Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-706/2022 15.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı Zahidov Nazim Elxan oğlunun, Cavabdeh iştirakları ilə, İddiaçı Zahidov Nazim Elxan oğlunun cavabdeh Cavabdeh qarşı “torpaqdan çıxarılma ” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçı Zahidov Nazim Elxan oğlu məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bərdə rayon Kərimbəyli kəndində yerləşən mülkiyyətində olan 0.52 ha torpaq sahəsindən cavabdeh Cavabdeh çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Zahidov Nazim Elxan oğlu iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Kərimbəyli kənd ərazisində 0.52 ha torpaq sahəsi vardır. O, həmin torpaq sahəsini 26.01.2019-cu il tarixdə X2 alqı-satqı müqaviləsi əsasında almışdır. Torpaq sahəsini aldıqdan sonra 07.06.2019-cu il tarixdə Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəində dövlət qeydiyyatına aldırmışdır. Cavabdeh ona məxsus torpaq sahəsini zəbt etmişdir. O, dəfələrlə cavabdehdən zəbt etdiyi torpaq sahəsindən çıxmalsını tələb etməsinə baxmayaraq cavabdeh onun torpaq sahəsindən çıxmır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Zahidov Nazim Elxan oğlu izahatında iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh Cavabdeh izahatında bildirdi ki, iddiaçınnı iddia etdiyi torpaq sahəsini X4 2009-cu ildə ona satmışdır. Həmin torpaq sahəsinin sənədlərini etibarnamə ilə ona vermiş və uzun müddətdir ki, istifadə edir. Məhkəmə iş üzrə təərflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Resoublikasının Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Zahidov Nazim Elxan oğlu xx.xx.1970-cı il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 1850 saylı 09.03.2021-ci il tarixli Arayışdan görünür ki, Zahidov Nazim Elxan oğlu Bərdə şəhər Şəhriyar küçəsi ev 20 ünvanında yaşayır. İş materiallarına əlavə olunmuş AN-İ № ******* saylı 26.01.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsindən görünür ki, İsayev Nəzər Əkbər oğlu Bərdə rayon Kərimbəyli kındində yerləşən tam mülkiyyət hüququ üzrə ona məxsus ümumi sahəsi 0.52 ha olan torpaq sahəsini Zahidov Nazim Elxan oğluna satmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07.06.2019-cu il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan görünür ki, Bərdə rayon Kərimbəyli kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zahidov Nazim Elxan oğlunun tam xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş A № 390753 saylı “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Kərimbəyli kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin hüquq subyekti Zahidov Nazim Elxan oğludur. İş materiallarına əlavə olunmuş Torpağa mülkiyyət hüququna dair JN-0012 KOD 61006068 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25.07.1998-cu il tarixli 10 saylı qərarına əsasən Bərdə rayonu Kərimbəyli kənd sakini X3 mülkiyyətinə 0.52 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş ƏN-İ №130869 saylı 11.11.2019-cu il tarixli Etibarnamənin surətindən görünür ki, X4 Bərdə rayon Aqrar İslahat Komissiyasının 25.07.1998-cu il tarixli qərari ilə JN-0012 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən ona məxsus olan Bərdə rayon Kərimbəyli kəndində yerləşən 0.52 ha torpaq sahəsinin barəsində sərəncam verməyi, bağışlamağı, satmağı və sair hərəkətlərin həyata keçirilməsi üçün 45 il müddətinə Cavabdeh etibar etmişdir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 30 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, AN-İ № ******* saylı 26.01.2019-cu il tarixli Daşınmaz Əmlakın Alqı-Satqı Müqaviləsinə əsasən İsayev Nəzər Əkbər oğlu Bərdə rayon Kərimbəyli kəndində yerləşən tam mülkiyyət hüququ üzrə ona məxsus ümumi sahəsi 0.52 ha olan torpaq sahəsini Zahidov Nazim Elxan oğluna satmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən 07.06.2019-cu il tarixdə verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli Çıxarışdan müəyyən olunur ki, Bərdə rayon Kərimbəyli kəndində yerləşən 0.52 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Zahidov Nazim Elxan oğlunun tam xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. Buna görə də iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 30 manat məbləğində rüsum da cavabdehə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh Cavabdeh Bərdə rayonu Kərimbəyli kəndində yerləşən iddiaçı Zahidov Nazim Elxan oğluna məxsus 0.52 ha torpaq sahəsindən çıxarılsın. Ödənilmiş 30 manat dövlət rüsumu cavabdeh Cavabdeh alınaraq iddiaçı Zahidov Nazim Elxan oğluna ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-706/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-706/2022
15.02.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver