Məhkəmə qərarları › İş №2(021)-717/2021

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-717/2021

05.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-717/2021 05.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı İddiaçı oğlunun, Cavabdeh nümayəndəsi X2, Üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı İddiaçı oğlunun Cavabdeh oğluna və üçüncü şəxs X4 qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən e t d i: İddiaçı İddiaçı oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh oğlundan 2000 manat məbləğində borc pulunun alınaraq onlara verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı İddiaçı oğlu iddia tələbini belə əsaslandırmışlar ki, Cavabdeh oğlu onun tanışıdır. Cavabdeh Cavabdeh X3 yanında 23.12.2019-cu il tarixdə yazılı qəbz verməklə təxminən 3 ay müddətinə, yəni 23.03.2020-ci ildək qaytarmaq şərti ilə 2000 manat borc pul almışdır. Cavabdehdən dəfələrlə pulunu tələb etsə də, o, bundan imtian etmişdirş. Qeyd olunanlara əsasən iddia tələbin təmin edilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı İddiaçı oğlu iddia ərizəsinə uyğun izahat verərək, bildirdi ki, Cavabdeh oğlu ondan 2000 manat pul almış, lakin bu günə qədər həmin puldan heç bir məbləğ geri qaytarmamışdır. İddia tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X5 bildirdi ki, oğlu Cavabdeh İddiaçı oğlundan 1000 manat pul almış əvəzində maaş kartını ona vermişdir. İdidaçı pul istədikdə Vüsal Tağıyevdən 1150 manat pulu ona X6 vəstəsilə göndərmişdir. Məhkəmə iclasında üçüncü şəxs X6 bildirdi ki, İddiaçı oğlu Cavabdeh oğluna 2000 manat deyil, 1000 manat vermişdir. O, sələmə pul verdiyi üçün qəbzə 2000 manat yazdırmışdır. X5 ona 1150 manat pul verdikdə həmin pulun 1000 manatını iddiaçıya vermişdir. Lakin iddiaçı bildirmişdir ki, qəbz üstündə deyil özü cırıb atacaqdır. İşdə iştirak edən şəxslərin izahatlarını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE № 06391382 saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı oğlu 25.01.1971-ci il tarixdə Tərtər rayon Qaynaq kəndində anadan olmuşdur. Tərtər rayon Qaynaq kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş M\V № 084029 saylı vəsiqədən görünür ki, İddiaçı oğlu Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Mülki işə əlavə olunmuş qəbzdən görünür ki, Cavabdeh oğlu ehtiyacı olduğu üçün İddiaçı oğlundan 23.12.2019-cu ildə 2000 manat pul aldığını və həmin pulu 1 il müddətinə qaytaracağını qeyd edərək imzalamışdır. Həmin qəbzi həmçinin şahid kimi X11 oğlu da imzalamlışdır. Mülki işə əlavə olunmuş Cavabdeh oğlunun ərizəsindən görünür ki, o, İddiaçı oğlundan 2000 manat deyil, 1000 manat aldığını və ona 1150 manat geri qaytardığını bildirmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, İddiaçı oğlu Cavabdeh oğluna 2000 manat məbləğində borc pul vermiş, cavabdeh 23.12.2020-ci il tarixinədək həmin pulu qaytaracağını öhdəsinə götürmüş, lakin öhdəliyini yerinə yetirməmişdir. Azərbaycan Respublikasının MPM-nin 218.3.-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MM-nin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikasının MM-nin 386.1-ci maddəsinə əsasən , öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublİkasının Qanununun 100cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə hesab edir ki, yuxarıda göstərilənlər və cavabdeh tərtib edilmiş qəbzi nəzərə alınmaqla Cavabdeh 2000 manat pul alınaraq iddiaçı İddiaçı oğluna verilməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu da nəzərə alır ki, cavabdehin nümayəndəsi bildirir ki, o pulu V.Tağıyev vasitəsilə iddiaçıya göndərmiş, öz növbəsində isə V.Tağıyev bildirir ki, həmin pulu iddiaçıya vermişdir. Lakin iddiaçıya həmin pulun verilməsini sübut edə bilməmişlər (hər hansı bir yazılı qəbz və s). Belə olan halda məhkəmə iddia tələbinin təmin olunmasını əsaslı hesab edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. Cavabdeh oğlundan 2000 manat pul alınaraq iddiaçı İddiaçı oğluna verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya məhkəməsinə şikayət vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar