Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-70/2022 18.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ona vurduğu 3080 (üç min səksən) manat maddi ziyanın alınıb ona verilməsi tələbinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onun və ailə üzvlərinin xüsusi mülkiyyətində Bərdə rayonu Alpoud kəndinin ərazisində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 24.05.2017-ci il tarixli RX seriyalı ******* saylı Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən Çıxarışa əsasən 2.52 hektar torpaq sahəsi vardır. 2020-ci ilin əkin mövsümündə o, həmin pay torpaq sahəsinin 1.5 hektarında yonca otu əkərək aqrotexniki qaydada qulluq edərək becərmişdir. Lakin Cavabdeh 2020-ci ilin iyun ayının əvvəllərindən ümumi istifadələrində olan su arxını doldurub, su arxının və sahələrarası yolun yerində süpürgə əkmişdir. Hazırda cavabdehin əkin sahəsindən aşağıda yerləşən pay topaq sahəsi susuz qalmışdır və yaz fəslinin qızmar vaxtında öz əkin sahəsini suvara bilməmiş, əkdiyi yonca otu məhv olmuşdur. Cavabehin qanunsuz və özbaşına hərəkətləri nəticəsində 2020-ci ilin əkin mövsümündə heç bir məhsul əldə edib qazanc götürə bilməmişdir. Bununla da cavabdeh ona 3060 manat ziyan vurmuşdur. Bununla bağlı şahidlərin iştirakə ilə 10.08.2020-ci ildə akt tərtib olunmuşdur. O, cavabdehdən dəymiş ziyanı ödəməsini tələb etsə də əhəmiyyət verməmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh ərizə təqdim edərək, işə mahiyyəti üzrə baxılmasını xahiş etdi. Həmçinin iddia tələbini qəbul etmədiyini bildirərək iddia tələbinin rədd olunmasını xahiş etdi. O, bununla yanaşı bildirdi ki, iddiaçının ona qarşı başqa bir mülki iddiası -“qonşuluq hüququnun pozulması,qeyri-qanuni hərəkətlərə son qoyulması” tələbi olmuşdur ki, həmin iş baxılmamış qalmışdır. Belə ki, ona verilən su bərpa edilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 185.4-cü maddələrinə əsasən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1948-ci il tarixdə Bərdə rayon Alpoud kəndində anadan olmuşdur. Bərdə rayon Alpoud kəndində qeydiyyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 442 saylı 10.08.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Alpoud kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təsdiq olunmuş 10.08.2020-ci il tarixli Aktdan görünür ki, Alpoud kənd sakini Cavabdeh kənd sakini İddiaçı və digər paylıların pay torpaqlarını suvarmaq üçün onlara gedən su arxını doldurmuş və oradan suyun getməsinə icazə verməmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Alpoud Bələdiyyəsi tərəfindən verilmiş 26 saylı 21.08.2021-ci il tarixli Arayışdan görünür ki, İddiaçı 2.52 ha pay torpaq sahəsi vardır və həmin torpaq sahəsində yonca əkilmişdir, onun 1.50 ha sahəsi sulanmamışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Aparatı tərfindən verilmiş Arayışda qeyd olunur ki, Bərdə Rayonu Alpoud kəndi ərazisində aqrotexnki qaydalara əməl olunarsa 1.5 ha torpaq sahəsindən bir mövsümdə normal sıxlıqda 80-85 sm uzunluğunda 680 ədəd yonca otunun bağlaması götürülə bilər və halhazırda qara bazarda yonca otunun bağlamasının satış qiyməti 4-4.50 manat təklif oluna bilər. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı Çıxarışdan görünür ki, Bərdə rayon Böyük Göyüşlü kəndində kənd təsərrüfat təyinatlı 2.52 ha torpaq sahəsi Qasımov Həmzə Qasım oğlunun, X1, X5, X3, X6, X4 və X2 ümumi birgə mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş A № 152836 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Alpoud kəndində yerləşən 2.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq subyekti İddiaçıdur. İş materiallarına əlavə olunmuş Daşnmaz Əmlakın real bazar dəyərinin müəyyənləşdirilməsinə dair 01/3127 saylı Arayışdan görünür ki, Bərdə rayon Alpoud kəndində 2.52 ha torpaq sahəsinin 20.05.2017-ci il tarixinə bazar dəyəri 2500.00 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 11.09.1975-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 511 saylı 07.09.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Bərdə rayon Alpoud kəndində yaşayır. İş materiallarına əlavə olunmuş Ə № 000739 sayli Vəsiqədən görünür ki, Cavabdeh İİ qrup müharibə əlil statusu verilmişdir. Məhkəmə qeyd edir ki, iddia maddi ziyan tələbindən ibarətdir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 3-cü bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin 2-ci bəndinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyası müddəalarının və İnsan hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsainin Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan hüquqları Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən heç kəsə icazə verilmir ki, suyun təbii axımını qonşunun ziyanına dəyişdirsin. Aşağı torpaq sahəsi üçün zəruri olan su yuxarı torpaq sahəsi üçün zəruri olan həcmdə axıdıla bilər. Su axıdılarkən aşağıda yerləşən torpaq sahəsinin mülkiyyətçisi əvvəllər ona təbii yolla gəlmiş suyu kompensasiyasız götürməlidir. Əgər suyun buraxılması nəticəsində ona ziyan dəyirsə, tələb edə bilər ki, yuxarıdakı mülkiyyətçi öz hesabına aşağı torpaq sahəsindən nov çəksin. Həmin Məcəllənin 170.4-cü maddəsinə əsasən bir neçə torpaq sahəsindən axan tullantı və yeraltı suların istiqamətini dəyişdirərək və ya onları qarışdıraraq başqa torpaq sahələrində suyun miqdarını azaltmaq və ya keyfiyyətini pisləşdirmək yolverilməzdir. Məhkəmə qeyd edir ki, maddi ziyan tələbi heç bir aqronom rəyi olmadan qeyrimüəyyən formada iddiaçının öz mülahizəsinə əsasən irəli sürülmüşdür. Buna görə də iddia tələbi təmin oluna bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia tələbi təmin olunmamalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyan” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-70/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-70/2022
18.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver