından baş verməli; məhz əks tərəf əqdin notariat qaydasında təsdiqlənməsindən yayınmalı; əqdin özü qanuna zidd olmamalı və onun yazılı formada tərtib edilməsinə dair tələbə əməl edilmiş olmalıdır. Axırıncı məqam qanunvericiliklə etibarlılığı birbaşa yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti üzrə” 31 may 2006-cı il tarixli Qərarında əqdin notarial formasına riayət edilməməsinin nəticələri ilə əlaqədar Konstitusiya Məhkəməsi Plenumu hüquqi mövqeyini bir daha təsdiq etməklə qeyd etmişdir ki, göstərilən müddəanın mahiyyətinə görə əqdi tamamilə və ya qismən icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı hesab edə bilməsi üçün bir neçə şərtə, o cümlədən onun yazılı formada tərtib edilməsinə riayət edilmiş olmalıdır. Bu məqam qanunvericiliklə yazılı formada tərtib edilməsindən asılı hala gətirilmiş əqdlər üçün xüsusi əhəmiyyət daşıyır. İş materiallarında olan “Torpağa mülkiyyət hüququna dair” JN-157, KOD 61002018 saylı Dövlət Aktından görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 19 yanvar 1998-ci il tarixli, 01 nömrəli qərarı ilə Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 0.57 ha torpaq sahəsi X14 mülkiyyətinə verilmişdir. Yəni həmin şəxs torpaq sahəsinin mülkiyyətçisi olmuşdur. X32 həmin torpaq sahəsinin qanuni mülkiyyətçisi kimi onun üzərində sərəncam vermək, eləcə də satmaq hüququna malik olmuşdur. Bundan başqa, iş materiallarına əlavə edilmiş X27 ilə Cavabdeh arasında bağlanmış və 2002-ci il tarixli “tərəflər arasında alğı-satqı müqaviləsini əvəz edən” akt başlıqlı yazılı razılaşmadan görünür ki, X27 0.57 ha pay torpağını 550.000 (beş yüz əlli min manat) qarşılığında Cavabdeh oğluna satmışdır. Cavabdeh qeyd etdilənləri təsdiq edən sübut kimi məhkəməyə 2002-ci il tarixli akt başlıqlı yazılı razılaşmanı, qəbzi və “Torpağa mülkiyyət hüququna dair” JN-157, KOD 61002018 saylı Dövlət Aktının əslini təqdim etmişdir. Həmin razılaşmadan görünür ki, X27 0,57 ha pay torpağını 550.000 manat qarşılığında Cavabdeh satmağı, Cavabdeh isə torpağı 550.000 manat qarşılığında almağı öz öhdəsinə götürmüşdür. Həmin razılaşma torpağın mülkiyyətçisi X25 və Cavabdeh adından imzalanmış, imzaların doğruluğu Bərdə rayon İcra Hakimiyyəti başçısının Böyük Göyüşlü kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin imzası və nümayəndəliyin möhürü ilə təsdiq edilmişdir. Belə olan halda məhkəmə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh X14 torpağı ona satması, qarşılığında ona pul verməsi ilə bağlı qeyd etdiklərini ağlabatan və əsaslı hesab edir. Yuxarıda qeyd edilənlərə nəzərə alan məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestrində 170 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 17 dekabr 2021-ci il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmış çıxarış etibarsız hesab olunmalı, X27 ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilməklə təsdiq edilməli, X27 ilə Cavabdeh arasında bağlanmış 2002-ci il tarixli alğı-satqı əqdi etibarlı hesab edilməlidir. Məhkəmə digər iddia tələbi ilə bağlı qeyd edir ki, torpaq sahəsinin cavabdehə satıldığı və bunun qarşılığında cavabdehdən qarşılıqlı razılaşdırılmış məbləğdə pul alınması, lakin müqavilə notariat qaydasında təsdiq edilmədiyindən hazırkı iddia üzrə iddiaçının sadəcə olaraq yaranmış vəziyyətdən istifadə edərək özlərini torpağın qanuni mülkiyyətçisi kimi göstərməsini təsdiq edəcək sübutların təqdim edilməməsi ilə bağlı yuxarıda qeyd edilənlərə əsasən sübut edilmədiyindən məhkəmə hesab edir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. Həmin Məcəllənin 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçı İddiaçı Cavabdeh qarşı torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair ilk iddi tələbi təmin edilməməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə cavabdeh Həsənova Gülbəniz Əşrəf qızına, X6, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmasının təsdiq edilməli və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestrində 170 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 17 dekabr 2021-ci il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmış çıxarış etibarsız hesab olunmaqla qarşılıqlı iddia tələbi təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə, ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Azərbaycan Rspublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İlkin iddia üzrə iddiaçı və qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşı torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia tələbi təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh Həsənova Gülbəniz Əşrəf qızına, X6 və Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinə qarşı alqı-satqı müqaviləsinin bağlanmasının təsdiq edilməsi və X4 adına Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın DƏDRX-nin Qeydiyyat haqqında daşınmaz Əmlakın Dövlət reyesterində 170 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 17 dekabr 2021-ci il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmış Çıxarışın etibarsız hesab edilməsinə tələbinə dair qarşılıqlı iddia tələbləri təmin edilsin. Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən 0,57 ha torpaq sahəsinə dair 29 aprel 2002-ci il tarixdə X27 ilə Cavabdeh arasında alqı-satqı müqaviləsi bağlanmış hesab edilsin. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz əmlakın Dövlət reyestrində 170 nömrəli reyestr kitabının 34 nömrəli vərəqində 17 dekabr 2021-ci il tarixdə, ********** qeydiyyat nömrə ilə qeydiyyata alınmış çıxarış etibarsız hesab olunsun. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. İlkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı alınaraq ilkin iddia üzrə cavabdeh və qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-617/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-617/2022
05.05.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver