Məhkəmə qərarları › İş №2(021)-67/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-67/2023

04.07.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-67/2023 04.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Əbilov Qamət Mehman оğlunun sədrliyi, X5 iclas kаtibliyi, İddiaçı X1i təmsilçisi X6 iştirakı ilə, İddiaçı X4 Cavabdeh qarşı “torpaq üzərində mülkiyyət hüquqlarıın pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayonu Xamtorpaq kəndində yerləşən qanuni sahibliyində olan 70 ha torpaq sahəsinin 8 ha hissəsindən Cavabdeh çıxarılmasına və torpaq sahəsinin sahibliyinə qaytarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bərdə rayon İHB-nin 31 iyul 2001-ci il tarixli, 103 saylı, 10 may 2002-ci il tarixli 54 aylı Sərəncamları və 15 may 2002-ci tarixli, 12 saylı icarə müqaviləsi ilə ona məxsus Bərdə rayonu Xamtorpaq kəndi ərazində yerləşən "Qala" X7na Bərdə rayonu X12-payçı müəssisəsinin DTF sahə. Heyvandarlığın inkişafı məqsədi ilə 25 il müddətinə, 70 hektar torpaq sahəsi ayrılmış və həmin torpaq sahəsinə Azərbaycan Respublikası Torpaqdan müvəqqəti İstifadə hüququna dair JN-1939 Kod 61000001 saylı Şəhadətnamə verilmişdir. Sözügedən torpaq sahəsinin 8.0 ha hissəsini neçə illərdir ki, hazırki iş üzrə Cavabdeh zəbt edərək, torpaqdan istifadə etməyinə maneçilik törətməklə mülkiyyət hüququnu pozur. Ona məxsus 70 ha torpaq sahəsinin neçə hektar zəbt olunması ilə bağlı ekspert rəyinin alınması üçün "X3"nə müraciət etmiş, ekspert rəyində göstərilmişdir ki, "Baxış zamanı, X6 müraciətinə görə Bərdə rayonu Babək adına şərikli payçı müəssisəsinin DTF sahəsindən JN-1939 KOD-61000001 Şəhadətnamə əsasında ayrılmış torpaq sahəsinin koordinatları naturada ölçülərək müəyyən edildi ki, həmin torpaq sahəsinə şimal-şərq hissədən müdaxilə var. X2 üzrə 70.0 ha olan torpaq sahəsinin mal-şərqdən 8,0 ha-lıq hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir. Ölçü zamanı X9 istifadəçiləri dəvət etsə də, heç biri ölçmə işlərində iştirak etmədi." "X3"nin qərarına əsasən "X2 üzrə 70 ha olan torpaq sahəsinin şimal-şərqdən 8 ha-lıq hissəsinin Cavabdeh tərəfindən istifadə edildiyi müəyyən edilmişdir." Dəfələrlə qanunsuz zəbt etdiyi torpaq sahəsindən çıxmasını tələb etsə də, cavabdeh onun haqlı tələbinə məhəl qoymur, həmin torpaqdan istifadə etməsinə maneçilik törədir, onun mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Bərdə rayon Məhkəməsinin 2(021)-67/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadına əsasən İddiaçı X4 Cavabdeh qarşı “torpaq üzərində mülkiyyət hüquqlarıın pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 2-2(115)-427/2023 nömrəli, 02 mart 2023-cü il tarixli qərardadında ”X8” MMC həmin iş üzrə tərəf olmadığı, iş üzrə cavabdeh olan Cavabdeh ”X8” MMC ilə əvəz olunmadığı qeyd olunmaqla, mülki iş məhkəmə aidiyyatının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-2(102)-228/2023 nömrəli, 16 mart 2023-cü il tarixli qərarına əsasən İddiaçı X4 Cavabdeh qarşı “torpaq üzərində mülkiyyət hüquqlarıın pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş baxılması üçün Bərdə rayon məhkəməsinə qaytarılmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı X1i təmsilçisi X9 ərizə təqdim edərək, Cavabdeh Hüseyn oğlunun əsl cavabdeh ”X8” MMC ilə əvəz olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılsa da məhkəmə iclasına gəlməmiş, lakin əvvəlki məhkəmə iclasında işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, ərizəni, işin xarakterini və subyektiv tərkibini nəzərə alaraq hesab edir ki, iş məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarında olan JN-7780 saylı KOD 61000001 torpaqdan istifadə hüququna dair şəhadətnamədən görünür ki, Eltac Kəndli (fermer) təsərrüfatına Bərdə rayon İHB-nin xx.xx.1997-ci il tarixli, 283 saylı, xx.xx.2002-ci il tarixli 48 saylı Sərəncamları və xx.xx.2005-cı il tarixli 109 nömrəli icarə müqaviləsi ilə Bərdə rayonu Babək adına Şərikli payçı müəssisəsinin ərazi torpaq sahəsindən heyvandarlığın inkişafı məqsədi ilə 25 il müddətinə 55 ha torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarında olan JN-1939 saylı KOD 61000001 torpaqdan istifadə hüququna dair şəhadətnamədən görünür ki, "Qala" Kəndli (fermer) təsərrüfatına Bərdə rayon İHB-nin 31 iyul 2001-ci il tarixli, 103 saylı, 10 may 2002-ci il tarixli 54 saylı Sərəncamları və xx.xx.2005-cı il tarixli 12 nömrəli icarə müqaviləsi ilə Bərdə rayonu Babək adına Şərikli payçı müəssisəsinin ərazi torpaq sahəsindən heyvandarlığın inkişafı məqsədi ilə 25 il müddətinə 55 ha torpaq sahəsi müvəqqəti istifadə üçün verilmişdir. İş materiallarında olan Kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatları haqqında çıxarışdan görünür ki, "X8 " MMC ********** saylı VÖEN-lə 11 saylı Ərazi Vergilər Baş idarəsi tərəfindən xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, qanuni təmsilçisi Cavabdeh Hüseyn oğludur. Məhkəmə Cavabdeh əsil cavabdeh Eltac Kəndli (fermer) təsərrüfatı ilə əvəz etməsini nəzərə alaraq hesab edir ki, hazırkı tələb sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) aid olduğundan, iddia tələbinə məhkəmə aidiyyatı üzrə Gəncə Kommersiya Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 26.1-ci maddəsinə əsasən, Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. MPM-nin 31.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə hesab edir ki, İddiaçı X4 cavabdeh Eltac Kəndli (fermer) təsərrüfatına qarşı “torpaq üzərində mülkiyyət hüquqlarıın pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş məhkəmə aidiyyatı üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və MPM-in 26, 31-32-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı X4 cavabdeh Eltac Kəndli (fermer) təsərrüfatına qarşı “torpaq üzərində mülkiyyət hüquqlarıın pozan hərəkətlərin qanunsuz hesab edilməsi və torpaq sahəsindən çıxarılma” tələbinə dair mülki iş məhkəmə aidiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar