Məhkəmə qərarları › İş №2(021)-663/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-663/2022

05.10.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-663/2022 05.10.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 Nuru oğlunun, İddiaçı15, İddiaçı16 Məmməd oğlunun, İddiaçı17, və İddiaçı18 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 Nuru oğlu İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 məhkəmədə iddia qaldıraraq, Bərdə rayonu Mollalı kəndində yerləşən və kənd sakinlərinin ümumi istifadəsinə verilmiş 30 ha örüş-otlaq sahəsindən Cavabdeh çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 Nuru oğlu İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 iddia tələbini onunla əsaslandırmışdır ki, regionlarda torpaq islahatları aparılanadək, yəni kolxozlar ləğv edilənədək ümumi sahəsi 30 ha olan örüş sahəsi Bərdə rayonu Mollalı kənd sakinlərinin istifadəsində olmuşdur, sözügedən torpaq sahəsindən kənddə ümumilikdə ən azı 100 ailə istifdə edirdi. Hazırkı iş üzrə Cavabdeh 1999-cu ildən sözü gedə torpaq sahəsini bütövlükdə mənimsəyərək kənd sakinlərinin otlaq sahəsindən istifadə etməsinə maneçilik törədir. Məcbur qalıb heyvanlarını orada otarırlar. Bununlada ümumi istifadədə olan torpaqdan məhrum olmaqla, əlavə xərcə düşürlər. Dəfələrlə cavabdehə qanunsuz zəbt etdiyi kənd sakinlərinin ümümu istifadəsində olan torpaq sahəsindən çıxmasını tələb etsələrdə, haqlı tələblərinə məhəl qoymur, həmin torpaqdan istifadə edib ailələrini doladırmaqlarına maeçilik törədir. Hətta yerli icra nümayəndəsi və bələdiyyə sədri ilə dəfələrlə Cavabdeh kənd sakinlərinin ümumi istifadəsində olan torpaq sahəsindən çıxalırması barədə xahiş və tələblərinə məhəl qoyulmamışdır. Bərdə rayonu Mollalı kənd bələdiyyəsi tərəfindən verilmiş 27 dekabr 2021-ci il tarixli, 18 saylı məktubdan görünür ki, Cavabdeh ilə kənd bələdiyyəsi arasında sözügedən torpaq sahəsinin istifadəsi və icarəsi ilə bağlı hər-hansısa müqavilə yoxdur. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı11, İddiaçı12, İddiaçı13 Nuru oğlu İddiaçı15, İddiaçı16, İddiaçı17, İddiaçı18 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq üçüncü şəxs Bərdə rayon Mollalı bələdiyyəsinin sədri X7 məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə Bərdə rayon, Bərdə rayon Mollalı bələdiyyəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə iş üzrə cavabdeh X3 izahatını təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, aşağıdakılara əsasən iddia təmin olunmamalıdır. Mülki işə əlavə olunmuş, AZE ******** nömrəli şəxsityyət vəsiqəsibnin surətindən müəyyən olunur ki, İddiaçı17 xx xxxxxx 1963-cü ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X8 xx xxxxx 1996-cı ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AA******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 30 avqust 1969-cu ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx xxxx 1953-cü ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 xx xxxx 1959-cu ildə Bərdə rayonu, Mustafaağalı kəndində doğulmuşdur, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı4 xx xxxxxx 1951-ci ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı5 xx xxxx 1969-cu ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı6 xx xxxxxx 1963-cü ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı7 xx xxxx 1977-ci ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı8 xx xxxxxx 1980-ci iıdə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X10 xx xxxx 1959-cu ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı10 xx xxxxxxx 1963-cü ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X4 16 yanvaar 1976-cı ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı12 xx xxx 1990-cı ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı13 xx xxxxxxx 1971-ci ildə doğulmuşdur. Mülki işə əlavə olunmuş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı14 xx xxxxxx 1963-cü ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı15 xx xxxxxx 1962-ci ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinddən müəyyən olunur ki, X5 xx xxxx 1964-cü ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayonu, Mollalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 27 nömrəli, 11 fevral 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Cavabdeh Bərdə rayonu, Mollalı kəndində yaşayır. Mülki işə əlavə olunmuş AZE 15087300 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X9 07 mart 1965-ci ildə Bərdə rayonu, Mollalı kəndində doğulmuş, Bərdə rayonu, Mollalı kəndində qeydiyyatdadır. İş üzrə Bərdə Rayon Məhkəməsinin 2(021)-663/2022 saylı, 19 aprel 2022-ci il tarixli qərardadı ilə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Mülki işə əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 07 iyun 2022-ci il tarixli, **********69 nömrəli rəyddə göstərilmişdir ki, Elektron məlumat bazasında mövcud M.Əzizbəyov adına X1 Mollalı kənd ərazisində aparılmış Torpaq İslahatına dair kompleks yerqurluşu layihəsinə əsasən 2004-cü il tarixli JN-5027 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” ilə Cavabdeh atası X6 icarəsinə verilmiş 30 ha torpaq sahəsi ümumi istifadədə olan örüşə aid deyildir. Elektron məlumat bazasında mövcud M.Əzizbəyov adına X1 Mollalı kənd ərazisində aparılmış Torpaq İslahatına dair kompleks yerqurluşu layihəsinə əsasən 2004cü il tarixli JN-5027 nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə” ilə icarəyə verilmiş torpaq sahəsi olduğundan, hal-hazırda cavabdeh X13 tərəfindən Bərdə rayonu, Mollalı kəndində yerləşən və kənd sakinlərinin ümumi istifadəsinə verilmiş ümumi örüş torpaq sahəsi zəbt edilməmişdir. Verilmiş iddia ərizəsi ilə bağlı məhkəmə qanunvericiliyin aşağıdakı normalarını qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 706.1-ci maddəsinə əsasən, torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Yuxarıda göstərilən maddi və prosessual hüquq normalarının mahiyyətindən də görünür ki, hazırki iş üzrə ilkin iddia tələbini iddiaçılar məhkəmə araşdırması zamanı sübut edə bilməmişlər. Bundan başqa məhkəmə həmçinin onu da vurğulamağı zəruri hesab edir ki, iddiaçılar Cavabdeh örüş torpaq sahələrini zəbt etməsini məhkəmədə dəfələrlə vurğulamış olsa da, dəlillərini əsaslandıra biləcək sübut və ya fakt məhkəməyə təqdim edə bilmədilər. Əksinə olaraq keçirilmiş ekspertizanın rəyindən müəyyən edilir ki, mübahisəli torpaq sahələri örüş torpaq sahələri deyildir. Belə olduğu halda məhkəmə hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13 Nuru oğlu İddiaçı15, İddiaçı16, İddiaçı17 və İddiaçı18 Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair iddiaları əsassız olduğundan təmin edilməsin. İddia tələbi təmin edilmədiyindən, ödənilmiş 100 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar