Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-689/2022 10.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı nümayəndəsi X1, Cavabdeh Bərdə rayon Təhsil Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “işə bərpa” tələbinə dair iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən barəsində qəbul edilən 01 iyul 2021-ci il tarixli 39 saylı əmrinin ləğv edilməklə əvvəlki işinə bərpa edilməyi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdehndə 15.09.1999-cu il tarixdən riyaziyyat və informatika ixtisası üzrə müəllim təyin olunmuş, 15.09.2021-ci il tarixdə dərs hissə müdiri təyin edimişdir. 01.07.2021-ci il tarixdə məktəbə yeni təyin eilən müdirin təyziqi ilə ərizəsi alınmaqla Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən 01.07.2021-ci il tarixdən 39 saylı əmrlə işdən azad edilmişdir. Odur ki, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, ərizənin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh Bərdə rayon Təhsil Şöbəsinin nümayəndəsi X5 izahatında bildirdi ki, İddiaçı öz ərizəsinə əsasən işdən azad edilmişdir. Hazırda onun yerinə işçi təyin edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə təqdim olunmuş sübutları yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin olunmamalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 0******* saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1976-ci il tarixdə Bərdə şəhərində anadan olmuşdur. Bərdə şəhər Şəhid Mürvət küçəsi ev 1 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş Bərdə Mənzil Təmir İstismar Sahəsi tərəfindən verilmiş 644 nömrəli, 16.12.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə şəhər Şəhid Mürvət küçəsi ev 1 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Seriya AZE № 09533897 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, X2 01.01.1977-ci il tarixdə Bərdə rayon Qullar kəndində anadan olmuşdur. Bərdə rayon Qullar kəndində qeydiyyatdadır. Mülki işə əlavə olunmuş AZ-İİ № 139447 sayİı Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə üleymanova Aytəkin Abuzər qızı 28.04.2017-ci il tarixdə nikah bağlanmışlar. Mülki işə əlavə edilmiş İddiaçı Cavabdeh direktoruna ünvanlanmış 01.07.2021-ci il tarixli Ərizəsindən görünür ki, 01.07.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməyini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh 01.07.2021-ci il tarixli 47 saylı Əmrindən görünür ki, İddiaçı-liseyin dərs hissə müdiri ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən 01.07.2021-ci il tarixdən xitam verilməsi əmr olunmuşdur. Mülki işə əlavə edilmiş ИТ-İ № ******* saylı Əmək kitabçasının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Bərdə rayon Peşə Liseyinə 15.09.1999-cu il tarixdən riyaziyyat və informatika ixtisası üzrə müəllim təyin olunmuş, 15.09.2021-ci il tarixdə Cavabdehndə dərs hissə müdiri təyin edimiş, 01.07.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən 01.07.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı Bərdə rayon Peşə Liseyinə 15.09.1999-cu il tarixdən riyaziyyat və informatika ixtisası üzrə müəllim təyin olunmuş, 15.09.2021-ci il tarixdə Cavabdehndə dərs hissə müdiri təyin edimiş, öz ərizəsinə əsasən 01.07.2021-ci il tarixdən Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin a bəndinə əsasən 01.07.2021-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Məhkəmə hazırkı iddianın faktiki halları ilə əlaqədar olaraq aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də tərəflərdən birinin təşəbbüsüdür. Həmin Məcəlləninin 69-cu maddəsinə əsasən Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası:
1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər.
2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur.
3. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər.
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla ləğv edildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.
5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək bu maddənin 4-cü hissəsi ilə müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə mübahisə ilə bağlı bildirir ki, İddiaçı ərizəsindən görünür ki, 01.07.2021-ci il tarixdən tutduğu vəzifədən azad edilməyini və onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, İddiaçı özü ərizə verərək 01.07.2021-ci ildən işdən azad olunmasını xahiş etmişdir. İşə götürəndə onun bu ərizəsini nəzərə almışdır. Odur ki, iddia tələbi təmin olunmamalıdır. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən edilir ki, İddiaçı Cavabdehndə əmək müqaviləsi əsasında fəaliyyət göstərmiş, əmək münasibətlərini dayandırmaq istədiyi günü qeyd etməklə öz ərizəsinə əsasən işdən azad edilməyini xahiş etdiyindən əmək müqaviləsinə xitam verilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, sözügedən əmək müqaviləsinin xitamı ilə bağlı hər hansı qanun pozuntusundan söhbət gedə bilməz. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmə işdə olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı “işə bərpa” tələbinə dair iddia təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddiaçı Cavabdeh qarşı “işə bərpa” tələbinə dair iddia təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Qamət Əbilov