Məhkəmə qərarları › İş №2(021)-71/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-71/2024

23.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-71/2024 23.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəm Şahmar oğlu Hətəmxanlının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «Torpaq sahələrinin plan və cizgisinin hazırlanmasına maneçilik törədən cavabdehin hərəkətlərinə qadağa qoyulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bərdə rayonu Xanağalı kəndində onların sahibliyində və istifadələrində olan 9592,46 kv.m torpaq sahəsinin sənədləşdirilərək dövlət reyestrindən çıxarış və texniki pasport verilməsi üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşlarına torpağın plan-cizgisinin hazırlanmasına maneçilik edən Cavabdeh qanunsuz hərəkətlərinə qadağa qoyulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə göndərərək, o cümlədən məhkəmə iclasında iddia ərizələri əsasında açılmış mülki işin baxılmamış saxlanılmasını və sənədlərinin əslinin onlara qaytarılmasını xahiş etmişlər. Məhkləmə iclasında Cavabdeh iddia ərizəsinin hazırlıq iclasından qaytarılmasına etirazının olmadığını bildirdi. Məhkəmə mülki işin materialları nəzərədən keçirib, iddiaçılar İddiaçı1 və İddiaçı2 ərizəsini müzakirə edib, hesab edir ki, ərizə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 170.1-ci maddəsinin tələbinə əsasən ərizəçiyə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 170.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261-0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam verilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 170.1, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı «Torpaq sahələrinin plan və cizgisinin hazırlanmasına maneçilik törədən cavabdehin hərəkətlərinə qadağa qoyulması» tələbinə dair iddia ərizəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 qaytarılsın. Qərardaddan 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər. Hakim: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar