Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-713/2022 14.02.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dost Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı əlil olması faktının müəyyən edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi məhkəməyə ünvanladığı iddia ərizəsində maraqlı şəxs Azərbaycan Respublikası Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dost Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı onun anadangəlmə əlil olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxx 1965-ci il tarixdə Kəlbəcər rayonu, Çorman kəndində anadan olmuşdur, anadangəlmə eşitmə və danışma qüsurludur. Bu səbəbdən də ona Kəlbəcər rayonu işğal olunmamışdan əvvəl pensiya müavinatı təyin edilmişdir.Ona ödənilən pensiya müavinatı 2021-ci il tarixdə kəsilmişdir.Dəfələrlə müraciət etməyinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Azərbay-can Respublikası Milli Arxiv İdarəsi Kəlbəcər rayon İcra Hakimiyyətinin Kəlbəcər Rayon Dövlət Arxivi tərəfədindən verilən 25 dekabr 2021-ci il tarixli, 122 saylı arayışda qeyd edilmişdir ki, “Kəlbəcər rayonu 02 aprel 1993-cü il tarixdə Eermənistan silahlı birləşmələri təəfindən işğal edildiyi üçün Kəlbəcər rayonu idarə, müəssisə və təşkilatının Kəlbəcər rayon Dövlət Arxiv İdarəsinə verdiyi bütün sənədlər işğal zonasında qalmışdır. Odur ki, Kəlbəcər rayon Dövlət Arxiv İdarəsində sizin 02 aprel 1993-cü il tarixə qədər Kəlbəcər rayonunun idarə,müəssisə və təşkilatlarında, eləcə də kolxoz və sovxozlarında işləməyini və xəsətəliyini təsdiq edən qruppa kazığı barədə heç bir sənəd yoxdur”.Bundan başqa Kəlbəcər rayon Əsirlik kənd İƏD üzrə nümayəndəsi tərəfindən möhürlənmiş və həmin kənd sakinlərnin bir neçəsinin iştirakı ilə tərtib edilmiş “Akt”dan göründüyü kimi o, həqiqətən anadangəlmə əlildir və kənar şəxslərin iştirakı olmadan hərəkət edə bilmir. Anadangəlmə lal və kardır. Kəlbəcər rayonu işğal olunandan sonra penasiya almağına dair bütün sənədlər orda qalıb. Anadangəlmə əlilliyi ilə bağlı sənədləri başqa cür əldə edə bilmir, bu səbəbdən də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iş materiallarını araşdırıb, hüquqi qiymət verərək hesab edir ki, iddia tələbinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən xitam verilməlidir.Yəni həmin məsələyə baxılması ümumi məhkəmələrin səlahiy-yətinə daxil deyildir. Belə ki, vətəndaşların əlil olub-olmamasının müəyyən edilməsi məsələsi məhkəmənin səlahiyyətinə daxil deyildir. Buna görə də ərizəçi həmin məsələ ilə bağlı aidiyyati idarələrə müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-cü maddəsinin tələbinə görə işə məhkəmədə baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmlak və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dost Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filalına qarşı əlil olması faktının müəyyən edilməsi tələ-binə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə rayon məhkəməsinə şikayət verə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-713/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-713/2022
14.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver