Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-675/2021 02.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X1 katibliyi İddiaçı İddiaçı, İddiaçının vəkili X2 Cavabdeh Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı məhkəmədə iddia qaldıraraq, Cavabdeh onun zəbt edilmiş torpaq sahəsindən çıxarmasına, onun mülkiyyətində olan torpaq sahəsinin sərhədlərinin tanıdılmasına və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun mülkiyyətində Bərdə rayonu Qaradəmirçi kəndində 0.16 ha torpaq sahəsi vardır. Uzun illərdir həmin torpaq sahəsini almış və buna görə ona Seriya RX ******* saylı çıxarış verilmişdir. Lakin cavabdeh müxtəlif bəhanələr edərək həmin torpaq sahəsində abadlıq işləri görməyinə və özləri üçün yaşayış evi tikməyə, sahəni hasarlamağa maneçilik törədir. Dəfələrlə usta gətirmişdir ki, torpaq sahəsini hasarlasın. Cavabdeh ustaları ordan qovmuş və bildirmişdir ki, onu ordan qovacaq və torpağı alacaqdır. Cavabdeh onun torpaq sahəsinin bir hissəsini zəbt etmişdir. Məcbur qalıb bununla bağlı məhkəməyə müraciət etməli olmuşdur. Bərdə Rayon Məhkəməsinin 2(021)-675/2021 saylı 02 fevral 2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma, torpaq sahəsinin sərhədlərinin tanıdılması və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair mülki iş üzrə icraata torpaq sahəsinin sərhədlərinin tanıdılması tələbinə dair hissədə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddiasını müdafiə edərək iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, həmçinin göstərmişdir ki, cavabdeh ona məxsus torpaq sahəsini zəbt etməsə də zəbt etmək ehtimalının olmasını qeyd edərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin iclasında dindirilmiş Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, iddiaçının torpaq sahəsini zəbt etməmiş, istifadə etdiyi torpaq özünə məxsusdur. İddiaçının göstərdikləri yalan və böhtandır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarında olan Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX ******* saylı çıxarışın surətindən müəyyən olunur ki, Bərdə rayonu Birinci Qaradəmirçi kənd sakini İddiaçı mülkiyyətinə 0.16 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə mövcud sübutları müqayisəli qaydada təhlil edərək müəyyən etdi ki, iddiaçı İddiaçı məxsus olan Bərdə rayonu Qaradəmirçi kəndində yerləşən 0.16 ha pay torpaq sahəsi Cavabdeh tərəfindən zəbt edilməmişdir. İddiaçı iddia ərizəsində cavabdehin onların mülkiyyətinə verilmiş 0.16 ha torpaq sahəsindən çıxarılmasını xahiş etsə də məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh iddiaçının mülkiyyətində olan 0.16 ha pay torpaq sahəsinin zəbt etməmişdir. İddiaçı məhkəmə iclasında verdiyi izahatında da cavabdehin ona məxsus torpaq sahəsini zəbt etmədiyini, lakin zəbt etmə ehtimalının olduğunu qeyd etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Cavabdeh iddiaçı Əliyeva İlhamə Misir qızına məxsus olan 0.16 ha torpaq sahəsi zəbt etmədiyindən iddia tələbi torpaqdan çıxarılma tələbinə dair hissədə təmin oluna bilməz. İddiaçının cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin qanunsuz hərəkətlərinin nədən ibarət olması və hansı sübutla təsdiq olunması barədə məhkəməyə mötəbər sübut təqdim etmədiyindən iddia həmin hissədə də təmin oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı İddiaçı Cavabdeh qarşı torpaqdan çıxarılma və cavabdehin qanunsuz hərəkətlərinə son qoyulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-675/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-675/2021
02.02.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver