Məhkəmə qərarları › İş №2(021)-665/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-665/2025

19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-665/2025 19.03.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı nümayəndəsi X9 iştirakı ilə, İddiaçı cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddia tələbi: İddiaçı cavabdeh Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı iddia qaldıraraq “mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü hesab edilməsi və miras əmlakda payın müəyyən edilməsi” tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə ərizə verərək, xx.xx.2018-ci ildə vəfat etmiş miras qoyan atam X10 Azərbaycan Republikasınn Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********55 olan “ Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən Bərdə rayon Qarayusifli kəndində yerləşən ümumi birgə xüsusi mülkiyyət hüququ ilə X16, X17, X6, X18 və X19 məxsus olan 2,585 hektar torpaq sahəsindəki payı olan 0,517 ha hissəsinin miras olaraq onun tərəfindən qəbul ediliməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbləri üzürlü hesab edilməklə, müddətin bərpasına dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxx 2005-ci ildə Bərdə rayonu Alpoud kənd i.ə.d-nin Qarayusilli kəndində anadan olmuşdur, hal-hazırda da həmin kənddə daimi yaşayır və daimi qeydiyyatdadır. X3 1978-ci ildə anadan olmuş, xx.xx.2018ci ildə vəfat etmişdir. X4 xx.xx.1978-ci ildə anadan olmuşdur, Bərdə rayonu Qarayusilli kəndində qeydiyyatdadır və hazırda müvəqqəti olaraq Bakı şəhərində yaşayıb işləyir. Atası ilə anasının arasında rəsmi nikah qeydi olunmamışdır, yəni faktik nikah münasibətində olmaqla ailə qurmuşlar. Onların ondan başqa övladları olmamışdır. Odur ki, atasının tək vərəsəsidir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********55 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa əsasən atası da daxil olmaqla 5 nəfərin ünvan 1ində ümumi birgə pay hüququ ilə xüsusi mülkiyyət 2,585 hektar kənd təsərrüfat təyinatlı torpaq sahəsi vardır. Həmin torpaq sahəsinin hüquq sahibləri aşağıdakı şəxslərdir: X2, (hazırda sağdır), nənəsi X26 (xx.xx.2003-eü ildə vəfat edib), bibisi X20, (hazırda sağdır), X3 (xx.xx.2018-ci ildə vəfat edib), əmisi X27, (hazırda sağdır). Hazırda o atasının vərəsəsi kimi sözügedən 2.585 ha torpaq sahəsində onun miras payının adına rəsmiləşdirilməsi üçün hüquqi prosedur başlatmışdır və Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün 15 noyabr 2024-cü il tarixli ərizə ilə Bərdə Regional '“ASAN Xidmət“ Mərkəzində Notariat Ofisinə müraciət etmişdir. Həmin Notariat Ofisi müraciətini təmin etməkdən imtina edərək xx.xx.2024-cü il tarixli, 2756/2024 saylı cavabla ona bildirmişdir ki, “Siz, 29 iyul 2018-ci ildə vəfat etmis ünvan 1i ünvanında qeydiyyatda olmuş –X10 vəfatından sonra irs qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 15 noyabr 2024-cü il tarixdə ərizə ilə Bərdə regional “ASAN Xidmət” notariat ofisinə müraciət etmisiz. Həmin ərizənizə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində miras qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Siz mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüsüz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə gecikdirmənin səbəbini üzürlü sayarsa uzadıla bilər. Odur ki, həm mirasın qəbul edilməsi müddətinin uzadılması eyni zamanda mirsa əmlakın bölüşdürülməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi üçün müvafiq rayon məhkəməsinə müraciət etməniz xahiş olunur. Cavabdehin ona Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verməsindən və sözügedən 2.585 ha ümumi birgə xüsusi mülkiyyət torpaq sahəsindən mərhum atasının pavı olan 0.517 ha hissəsinə (2.585:5=0,517) atasının vərəsəsi kimi onun hüququnun müəyyən etməkdən imtinasını aşağıda göstərilən səbəblərdən əsassız və qanunsuz hesab edir: Sözügedən 2.585 ha ümumi birgə mülkiyyət olan torpaq sahəsindən atasının payı olan 0.517 ha hissəsini atasının vəfat etdiyi xx.xx.2018-ci il tarixindən hal-hazıradək miras olaraq o, qəbul qəbul etmişdir, onun sahibliyimdə və islifadəsindədir. Lakin cavabdeh əsassız olaraq bu faktı nəzərə almamışdır. xx.xx.2023-cü ildən xx.xx.2024-cü il tarixədək olan müddətdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında həqiqi hərbi xidmətdə olmuşdur, buna qədər isə 18 yaşı tamam olmadığı üçün Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əldə etmək üçün notariat orqanına müraciət etməyə subyektiv hüququ da olmamışdır. Cavabdeh isə əsassız olaraq bunları nəzərə almamışdır. Sözügedən miras torpaq sahəsinin onun sahibliyində və idarə etməsində olması işin mübahisəsiz tərəfidir, yəni heç kim tərəfindən mübahisələndirilmir və atasının ondan başqa qanuni vərəsəsi yoxdur. Lakin cavabdeh bu faktı da nəzərə almamışdır. Məhkəmənin diqqətinə çatdırır ki, 29.07.201 8-ci ildən etibarən atasının miras torpaq sahəsini faktiki olaraq qəbul edərək ona sahiblik və idarə etsə də, notariat ofisinə mirası qəbul etməyi barədə ərizə ilə müraciət elməli olmağı qaydası barədə məlumatsız olmuşdur, yəni bunu etməli olduğunu bilməmişdir, bu qanun qaydanı ona başa salan olmamışdır. Hesab etmişdir ki, nə vaxt olsa müvafiq dövlət orqanına gedib atasının ölüm haqqında şəhadətnaməsini təqdim edərsə, torpaq sahəsi onun vərəsəsi kimi qeyd-şərtsiz onun adına rəmiləşdirirləcəkdir. Qanunvericiliyin bu tələbləri ona xx.xx.2024-cü il tarixdən sonra, yəni Notariat ofisinin ona verdiyi cavabdan sonra məlum olmuşdur. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə xx.xx.2025-ci il tarixli ərizə verərək, “mirasın qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin səbəbləri üzürlü hesab edilərək mirasın onun tərəfindən qəbul edilmiş hesab edilməsinə dair” qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia həcminin azaldılması barədə xx.xx.2025-ci il tarixli ərizə verərək, xx.xx.2018-ci ildə vəfat etmiş miras qoyan atam X10 Azərbaycan Republikasınn Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş qeydiyyat tarixi xx.xx.2024-cü il, qeydiyyat nömrəsi **********, reyestr nömrəsi **********55 olan “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa” əsasən Bərdə rayon Qarayusifli kəndində yerləşən ümumi birgə xüsusi mülkiyyət hüququ ilə X16, X17, X6, X18 və X19 məxsus olan 2,585 hektar torpaq sahəsindəki payı olan 0,517 ha hissəsinin miras olaraq onun tərəfindən qəbul ediliməsi üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbləri üzürlü hesab edilməklə, müddətin bərpasına dair barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında İddiaçı nümayəndəsi X25 iddianı müdafə edərək, iddiaçının iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Bərdə Regional “Asan Xidmət Mərkəzində Notariat Ofisinin nümayəndəsi və üçüncü şəxslər məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş X28 və X20 məhkəmənin 7 fevral 2025-ci il tarixdə keçirilən hazırlıq iclasında ünvan 1ində yerləşən və onların ümumi birgə mülkiyyətində olan 2.585 ha torpaq sahəsinin qardaşları X18 çatacaq hissəsinin vərəsəlik üzrə İddiaçı keçməsinə etirazlarının olmadıqlarını bildirdilər. İddiaçı tərəfindən miras əmlakın qəbulu üçün buraxılmış müddətin bərpa edilməsinə etiraz etmirlər. Məhkəmə iddiaçının nümayəndəsinin, müstəqil tələb irəli süməyən üçüncü şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı 1 aprel 2005-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 15129842 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X25 24 oktyabr 1978-ci ildə Bərdə rayonu, Qarayusifli kəndində doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 17413897 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 7 aprel 1966-cı ildə Bərdə rayonu, Qarayusifli kəndində doğulmuşdur, ünvan 1ində yaşayır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 15138584 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X21 14 noyabr 1965-ci ildə Bərdə rayonu, Qarayusifli kəndində doğulmuşdur, ünvan 1ində yaşayır. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 16040313 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X27 28 aprel 1980-ci ildə Bərdə rayonu, Qarayusifli kəndində doğulmuşdur, ünvan 1ində yaşayır. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 30 aprel 1971-ci ildə doğulmuşdur. AZ-İ 066593 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X26 8 avqust 2003-cü ildə ölmüşdür. AZ-İ 292196 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 28 yanvar 1997-ci ildə ölmüşdür. AZ-İ 944670 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X24 29 iyul 2018ci ildə ölmüşdür. 6 saylı Bakı “Asan Xidmət” mərkəzində Ədliyyə Nazirliyinin qeydiyyat Şöbəsi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli arayışdan görünür ki, X9 19 noyabr 2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən 14 noyabr 2024-cü il tarixli AZ İ808144 nömrəli arayışdan görünür ki, İddiaçı 1 aprel 2005-ci ildə doğulmuşdur, ata qrafasında ata adı X24, ana qrafasında ana adı X25 yazılmışdır. Bərdə rayon Alpoud kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli 591 nömrəli arayışdan görünür ki, İddiaçı ünvan 1ində qeydiyyatdadır, lakin yaşamır, ailə tərkibi X7 ibarətdir. SX ******* nömrəli hərbi biletdən görünür ki, İddiaçı xx.xx.2024-cü ildə Müdafiə Nazirliyinin xx.xx.2024-cü il tarixli 327 nömrəli əmri ilə hərbi xidmətdən ehtiyyata buraxılmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puublik Hüquqi Şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışdan görünür ki, ünvan 1ində X13, X14, X5, X10, X15 ümumi birgə mülkiyyətində 2.585 ha torpaq sahəsi qeydiyyata alınmışdır. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisi tərəfindən 29 iyul 2018-ci il tarixdə vəfat etmiş X10 barəsində açılmış 15 noyabr 2024-cü il tarixli V-716 reyestr nömrəli vərəsəlik işinin açılmasına səbəb olmuş sənədlər: İddiaçı tərəfindən Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinə verilmiş ərizədən görünür ki, X10 miras əmlakı üzrə ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Bərdə rayon Alpoud kənd inzibati ərazi dairəsi tərəfindən verilmiş 15 noyabr 2024-cü il tarixli 578 nömrəli arayışdan görünür ki, ünvan 1ində yaşamış mərhum X10 ailə üzvüləri X25 və İddiaçı ibarətdir. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 30 yanavr 2025-ci il tarixli 254/2025 nömrəli məktubundan görünür ki, ünvan 1ində qeydiyyatda olmuş, 08 avqust 2003-cü il tarixdə vəfat etmiş X14 barəsində vərəsəlik işinin açılıb açılmamasına dair “Elektron notariat” AİS-nin məlumat axtarış bazasında 30 yanvar 2025-ci il tarixədək olan dövrlərdə heç bir məlumat aşkar olunmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İşin araşdırılan hallarından göründüyü kimi miras qoyan X24 xx.xx.2018-ci il tarixdə vəfat etmişdir. Həmin tarixdə İddiaçı məhdud fəaliyyət qabiliyyətli olmuşdur. Qeyd edilən tarixdə iddiaçı mirasın qəbulu ilə bağlı müraciəti yalnız qanuni nümayəndəsinin iştirakı ilə edə bilərdi. Qanuni nümayəndənin bu cür müraciətinin olmaması iddiaçının miras əmlakın qəbulu ilə bağlı hüquqlarını məhdudlaşdıra bilməz. İddiaçının yetkinlik yaşına çatdıqdan sonra müddətli həqiqi hərbi xidmətə çağırılmış və xx.xx.2024-cü ildə hərbi xidmətdən ehtiyyata buraxıldıqdan sonra xx.xx.2024-cü il tarixdə qanunun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə alınması ilə bağlı cavabdeh Bərdə Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə ərizə ilə müraciət etmişdir. Miras qoyanın 26 dekabr 2023-cü il tarixədək vəfat etdiyini nəzərə alaraq hazırki iddia üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı tətbiq edilməyəcək. Göründüyü kimi iddiaçı tərəfindən miras əmlakın qəbulu ilə bağlı müraciətin edilməsi üzrlü səbəblərdən ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən həll edilməlidir. Qeyd edilənlərə əsasən ddia tələbi təmin edilməli X1 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa” əsasən Bərdə rayonu, Qarayusifli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə X16, X17, X6, X18 və X19 məxsus olan 2.585 ha torpaq sahəsindəki payı olan 0.517 ha hissəsinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia təmin edilsin. X1 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş xx.xx.2024-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli, **********55 reyestr nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışa” əsasən Bərdə rayonu, Qarayusifli kəndində yerləşən ümumi birgə mülkiyyət hüququ üzrə X16, X17, X6, X18 və X19 məxsus olan 2.585 ha torpaq sahəsindəki payının İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar