Məhkəmə qərarları › İş №2(021)-636/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-636/2024

23.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-636/2024 23.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X7 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, iddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin (bundan sonra iddiaçı və ya İddiaçı MMC) cavabdeh Bərdə regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisinə (bundan sonra cavabdeh və ya Notariat Ofisi) qarşı, üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra üçüncü şəxs və ya "xxxx" MMC) olmaqla, "İcra qeydinin ləğv edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı MMC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bərdə regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 8İ-14333 reyestr nömrəli İcra Qeydinin ləğv edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı MMC-nin iddia tələbi onunla əsaslandırılmışdır ki, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İcra Qeydinə əsasən İddiaçı MMC-dən "xxxx" MMC-nin xeyrinə 25 manat dövlət rüsumu olmaqla, cəmi 2624,16 (iki min altı yüz iyirmi dörd manat 16 qəpik) manat pul tutulması qeyd edilmişdir. Hesab edir ki, Bərdə regional “ASAN xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli İcra Qeydi ləğv edilməlidir. Belə ki, "xxxx" MMC-dən götürdüyü mobil nömrələrin satışını həyata keçirmiş, onun Cəmiyyətə heç bir məbləğdə borcu qalmamışdır. Yalnız 2023-cü ilin noyabr ayında pensiyasını alarkən kartından pulun az çıxarıldığını gördükdə və bununla maraqlandıqda ona məlum olmuşdur ki, hazırkı icra qeydi vardır. Direktoru olduğu Cəmiyyət 4 ildir ki, fəaliyyət göstərmir. Cəmiyyətin balansında tələbin yönədilə biləcəyi əmlak olmadığından icra qeydi əsasında tutma onun pensiyasına yönəldilmişdir. "Azerfon” MMC tərəfindən borcun tutulmasına dair iddia tələbi ilə məhkəməyə ümumi qaydada müraciət ediləcəyi halda araşdırma ilə bilmək olar ki, onun Cəmiyyətə borcu var, ya yox. Yalnız məhkəmədə yuxarıda göstərilən məbləğdə hesablanmış borc məbləğini mübahisələndirə bilərdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat»ın 164-cü bəndinə əsasən icra qeydində ödəniləsi məbləğ, əsas borc, faiz borcu və penya məbləği ayrı-ayrılıqda göstərilməli və tələb olunub alınası əşyalar, çatası faiz və penyalarla birlikdə olan məlumatlar əks olunmalıdır. Buna baxmayaraq mübahisələndirilən İcra Qeydində borc məbləği ümumi olaraq göstərilmiş, həmin məbləğin hansı hissəsinin əsas borc, hansı hissəsinin isə hesablanmış faizlərin və penyanın olması öz əksini tapmamışdır. Göründüyü kimi Notariat Ofisi tərəfindən qeyd olunan icra qeydi verilərkən yuxarıda qeyd olunan Təlimatın tələbləri pozulmuş, Təlimatın tələbinə uyğun olaraq göstərilməsi məcburi olan məlumatlar İcra Qeydində tam olaraq göstərilməmişdir. İcra qeydi ləğv edilməsə tərəfindən əsas borc, faiz borcu və cərimə məbləğinin mübahisələndirilməsi imkanından məhrum olunur. Beləliklə də, onun Konstitusiyada nəzərdə tutulmuş hüquqları pozulur. Məhkəmə iclasında İddiaçı MMC-nin nümayəndəsi X4 ərizəsini müdafiə edərək, iddia ərizədə göstərilənlərə uyğun izahat verdi, əlavə olaraq göstərdi ki, "xxxx" MMC-dən satış edib pulunu qaytarmaq şərti ilə mobil nömrələr götürmüşdür. Həmin dövrdə kartların bir qismini satıb pulunu qaytarmış, bir qismi isə satılmamışdır. Kartları aparıb "xxxx" MMCyə qaytarmaq istəmiş, lakin orda ona bildirmişlər ki, kartlar onda qalsın, nə vaxt qaytarmaq lazım olduğunu bildirəcəklər. Buna görə də kartlar onda qalmışdır. Yaxın vaxtlarda onun pensiyasından tutulma olunmuş və tutulmanı araşdırarkən ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli icra qeydinə əsasən "xxxx" MMC-dən "xxxx" MMC-nin xeyrinə 2624.16 manat pul tutulması qeyd edilmişdir. Odur ki, iddianın təmin edilməsini məhkəmədən xahiş edir. Cavabdeh Bərdə regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Emil Həsənov məhkəməyə məktub göndərərək təyin edilmiş məhkəmə iclasında iştirak etməməsini üzrlü hesab edib qanunauyğun qərar qəbul edilməsini xahiş etmişdir. Üçüncü şəxs "xxxx" MMC-nə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də, "xxxx" MMC nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Ona görə də məhkəmə işə üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən: AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.1967-ci ildə Ağdam rayonu Qalayçılar kəndində anadan olmuşdur, Ağdam şəhəri Ü.Hacıbəyov küçəsində qeydiyyatdadır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 dekabr 2023-cü il tarixli, 5898 nömrəli arayışdan görünür ki, X1 şəhəri Q.B.Zakir küçəsi ev 2-də yaşayır. "xxxx" LTD Məhdud Məsuliyyətli Cəmiyyətinin 20 avqust 2013-cü il tarixli, 01 saylı əmrindən çıxarışdan görünür ki, X4 20 avqust 2013-cü il tarixdən İddiaçı MMC-nə direktor təyin edilmişdir. 19 iyun 2023-cü il tarixli, 8İ-14333 reyestr nömrəli İcra Qeydindən görünür ki, Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən təklif etmişdir ki, sənədlər üzrə AZ1102, ünvan 1 ünvanında yerləşən Azerfon /VÖEN:********** xeyrinə AZ0900, Bərdə rayonu Qaradəmirçi ünvanında yerləşən İddiaçı/ VÖEN:********** ********* nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 2599 manat 16 qəpik (iki min beş yüz doxsan doqquz manat on altı qəpik) tutulması; -bundan əlavə təklif etmişdir ki, borcludan AZ0900, Bərdə rayonu Qaradəmirçi /İddiaçındən tələbkar tərəfindən ödənilmiş 25 (iyirmi beş) manat məbləğində dövlət rüsumu (haqq) olmaqla, cəmi 2624 manat 16 qəpik (iki min altı yüz iyirmi dörd manat on altı qəpik) pul tutulması qeyd edilmişdir. Bərdə Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 “İcraata başlamaq haqqında” 20 iyun 2023-cü il tarixli qərarından görünür ki, icra sənədi üzrə icraata başlanılması, borclu İddiaçı MMC-nə 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü icra edilmədikdə: borclu barəsində məcburi icra tədbirləri görüləcəyi, icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin və icra ödənişinin borcludan tutulacağı, icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun əmlakının siyahıya alınacağı və həmin əmlakın üzərinə həbs qoyulacağı qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli məktubu ilə Bərdə regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisinə sorğu verilərək xx.xx.2023-cü il tarixli, 8İ- 14333 reyestr nömrəli İcra Qeydinin verilməsinə əsas olmuş sənədlərin təsdiq olunmuş surətlərinin təqdim edilməsi təklif edilsə də, cavabdeh orqan tərəfindən təqdim edilən sənədlərdən İddiaçı MMC-nin "xxxx" MMC-nə qeyd edilən məbləğdə borcunun olmasını müəyyən etmək mümkün olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki, Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən İddiaçındən cəmi 2624,16 manat məbləğində vəsaitin alınaraq tələbkar "xxxx" MMC-nə verilməsi barədə İcra Qeydi veilrmişdir. Sənədlərlə müəyyən edilmişdir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməli olduğu halda bu halı təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinə əsasən, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. -İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. -Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. -İcra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. -Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. -Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. -Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. -İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. -Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Məhkəmə hesab edir ki, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsini təsdiq edən heç bir mötəbər sübut olmadığından, habelə cavabdeh orqan İddiaçı MMC-nin "xxxx" MMCnə qeyd edilən məbləğdə borcunun olmasını təsdiq edən sübutlarını təqdim edə bilmədiyindən Bərdə regional "ASAN xidmət" mərkəzində notariat ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 8İ-14333 reyestr nömrəli İcra Qeydi ləğv edilməlidir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəllənin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Haqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür (affirmanti, non neganti insumbit probation) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, habelə təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında da Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, İddiaçı MMC öz iddia tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Yuxarıda göstərilənərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 213, 214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: "xxxx" Məhdud Məsulı̇ yyətli Cəmiyyətinin Cavabdehna və üçüncü şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı "İcra Qeydinin ləğv edilməsi" tələbinə dair iddiası təmin edilsin. Bərdə regional "ASAN xidmət" Mərkəzində Notariat Ofisinin xüsusi notariusu X5 tərəfindən verilmiş 19 iyun 2023-cü il tarixli, 8İ-14333 reyestr nömrəli İcra Qeydi ləğv edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar