Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-716/2024 14.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X23 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs olmaqla “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X2 onun anası olması faktının təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Bərdə şəhər sakinidir. X4, anası isə Məmmədova (Hüseynova) Gözəl Heydar qızıdır. X5 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Anası vəfat etməmişdən əvvəl və vəfat edən günə qədər ünvan 1 ünvanda vəfat etmişdir. Onun vəfat etməmişdən öncə adına Bərdə şəhəri Ə.Ədilov küçəsi ev 56 ünvanında fərdi yaşayış evi olmuşdur. Qeyd edilən fərdi yaşayış evinə 27 fevral 1989-cu il tarixdə order verilmişdir. Anasının ondan başqa heç bir övladı olmadığından hər zaman anası ilə birlikdə qeyd etdiyi fərdi yaşayış evində yaşamışdır. Anasından ona miras olaraq qalmış Bərdə şəhəri Ə.Ədilov küçəsi ev 56 ünvanında yerləşən fərdi yaşayış evini öz adına sənədləşdirmək istəyir. Bununla bağlı ASAN xidmət mərkəzin notariat kontoruna müraciət etdikdə ondan doğum haqqında şəhadətnaməni tələb etmişlər. Doğum haqqında şəhadətnaməni təqdim etdiyi zaman, sənədləşmə aparıldığı an məlum olmuşdur ki, onun doğum haqqında şəhadətnaməsində anasının soyadı yanlış olaraq “X13” kimi yazılmışdır. Lakin atası ilə anası evləndikləri zaman rəsmi nikahları olmadığından onun doğum haqqında şəhadətnaməsində atasının adı qeyd edilməmiş, anasının soyadı isə atasının soyadına uyğunlaşdırma edərək “Hüseynova” kimi yazılmışdır. Halbuki, anasının soyadı “Məmmədova”dır və onun bütün sənədlərində soyadı “Məmmədova” olaraq yazılır. Onun doğum haqqında şəhadətnaməsində texniki səhv edərək anasının soyadının “X13” yazdıqları üçün fərdi yaşayış evini öz adına sənədləşdirə bilmir. Anasının ölüm haqqında şəhadətnaməsində, evin orderində, şəhər icra nümayəndəliyi tərəfindən verilmiş arayışda və bir çox sənədlərdə soyadının X12 olması öz əksini tapmışdır. Bunun üçün də məcbur qalıb X6 onun anası olmasını təsdiq etmək üçün məhkəməyə müraciət edir. X6 onun anası olması, yəni qohumluq faktı məhkəmə qətnaməsi ilə təsdiq edilməlidir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək onun məzmununa uyğun izahat verdi və ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs heç bir üzrlü səbəb olmadan nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının MPM və ya MPM) 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə görə, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 göstərdi ki, Ərizəçi xalası qızıdır. Xalası Gözəlin ərizəçidən başqa uşağı olmamış, xalası xx.xx.2021-ci il tarixdə ölmüşdür. Ərizəçi X4, X5dır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 göstərdi ki, Ərizəçi qonşusudur. Ərizəçi ailənin tək uşağı olmuşdur. Onun X4, X5 olmuşdur. Məhkəmə ərizəçinin izahatını dinləyib, işdəki sübutları araşdırıb, şahidləri dindirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalıdır. İş materiallarında olan: AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsi surətindən görünür ki, Ərizəçi xx xxxx 1960-cı ildə Bərdə rayonu Həsənqaya kəndində anadan olmuşdur, Bərdə şəhəri Ə.Ədilov küçəsi ev 56-da yaşayır. Maraqlı şəxs tərəfindən verilmiş 22 may 2023-cü il tarixli 05/09İS/113448-23 nömrəli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X9 aid xx.xx.2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. Maraqlı şəxs tərəfindən verilmiş 22 may 2023-cü il tarixli 742-05/69 nömrəli doğum akt qeydindən çıxarışdan görünür ki, Ərizəçi xx xxxx 1960-cı ildə Bərdə rayonu Həsənqaya kəndində anadan olmuşdur. “Ana” qrafasında anası kimi X13 qeyd edilmişdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 26 may 2023-cü il tarixli 2491 nömrəli arayışından görünür ki, X3 şəhəri Ə.Ədilov küçəsi (Şərq küçəsi) 56 nömrəli evdə yaşamışdır. Ailə üzvləri: qızı Ərizəçi doğum haqqında şəhadətnaməsində ana adı X13 göstərilmişdir. Hər iki şəxs eyni şəxslərdir. 22 dekabr 2021-ci il tarixli AZ-İİ 229470 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X12 14 dekabr 2021-ci il tarixdə ölmüşdür. Bərdə Regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 21 may 2023-cü il tarixli 3-16-5/8-387/2023 nömrəli arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1938-ci il tarixdə Ağdam rayonu Qərvənd kəndində doğulmuş və xx.xx.2021-ci il tarixdə Bərdə rayonunda vəfat etmiş X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair yoxlama xx.xx.2023-cü ilədək aparılmış və yuxarıda qeyd olunan vətəndaşın ölüm haqqında akt qeydi aşkar edilmişdir. 26 iyul 1989-cu il tarixli Qeydiyyat şəhadətnaməsindən görünür ki, Bərdə şəhəri Şərq küçəsində yerləşən 1 otaqlı, 24 kv.m. yaşayış, 15,6 kv.m. köməkçi sahə olmaqla, ümumi mənzil sahəsi 39,6 kv.m. olan 56 nömrəli fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X7 adına qeydiyyata alınmışdır. Maraqlı şəxs tərəfindən verilmiş 30 may 2023-cü il tarixli 3-16-5/8-15-281/2023 saylı məktubdan görünür ki, Ərizəçi doğum akt qeydində mərhum anasının soyadının “Hüseynova”dan “Məmmədova”ya dəyişdirilməsi barədə müraciət etmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 52 nömrəli qərarının tələblərinə uyğun olaraq kifayət qədər əsaslar olmadığına görə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. 14 sentyabr 2023-cü il tarixli ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi məhkəməyə ərizə vermək üçün 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 06 nömrəli Qərarında qeyd olunur ki, qohumluq münasibəti faktlarının müəyyən edilməsinə yalnız bu münasibətlər hüquqi nəticə verdikdə yol verilir (vərəsəlik əmlakı almaq, təqaüd almaq hüququnu rəsmiləşdirmək və s.). Məhkəmələrə izah olunmuşdur ki, vərəsəlik məsələlərini həll etmək məqsədilə miras qoyanla qohumluq münasibəti faktı o vaxt müəyyən oluna bilər ki, ərizəçi qanun üzrə vərəsəliyə çağırılmış şəxslərin dairəsinə daxil olsun. Azərbaycan Respublikasının MPM-nin: 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.1-ci maddələrinə görə, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatı, şahidlərin ifadələri, toplanmış və məhkəmə tərəfindən tədqiq olunmuş sübutların məcmusu ilə təsdiq olundu ki, mərhum X1 Sevda Nuru qızı ilə ana-övlad olduğundan, onların qohumluq münasibətində olması faktı müəyyən edilməlidir. MPM-nin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İnsаn Hüquqlаrı üzrə Avropа Məhkəməsi «Mаhmudov Rusiyа Federаsiyаsınа qаrşı» iş üzrə 26 iyul 2007-ci il tаrixli qərаrındа qeyd etmişdir ki, Konvensiyа аrаşdırmаlаrındа sübutlаrı qiymətləndirərkən, bir qаydа olаrаq sübut etmək yükü təkzib edənin deyil, iddiа edənin üzərinə düşür (аffirmаnti, non negаnti insumbit probаtion) prinsipi rəhbər tutulur. Sübut kifаyət qədər güclü, аydın və bir-birinə uyğun qənаətlərin həm mövcudluğundаn, habelə təkzib olunmаz oxşаr fаkt ehtimаllаrındаn irəli gəlir. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa Məhkəməsi qeyd etmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Yuxarıda istinad edilən milli qanunvericilik normalarına və Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə görə hazırda baxılan mülki iş üzrə iddianı sübut etmək yükü iddiaçının üzərinə düşür. Göründüyü kimi, Ərizəçi öz tələbinin haqlı olmasını mötəbər sübutlarla sübut edə bilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. MPM-nin: 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, ərizəçi məhkəmədə iddia qaldırmaq üçün dövlət büdcəsinə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, ərizənin verilməsi üçün ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ə t e t d i : Ərizəçi (bundan sonra ərizəçi və ya Ərizəçi) Maraqlı şəxs olmaqla “Hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi təmin edilsin. X2 Ərizəçi anası olması faktı müəyyən edilsin. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №2(021)-716/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-716/2024
14.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver