Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-674/2023 06.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun atasının 0*.07.*934-cü il təvəllüdlü X7 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini belə əsaslandırmışdır ki, o, *969-cu ildə Bərdə Rayon Mustafaağalı kəndində anadan olmuşdur. X2, anası isə X8 olmuşdur. Valideynlərinin toy mərasimi *962ci ildə Bərdə rayon Mustafaağalı kəndində olmuşdur. Onların rəsmi nikahı olmamışdır. Onların qeyri-rəsmi nikah dövründə 2 qardaş və 2 bacısı olmuşdur. Özü hal-hazırda evlidir və 3 övladı var. Hal-hazırda Bərdə rayon Mustafaağalı kəndində yaşayır. X2 *6.07.2022-ci ildə, anası X8 isə *5.0*.2022-ci ildə vəfat etmişdir. Onu doğum şəhadətnaməsində ata adı yazılmamışdır. Bu onun hüquqlarını pozur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Seriya AA №**74752 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.*969-cu il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mustafaağalı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 3** saylı **.**.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Mustafaağalı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 06.0*.2023-cü il tarixli arayışdan görünür ki, Ərizəçi xx.xx.*969-cu il tarixdə anadan olmuşdur. Ata qrafası boş saxlanılmış, ana qrafasında ana adı X3 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Polis Şöbəsi tərəfindən verilmiş fərdi uçot kartoçkasından görünür ki, xx.xx.*969-cu ildə anadan olmuş Ərizəçi ata adı X7, ana adı X4 qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə qeydiyyata alınmış AZ-İİ №273833 nömrəli Ölüm haqqında şəhadətnamədən görünür ki, X7 *6.07.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən 24.0*.2022-ci il tarixdə qeydiyyata alınmış AZ-İİ №248*2* nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 *5.0*.2022-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Dövlət Arxivindən verilmiş *0.0*.2023-cü il tarixli 4 nömrəli Arayışda qeyd olunur ki, Bərdə rayon Dövlət Arxivində 74 saylı fondda mühafizə edilən Bǝrdǝ rayon Mustafaağalı kənd XDS-nin *980-*982-ci illərə aid * saylı təsərrüfatbaşına kitabın 63 saylı şəxsi hesabına əsasən vətəndaş, X5 ailə tərkibi aşağıdakı kimi qeyd olunub: Ailə başçısı- X7, arvadı- X9, qızı- X*0, qızı- X**, oğlu- X*2, oğlu- Ərizəçi. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında akt qeydindən görünür ki, X7 0*.07.*934-cü ildə anadan olmuş, *6.07.2022-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25.**.2022-ci il tarixli arayışdan görünür ki, Ərizəçi həmin orqana müraciət etmiş, lakin məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarına əlavə edilmiş ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən *00 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X*0 bildirdi ki. Ərizəçi onun qardaşıdır. Onların ataları X7 olmuşdur. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, mərhum X* Mübariz Bəkir oğlunun atası olub. X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdr. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, X5 Ərizəçi aası olması faktı iş materialları ilə tam sübut olunduğundan Ərizəçi ərizəsi təmin edilməli, X5 Ərizəçi atası olmasının faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in **9-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. 0*.07.*934-cü ildə anadan olmuş X5 Ərizəçi atası olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-674/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-674/2023
06.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver