Məhkəmə qərarları › İş №2(021)-635/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-635/2024

02.07.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-635/2024 02.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Mustafayeva Lalə Ruslan qızının katibliyi, Cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh onlara məxus Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.2022 ci il tarixdə ƏMDK yanında DƏDRXnin vermiş olduğu **********25 saylı çıxarışı ilə verilən 1,3471 ha torpaq sahəsinin zəbt etdiyi hissəsindən çıxarılmasına və ödədiyi 100 manat dövlət rüsumunun ona verilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh ona məxsus olan Bərdə rayon Gülgəzli kənd ərazisində yerləşən 1.3471 ha əmlak pay torpaq sahəsini zəbt edib çıxmır. Halbu ki, Bərdə rayon Aqrar İslahat Komissiyası ona və ailə üzvlərinə yer vermişdir. Belə ki, xx.xx.2022 ci il tarixdə ƏMDK yanında DƏDRX-11 **********25 saylı çıxarış verilmişdir. Eyni ilə də torpaq sahəsinin planı və ölçüsü barədə № 885358 saylı sənədlər əlində olmasına baxmayaraq cavabdeh ona məxsus torpaqdan çıxmır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə digər İddiaçı qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə iclasında cavabdeh X5 bildirdi ki, İddiaçı məhkəmə iclasına gəlməsə də iddia tələbinə baxılmasını tələb edir. Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.4-cü maddəsinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Cavabdeh X5 işin mahiyyəti üzrə bildirdi ki, iddiaçı iddia edir ki, o, onun 2 metr torpaq sahəsini zəbt etmişdir. Bununla bağlı dəfələrlə İcra Hakimiyyəti orqanından və icra şöbəsindən torpaq sahəsinə baxış keçirilmişdir. Lakin öz təsdiqini tapmamışdır. İddiaçı hazırda iddia etdiyi torpaq sahəsində yonca əkmişdir. O, iddiaçının torpaq sahəsindən istifadə etmir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxsin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE №0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1937-ci il tarixdə Bərdə rayon Gülgəzli kəndində anadan olmuşdur. Bərdə rayon Gülgəzli kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş İddiaçı adına verilmiş **********25 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Gülgəzli kəndində 1,3471 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X10, İddiaçı, X8 və X7 ümumi birgə mülkyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A№885358 nömrəli Torpaq sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bərdə rayon Gülgəzli kəndində 1,3471 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X10 mülkiyyətindədir İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0056 KOD- 61011038 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 1998-ci il tarixli 13 saylı qərarı ilə 2.53 ha torpaq sahəsi Bərdə rayon Gülgəzli kənd sakinləri X11, X3, X9 və X4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0055 KOD- 61011038 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 02 oktyabr 1998-ci il tarixli 13 saylı qərarı ilə 0.42 ha torpaq sahəsi Bərdə rayon Gülgəzli kənd sakini X6 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş qanun üzrə vərəsəlik hüququ haqqında xx.xx.2019-cu il tarixli Qanunü üzrə Vərəsəlik hüququ haqqında Şəhadətnamənin surətindən görünür ki, xx.xx.2009-cu il tarixdə ölmüş X6 vərəsəsi X13r. Şəhadətnamə verilən miras əmlak X6 mülkiyyətinə verilmiş Bərdə rayon Gülgəzli kəndində yerləşən 0.42 ha torpaq sahəsi olmuşdur. İş materiallarına əlavə olunmuş X11 adına verilmiş **********90 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2024-ci il qeydiyyat tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayon Gülgəzli kəndində 2,5311 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi X11, Cavabdeh, X12 və X4 ümumi birgə mülkyyətindədir. İş materiallarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 2(021)-635/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı «torpaq sahəsinin boşaldılması» tələbinə dair mülki iş üzrə mütəxəssis cəlb olunaraq rəy alınması qərara alınmış və mütəxəssis rəyinin məhkəməyə təqdim olunması Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinə həvalə olunmuşdur. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinə İddiaçı ölçü işlərinin aparılmasına icazə vermədiyindən çöl ölçmə işləri aparılmamış və qərardadda mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Bu barədə akt tərtib edilərək məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-635/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə mütəxəssis cəlb olunaraq rəy alınması qərara alınmış, lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mütəxəssislərinə İddiaçı ölçü işlərinin aparılmasına icazə vermədiyindən çöl ölçmə işləri aparılmamış və qərardadda mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı ekspertizanın keçirilməsinə mane olduğundan Cavabdeh İddiaçı məxsus torpaq sahəsini zəbt etməsi faktı rədd olunmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya məlumat verilməsinə baxmayaraq məhkəmə iclaslarında da iştirak etməkdən boyun qaçırmışdır. Beləliklə, İddiaçı iddia etdiyi 1,3471 ha torpaq sahəsinin cavabdeh X5 tərəfindən zəbt olunması sübut olunmur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi təmin edilmədiyindən Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 97.5, 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı cavabdeh X2 qarşı “torpaqdan çıxarılma” tələbinə tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar