Məhkəmə qərarları › İş №2(021)-716/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-716/2021

10.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-716/2021 10.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Ərizəçi və vəkili X3 iştirakları ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun 21 iyul 1964-cü il tarixdə Ağdərə rayon Seysulam kəndində anadan olması, atasının X21 oğlu, anasının isə X7 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, 21 iyul 1964-cü il tarixdə Ağdərə rayon Seysulam kəndində anadan olmuşdur. Atası X10, anası isə X4r. X23 2018-ci ildə, anası Xədicə Sadıqova isə 2017-ci ildə vəfat etmişdir. Onun doğum haqqında şəhadətnamsə olmuşdur. Lakin ona məxsus şəhadətnamə naməlum şəraitdə itmişdir. Doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etmiş, lakin imtina edilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi qızı ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Ərizəçi vəkili X11 ərizəçinin ərizəsini müdafiə edərək, ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Arayışdan (Respublika ərazisində şəxsiyyəti müvəqqəti təsdiq edən) görünür ki, Ərizəçi 25.07.1964-cü ildə Ağdərə rayon Seysulan kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24.08.2020-ci il tarixli 298376 saylı Çıxarışdan görünür ki, X2 ilə Ərizəçi 29.12.1996-cı ildə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Bədəlov, arvada Bədəlova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Seriya AZE № 08561829 saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 01.07.1957-ci il tarixdə Tərtər rayon Seydimli kəndində anadan olmuşdur. Bərdə rayon Soğanverdilər kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş İ-JQ № 481112 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 qızı 10.04.1973-cü ildə Mardakerd rayonunda anadan olmuşdur. Atası X21 oğlu, anası X4r. İş materiallarına əlavə edilmiş İ-AG № ******* saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Sadıqova Tükəz Talıb qızı 17.03.1966-cı ildə Mardakerd rayonunda anadan olmuşdur. Atası X21 oğlu, anası X4r. İş materiallarına əlavə edilmiş İ-AG № 213932 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Sadıqova Raya Talıb qızı 05.01.19863-cü ildə Mardakerd rayonunda anadan olmuşdur. Atası X21 oğlu, anası X4r. İş materiallarına əlavə edilmiş Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24.08.2020-ci il tarixli 895220 saylı Arayışdan görünür ki, X7 05.12.2017-ci ildə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş 386-05\15 saylı 15.07.2020-ci il tarixli Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi qızı doğum akt qeydinin bərpa edilməsi barədə həmin orqana müraciət etmiş, lakin ərizəsi təmin olunmamış və məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş materiallarından müəyyən olunur ki, məhkəmə tərəfindən Ərizəçi doğum akt qeydi barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə sorğu verilmiş, lakin bildirilmişdir ki, Tərtər rayon Seysulan kəndi əvvəlki Ağdərə rayon Seysulan kəndi olmuş, Ağdərə rayonu isə X15 Vilayətinin tərkibində olduğuna görə orada tərtib olunmuş akt qeydləri Ermənistan Respublikasının arxivinə təhvil verildiyindən Ərizəçi doğum akt qeydinin əldə edilməsi mümkün deyildir. İş materiallarına əlavə edilmiş Bərdə rayon Dövlət Arxivinin 40 saylı 26.02.2020-ci il tarixli Arayışından müəyyən olunur ki, Ərizəçi qızının ailə tərkibi barədə heç bir məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirdi ki, Ərizəçi qızı onun doğma bacısıdır. Ərizəçi 21 iyul 1964-cü ildə Ağdərə rayonu Seysulan kəndində anadan olması, atasının X10, anasının isə X7 olması faktını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X5 bildirdi ki, Ərizəçi qızı onun doğma bacısıdır. Ərizəçi 21 iyul 1964-cü ildə Ağdərə rayonu Seysulan kəndində anadan olması, atasının X10, anasının isə X7 olması faktını təsdiq etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən Sadıqov Mürşüd Talıb oğlu bildirdi ki, Ərizəçi qızı onun doğma bacısıdır. Ərizəçi 21 iyul 1964-cü ildə Ağdərə rayonu Seysulan kəndində anadan olması, atasının X10, anasının isə X7 olması faktını təsdiq etdi. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki Ərizəçi qızı 21 iyul 1964-cü ildə Ağdərə rayonu Seysulan kəndində anadan olmuş, X1, anası isə X7 olmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmuuna qiymət verərək belə hesab edir ki, Ərizəçi qızının 21 iyul 1964-cü ildə Ağdərə rayonu Seysulan kəndində anadan olması, atasının X10, anasının isə X7 olması faktı müəyyən edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Bundan başqa MPM-nin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat dövlət rüsumunu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi qızının 21 iyul 1964-cü ildə Ağdərə rayonu Seysulan kəndində anadan olması, atasının X10, anasının X7 olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar