Məhkəmə qərarları › İş №2(021)-646/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-646/2025

12.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-646/2025 12.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs X21 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı “qanun üzrə vərəsəlik hüququnun tanınması və miras əmlaka mülkiyyət hüquqlarının tanınması tələbi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs X21 Xidmət Mərkəzi Notariat Ofisinə qarşı ərizə ilə müraciət edərək, mərhum X1 və anası X14 Bərdə rayon Əyricə kənd ərazisində yerləşən Daşınmaz Əmlak və Avto nəqliyyat vasitəsinin ona məxsus olan miras əmlaka mülkiyyət hüquqlarının qeydə alınması barədə məhkəmə qətnaməsinin çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1975-ci ildə Bərdə rayon Əyricə kəndində anadan olmuşdur. Mərhum X1 xx.xx.2023-cü ildə və mərhumə anası X20 xx.xx.2019-cu ildə vəfat etmişdir. Ailəlidir, 1 övladı var. Mərhum ata və anası vəfat edənə qədər onun himayəsində qalmışlar. Mərhum atası və anasından maşın və qeyri-əmlak qalmışdır. O əmlakı öz adına rəsmiləşdirə bilmir. Ata və anasının sağlığında onların qayğılarını özü çəkmişdir. Mərhum ata və anasının qanuni varisidir. Odur ki, mərhumlardan qalan miras əmlak üzrə verilən vərəsəlik şəhadətnaməsinin alınması üçün məhkəmədə qətnamə çıxarılmalıdır. Bərdə rayon Məhkəməsinin 2(021)-646/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə mülki iş üzrə X8, Əliyeva (Rzayeva) Şəfa Allahverdi qızı, Maraqlı şəxs2, Əliyeva (Ağayeva) Vəfa Allahverdi qızı və Əliyeva (İsgəndərova) Elyanə Allahverdi qızı maraqlı şəxslər qismində işə cəlb edilmişlər. Sonradan isə X5 vəfat etməsi iş materialları ilə müəyyən olunduğundan ona münasibətdə iş üzrə icraata xitam verilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək təmin olunmasını xahiş etdi. Maraqlı şəxs X21 Xidmət Mərkəzi Notariat Ofisinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, X21 Xidmət Mərkəzi Notariat Ofisinin xüsusi notariusu Bənövşə Əlizadə məhkəməyə məktub göndərərək işdə iştirak etməməsinin üzrlü hesab edib qanunamüvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə digər cəlb edilmiş maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasına gəlməmişlər, məhkəmə maraqlı şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş maraqlı şəxslər Maraqlı şəxs5, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs2 məhkəmə iclasında izahat verərək valideynlərinin vəfat etdiklərini, onlar vəfat edənə qədər Yusiflə bir evdə yaşadıqlarını, buna görə ərizənin təmin edilərək mərhumlardan miras qalan əmlakın qəbul edilməsinə etiraz etmədiklərini bildirmişlər. Məhkəmə işdə iştirak edən ərizəçini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib mirasla bağlı hər hansı ixtilaf və mübahisə olmamasını nəzərə alaraq hesab edir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** saylı mədaxil qəbzindən görünür ki, Ərizəçi 100 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqı ödəmişdir. İşdə olan AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə anadan olmuşdur. İşdə olan AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs5 xx.xx.1972-ci il tarixdə anadan olmuşdur. İşdə olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 xx.xx.1977-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. İşdə olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx.xx.1980-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. İşdə olan AZE ******** seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 xx.xx.1967-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 xx.xx.1992-ci il tarixdə avtomobil qəzası səbəbindən Bərdə rayonunda vəfat etmişdir. Bu haqda ölüm barədə akt qeydləri kitabında xx.xx.1992-ci il tarixdə 28 nömrəli qeydiyyat aparılmışdır. İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İ 135281 saylı arayışdan görünür ki, X8 xx.xx.1970-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X1, anası X15r. İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İ 445164 saylı arayışdan görünür ki, X9 xx.xx.1972-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X1, anası X15r. İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İ 123325 saylı arayışdan görünür ki, Maraqlı şəxs2 xx.xx.1967-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X1, anası X15r. İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İ 432110 saylı arayışdan görünür ki, X10 xx.xx.1977-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X1, anası X15r. İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İ 446568 saylı arayışdan görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X1, anası X15r. İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Vİİ- YQ 287930 saylı arayışdan görünür ki, X6 xx.xx.1980-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur. X1, anası X15r. İşdə olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 04 iyun 2020-ci il tarixli 879-05/69 saylı arayışın surətindən görünür ki, X20 28 noyabr 2019-cu ildə Bərdə rayonu, Yeni Əyricə kəndində koma səbəbindən ölmüşdür. Bu barədə Bərdə rayon Yeni Əyricə kənd İ.N üzrə 20 dekabr 2019-cu il tarixli 36 nömrəli ölüm haqqında akt qeydi tərtib olunmuşdur. İşdə olan AZ İİ № 359368 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2023-cü ildə Bərdə rayonunda mədə xorası səbəbindən vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2023-cü ildə 875 nömrə ilə qeyd edilmişdir. İşdə olan Bərdə RİHB-nın Yeni Əyricə kənd İƏD-si üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 837 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu, Əyricə kəndində yaşayır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin X21-Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış 06 sentyabr 2024-cü il tarixli, 2175/2024 nömrəli məktubdan görünür ki, Ərizəçi 16 sentyabr 2023-cü il tarixdə vəfat etmiş mərhum X1ndan qalmış mirasın qəbul olunması və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün Bərdə Regional “ASAN-Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, ərizəyə cavab olaraq Azərbaycan Respublikası MM-nin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən 3 ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmədiyi üçün onun mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyü, mirasın qəbul edilməsi müddətinin uzadılması, eyni zamanda miras əmlakın bölüşdürülməsi üçün müvafiq rayon məhkəməsinə müracət edilməli olduğu qeyd edilmişdir. İşdə olan nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, VAZ 2106 minik markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobil X3 məxsusdur. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 5-ci bəndinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Mülki Prosessual Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 1133.1-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 1159.1.1-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. 1160-cı maddəsinə əsasən əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. 1243.1-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. 1261-ci maddəsinə əsasən vərəsə mirası qəbul etməkdən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xeyrinə imtina edə bilər. Ləyaqətsiz vərəsə sayılmış və ya vəsiyyətnamənin birbaşa göstərişi ilə vərəsəlik hüququndan məhrum edilmiş şəxsin xeyrinə mirasdan imtina yolverilməzdir. Bu cür imtina barəsində digər vərəsələr məhkəməyə şikayət verə bilərlər. 1262-ci maddəsinə əsasən əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın. 1263-cü maddəsinə əsasən əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir. 1273-1-ci maddəsinə əsasən vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. 1274-cü maddəsinə əsasən miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. 1275-ci maddəsinə əsasən miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər, o cümlədən mirası bölüşdürməyi üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır. 1291-ci maddəsinə əsasən miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 16 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. Həmin qərarın 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. Həmin qərarın 10.2-ci bəndinə əsasən nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. İş materiallarından görünür ki, ərizəçinin atası X7 16 sentyabr 2023-cü ildə, anası X20 isə xx.xx.2019-cu ildə vəfat etmiş, ərizə tələbində ərizəçi atası və anasından miras qalan daşınmaz əmlak və avtonəqliyyat vasitəsindən bəhs etsə də iş materialları və sübutlarla yalnız ərizəçiyə mərhum X1ndan miras olaraq buraxılış ili 2003-cü il olan Sedan tipli “VAZ 2106 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin qalması və ondan qalan əmlakın idarəçiliyinin oğlu olan Ərizəçi tərəfindən faktiki idarə edilməklə qəbul edilməsi faktı mübahisəsizdir. Həmçinin, həmin əmlakla bağlı hazırki iş üzrə cəlb edilmiş maraqlı şəxslər olan mərhum Allahverdi Əliyevin övladları, Ərizəçi qardaş və bacıları ilə aralarında hüquq haqqında hər hansı ixtilaf və mübahisə yoxdur. Onlar da atalarından qalma miras əmlak olan avtomobilin ərizəçi tərəfindən qəbul edilərək onun sahiblik və istifadəsində olmasını qeyd etmiş və miras əmlaka dair hər hansı tələb və istəklərinin olmamasını, habelə ərizənin təmin olunmasına razılıqlarını bildirmişlər. İş materiallarına ərizəçiyə mərhumə anası Sona Əliyevadan hər hansı daşınar və daşınmaz əmlakın miras olaraq qalması və həmin əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi ilə bağlı heç bir mötəbər sübutlar əlavə edilməmişdir və belə hal müəyyən olunmur. Bu səbəbdən məhkəmə həmin hissədə ərizənin təmin edilməməli olması qənaətinə gəlir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuyuna qiymət verərək belə hesab edir ki, Ərizəçi mərhum X1ndan miras qalmış əmlakın atasının ölümündən sonra yəni 16 sentyabr 2023-cü ildən ərizəçinin sahibliyində və istifadəsində olmasını nəzərə alaraq həmin miras əmlakın onun tərəfindən qəbul etməsi faktı müəyyən olunmalıdır. Məhkəmə ərizə tələbinin miras əmlaka mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı hissəsinə münasibət bildirirərək qeyd edir ki, yuxarıda qeyd edilmiş Ali Məhkəmənin Plenum Qərarının tələbindən də göründüyü kimi mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhz qeyd edilən qərarın mahiyyətindən irəli gələrək məhkəmə ərizəni mülkiyyət hüquqlarının tanınması kimi deyil, miras əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi olaraq təsbit və təfsir edir ki, hazırki tələbin də əsasını miras əmlakın qəbul edilməsi faktı təşkil edir. Bundan başqa məhkəmə onu da qeyd edir ki, ərizəçi qanunu bilməməzliyindən miras əmlakın qəbulu ilə bağlı rəsmi ərizə ilə notariusa müraciət etməmişdir, lakin miras əmlakı faktiki olaraq qəbul və idarə etmişdir. Buna görə məhkəmə hesab edir ki, ərizəçi tərəfindən mirasın qəbulu ilə bağlı ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş olan 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi mərhum X1ndan miras qalmış buraxılış ili 2003-cü il olan Sedan tipli “VAZ 2106 minik” markalı ** EH *** dövlət qeydiyyat nişanlı avtomobilin mərhumun ölümündən sonra yəni xx.xx.2023-cü ildən Ərizəçi tərəfindən mirasın əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin və həmin miras əmlakın ərizəçi tərəfindən qəbulu üçün ötürülmüş müddət üzürlü hesab edilərək bərpa edilsin. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar