Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-629/2021 17.11.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Kərimov Əyyub Vaqif оğlunun sədrliyi, X1 iclas kаtibliyi ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti (bundan sonra İddiaçı BOKT ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 İddiaçı BOKT ASC-nin xeyrinə 20.11.2013cü il tarixli,1229-13 B saylı kredit müqaviləsinə əsasən 3455.82 manat əsas borc, 7234.55 manat hesablanmış faiz, 9227,15 manat hesablanmış dəbbə pulu olmaqla cəmi 19917.52 manat kredit borcunun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulmasına, 20.11.2013-cü il tarixli,1229-13 B saylı kredit müqavilələri üzrə tələbin Cavabdeh3 özünə məxsus olan Bərdə rayonu Qarayusifli kəndində yerləşən 0,23 ha torpaq sahəsində yerləşən 104.6 kv. m yaşayış,137.9 kv.m köməkçi sahədən ibarət olmaqla ümumilikdə 242.5 kv.m, 2 mərtəbəli, 4 otaqlı fərdi (həyətyanı tikili və qurğularla) yaşayış evinə (MA seriyalı,0094767 nömrəli,**********27-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 23.11.2010 qeydiyyat tarixli Çıxarışa əsasən) həmçinin Cavabdeh3, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan,Bərdə rayonu Qarayusifli kəndində yerləşən 2,068 ha torpaq sahəsinə (RX seriyalı, ******* nömrəli, **********93 reyestr nömrəli,********** qeydiyyat nömrəli, 27.10.2012 qeydiyyat tarixli Çıxarışa əsasən) yönəldilməsinə, fərdi yaşayış evinin dəyərinin 14.000 manat, torpaq sahəsinin isə 4200 manat qiymətlə hərraca çıxarılaraq açıq hərracda satılmaqla borcun ödənilməsinə yönəldilməsi, fərdi yaşayış evində yaşayanların fərdi yaşayış evinə istifadə hüquqlarının xitam verilməklə evdən çıxarılması, fərdi yaşayış evinin məcburi boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iştirak etməmiş və məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri bаrədə məlumаt verilmiş, buna baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş materiallarını araşdırıb, hesab edir ki, iş aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti İnternet Vergi İdarəsindən alınmış məlumatdan görünür ki, Cavabdeh1 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir. 20 noyabr 2013-cü il tarixli, 1229-13B saylı kredit müqaviləsinin surətindən görünür ki, ”Parabank” ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə,18 ay güzəşt dövrü müəyyən edilməklə illik 6% olmaqla heyvandarlığın inkişafı məqsədi ilə 11000 AZN məbləğində kredit verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Həmin Məcəllənin MPM-in 26.1-ci maddəsinə əsasən, sahibkarlıq fəlaiyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Bundan başqa, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 46-1-ci maddəsinə əsasən, kommersiya məhkəməsi birinci instansiya məhkəməsi kimi qanunla səlahiyyətlərinə aid edilmiş kommersiya mübahisələrinə dair işlərə baxır. Həmçinin, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli “İnzibati məhkəmələrin və kommersiya məhkəmələrinin təşkili və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 9 iyul tarixli 1632-VQD nömrəli Qanununun tətbiqi haqqında” Sərəncamının 7-ci bəndinə əsasən bu Sərəncamın 1-3-cü hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. Yuxarıda qeyd edilənlərdən aydın görünür ki, Azərbaycan Respublikasının Prezidentinin 19.07.2019-cu il tarixli Sərəncamına əsasən, kommersiya məhkəmələrinin təşkil edilməsi qərara alınmış, Sərəncamın kommersiya məhkəmələrinin təşkili ilə bağlı hissələri 2020-ci il yanvarın 1-dən qüvvəyə minmiş, kommersiya məhkəmələri və onların səlahiyyətləri müəyyən edilmiş, həmçinin kommersiya məhkəmələri və ümumi məhkəmələrin səlahiyyətləri fərqləndirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar edilərsə iş aidiyyəti üzrə məhkəməyə verilir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən, mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəmələrə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Məhkəmə hesab edir ki, hazırki iddia tələbi üzrə tərəflər arasında olan mübahisə kommersiya mübahisəsi olduğundan hazırki mülki işin aidiyyatı Gəncə Kommersiya Məhkəməsinə aiddir. Belə olan halda iddia ərizəsi məhkəmə aidiyyətinin pozulması ilə icraata qəbul edildiyindən mülki iş baxışı iclasından aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 35, 44, 45 və 263-264 və 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. İş № 2(021)-629/2021 Bərdə Rayon Məhkəməsinin məhkəmə iclasının protokolu 02 noyabr 2021-ci il Bərdə şəhəri. Hakim Kərimov Əyyub Vaqif oğlunun sədrliyi, X1 iclas katibliyi ilə, Sədrlik edən məhkəmə iclasını açaraq İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit borcunun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsinə məhkəmə binasında, açıq məhkəmə iclasında baxılmasını elan edir. İclas saat 10:00-da başladı. Sədrlik edən işdə olan sənədləri nəzərdən keçirdi. Sədrlik edən müşavirə otağına getdi, qayıdaraq qərardadı elan edib məzmununu izah edərək, məhkəmə iclasını bağlı elan etdi. Məhkəmə iclası saat 10:10-da bağlı elan olundu. Protokol 02 noyabr 2021-ci ildə tərtib edildi. Sədrlik edən: Məhkəmə iclas katibi: AZƏRBAYCAN RESPUBLİKASİ BƏRDƏ RAYON MƏHKƏMƏSİ _____________________________________________________________________ Poçt indeksi: AZ 0900, Tel: (02020) 5-04-80; Faks: 5-20-52 Ünvan: Bərdə şəhəri, Gəncə küçəsi, 4 Elektron poçtu: mailto:bardacourt@gmail.comElektron ünvan İş № 2(021)-629/2021 «02» noyabr 2021-ci il İddiaçı BOKT ASC-yə ünvan: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 60 Cavabdeh1, Cavabdeh2 Cavabdeh3 Cavabdeh4 ünvan: ünvan 2i Bərdə Rayon Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli, 2(021)-629/2021 nömrəli qərardadının surəti və digər sənədlər məlumat üçün Sizə göndərilir. Qoşma: qərardadın surəti “ “ vərəq Hörmətlə, hakim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №2(021)-629/2021
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-629/2021
17.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver