Məhkəmə qərarları › İş №2(021)-641/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-641/2023

11.09.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-641/2023 11.09.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada ayrılıb ona tanıdılması və cavabdehlərin torpaq sahəsindən çıxarılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, ümumi birgə mülkiyyətlərində olan 1.84 ha torpaq sahəsi üzərində paylarının müəyyən edilməsinə, paylarına uyğun naturada bölünməsinə və sərhədlərinin müəyyən edilməsinə və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bərdə rayonu Tumaslı kəndində yerləşən 1.84 ha torpaq sahəsinin ona aid 0.368 ha hissəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının qərarı ilə ona və cabdehlərə Bərdə rayonu Tumaslı kəndi ərazisində kənd təsərrüfatı məhsullarının istehsalı məqsədi ilə 1.84 ha torpaq sahəsi verilmişdir. Sözügedən torpaq sahəsinə qeydiyyat nömrəsi 08** JN ***, KOD 61001038 saylı mülkiyyət hüququna dair “Dövlət Akt"ı da verilmişdir. Ailə həyatı qurduqdan sonra, Bərdə rayon Tumaslı kəndində yaşayır və uzun illərdir ümumi birgə mülkiyyətlərində olan 1.84 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən istifadə etmir. Cavabdehlər isə həmin torpaq sahəsinin ona aid olan hissəsindən də istifadə edərək qazanc əldə edirlər və ona heç bir gəlir vermirlər. Ailə vəziyyəti maddi cəhətdən çox pis vəziyyətdə olduğundan özünə aid hissədə əkin-biçin işləri aparmaq istəsə də, cavabdehlər onun torpaq sahəsindən özünün istifadə etməyinə və qazancə əldə etməyinə imkan vermirlər. Bununla da, hazırki iş üzrə cavabdehler Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 torpaq sahəsini özbaşına zəbt edərək mülkiyyət hüquqlarını kobud şəkildə pozurlar. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı iddia həcminin artırılmsına dair ərizə verərək ümumi birgə mülkiyyətlərində olan 1.84 ha və 0.38 ha torpaq sahələri üzərində paylarının müəyyən edilməsinə, paylarına uyğun naturada bölünməsinə və sərhədlərinin müəyyən edilməsinə və cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bərdə rayonu Tumaslı kəndində yerləşən 1.84 ha və 0.38 ha torpaq sahələrinin ona aid hissəsindən çıxarılmalarına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X6 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş digər cavabdehlər X4, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Onların məhkəmə iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1991-cı il tarixdə Bərdə rayon Tumaslı kəndində anadan olmuşdur. Bərdə rayon Tumaslı kəndində qeyiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə rayonu Xəsili kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 489 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Qazaxlar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qarayusifli bələdiyyəsi tərəfindən verilmiş 30 saylı xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunur ki, sabiq Tumaslı kənd sakini X1 atası Cavabdeh1 məxsus qeydiyyat nömrəsi 08** JN *** nömrəli Kod 61001038 olan dövlət aktında 5 nəfər ailə üzvünə 1.84 ha pay torpaq sahəsi verilmişdir. Qeyd olunan 1.84 hektar pay torpaq sahəsində X1 pay torpaq sahəsi 1.84:5-0,368 hektardır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 3649 saylı xx.xx.2022ci il tarixli Arayışda qeyd olunmuşdur ki, X1 adına Bərdə rayonu, Tumaslı kəndində 5 nəfər ailə üzvü ilə birlikdə 0.38 ha həyətyanı torpaq sahəsi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin 7 saylı Bərdə ərazi idarəsində aşkar edilmişdir . İş materiallarına əlavə olunmuş Torpağın mülkiyyətə verilməsinə dair JN-003A KOD- 61001038 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli qərarı ilə 0.38 ha torpaq sahəsi Bərdə rayon Tumaslı kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-185 KOD- 61001038 saylı Dövlət Aktının surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 2000-ci il tarixli, 11 nömrəli qərarı ilə 1.84 ha torpaq sahəsi Bərdə rayon Tumaslı kənd sakinləri Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmıakın Dövlət Kadastrı və Reyetri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş Rəydən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)-641/2023 saylı, 10 aprel 2023-cü il tarixli mülki işi üzrə İddiaçı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 qarşı torpaq sahəsi üzərində payların müəyyən edilməsi, naturada bölünməsi, sərhədlərinin tanıdılması və mülkiyyətində olan torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 01 fevral 2023-cü il tarixli 2(021)-641/2023 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmış, iddiaçı və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqayisə edilmişdir. İddiaçı və cavabdehin JN-185 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında birgə mülkiyyətlərinə verilmiş 1.84 ha torpaq sahəsi TEKUİS məlumat bazasında 1.29 hektar qeyd edilmiş və hal-hazırda isə naturada 1.70 ha torpaq sahəsindən istifadə edirlər. Odur ki, sənəd üzrə onların mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğundan, cavabdeh faktiki istifadə etdiyi 1.70 ha torpaq sahəsini naturaya uyğun paylarının ayrılması mümkündür. Bərdə rayon Tumaslı kəndində yerləşən Cavabdeh1 və ailə üzvlərinin JN-003A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0.38 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən yaşayış evi və köməkçi tikililər altında olan torpaq sahəsini nəzərə almadan və kənd arası yola çıxışı təmin etməklə bölünməsi mümkündür. Yusifova (İbadova) Aysel Məhəmməd qızının payına düşən hissələrinin sərhədləri rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iş üzrə mütəxəsis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, mütəxəsiss rəyində qeyd olunmuşdur ki, iddiaçı və cavabdehin iştirakı ilə mübahisəli torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazasına əsasən müqaisələndirilmiş, iddiaçı və cavabdehin JN-185 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında birgə mülkiyyətlərinə verilmiş 1.84 ha torpaq sahəsinin TEKUİS məlumat bazasında 1.29 hektar qeyd edilməsi və hal-hazırda isə naturada 1.70 ha torpaq sahəsindən istifadə etdikləri, sənəd üzrə onların mülkiyyətlərinə verilmiş torpaq sahəsinin koordinatları ilə faktiki istifadə etdikləri torpaq sahəsinin koordinatları arasında uyğunsuzluq olduğundan, cavabdehin faktiki istifadə etdiyi 1.70 ha torpaq sahəsindən naturaya uyğun paylarının ayrılması mümkün olduğu məlum olmuşdur. Həmçinin Bərdə rayon Tumaslı kəndində yerləşən Cavabdeh1 və ailə üzvlərinin JN-003A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0.38 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən yaşayış evi və köməkçi tikililər altında olan torpaq sahəsini nəzərə almadan və kənd arası yola çıxışı təmin etməklə bölünməsinin mümkün olduğu məlum olmuşdur. Bununla yanaşı Yusifova (İbadova) Aysel Məhəmməd qızının payına düşən hissələrinin sərhədləri rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. Məhkəmə hesab edir ki, mütəxəsis rəyinə əsasən mübahisələndirilən torpaq sahələrinin naturadan ayrılıb müəyyən edilməsi mümkün olduğundan torpaq sahələrinin iddiaçıya düşən payın naturadan ayrılıb ona tanıdılmalıdır. Məhkəmə qeyd edir ki, JN-185 saylı torpağa mülkiyyət hüququna dair Dövlət aktı əsasında birgə mülkiyyətlərinə verilmiş 1.84 ha torpaq sahəsi TEKUİS məlumat bazasında 1.29 hektar qeyd edilmiş və bölgü planı da 1.29 hektara münasibətdə aparılmışdır. Belə ki, 1.29 hektar torpaq sahəsinin qərb tərəfindən şimaldan cənuba doğu 5.77 m və şərq hissədən şimaldan cənuba doğru 6.61 m olmaqla paya münasib olmaqla 5 hissədə bölgü aparılmışdır. Məhkəmə qeyd edir ki, tərəflərin mənafeyi nəzər alınmaqla 1.29 hektar torpaq sahəsinin qərb tərəfindən şimaldan cənuba doğru və şərq hissədən şimaldan cənuba doğru 4-cü hissədə iddiaçının payına düşən 0,34 ha torpaq sahəsi naturada ayrılmaqla ona verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Bərdə rayon Tumaslı kəndində yerləşən Cavabdeh1 və ailə üzvlərinin JN-003A saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında mülkiyyətinə verilmiş 0.38 ha həyətyanı torpaq sahəsi üzərində yerləşən yaşayış evi və köməkçi tikililər altında olan torpaq sahəsini nəzərə almadan və kənd arası yola çıxışı təmin etməklə bölünməsinin olduğu mümkün olduğu məlum olmuşdur. Belə ki, bölgü planına uyğun olaraq mülkiyyətçilərin sayı nəzərə alınaraq hər birinə 0,0620 m torpaq sahəsi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, tərəflərin mənafeyi nəzər alınmaqla qərbdən şərqə doğru 4-cü hissədə iddiaçının payına düşən 0,0620 m torpaq sahəsi naturada ayrılmaqla ona verilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cavabdehlər iddiaçının payına düşən hissədən çıxarılmalıdırlar. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X2 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Torpağın mülkiyyətə verilməsinə dair JN-003A KOD-61001038 saylı Şəhadətnaməyə əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4 mülkiyyətinə verilmiş Bərdə rayon Tumaslı kəndində 0.38 hektar topaq sahəsi plan sxemə uyğun olaraq qərbdən şərqə doğru 4-cü hissədə iddiaçı X1 payına düşən 0,0620 m torpaq sahəsi naturada ayrılsın və cavabdehlər iddiaçı X1 payına düşən hissədən çıxarılsın. Torpağa mülkiyyət hüququna dair JN-185 KOD-61001038 saylı Dövlət Aktına əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X1, Cavabdeh4 mülkiyyətinə verilmiş Bərdə rayon Tumaslı kəndində 1.84 hektar topaq sahəsi TEKUİS məlumat bazasında 1.29 hektar qeyd edilməsi nəzərə alınmaqla plan sxemə uyğun olaraq qərb tərəfindən şimaldan cənuba doğru və şərq tərəfdən şimaldan cənuba doğru 4-cü hissədə iddiaçının payına düşən 0,34 ha torpaq sahəsi naturada ayrılsın və cavabdehlər iddiaçı X1 payına düşən hissədən çıxarılsın. Ödənilmiş 100 manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 alınaraq İddiaçı xeyrinə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar