Məhkəmə qərarları › İş №2(021)-717/2024

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-717/2024

22.04.2024 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-717/2024 22.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, İddiaçı və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh aid cehiz əmlaklarının ona məxsus olan Bərdə rayonu, Hacılar kəndində yerləşən evindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Hacılar kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır. Bərdə rayonu, Hacılar kəndində ona məxsus olan fərdi yaşayış evi vardır və həmin evdə oğlum X5 ilə yaşayır. Fərdi yaşayış evi 0,45 hektar həyətyanı torpaq sahəsi üzərində tikilmişdir. Ev 2 mərtəbəlidir və 4 otaqdan ibarətdir, 63 kv.m ümumi sahəsi, 42 kv.m. yaşayış sahəsidir. Lakin birinci mərtəbədə yalnız bir otaq, ikinici mərtəbədə isə bir otaq yataq otağıdır, digər otaqlar mətbəx və qonaq otağıdır. Cavabdeh oğlum X2 həyat yoldaşıdır. Belə ki, oğlu Roman Mikayılovla 09 aprel 2016-cı ildə Cavabdeh ilə rəsmi nikah bağlamaqla evlənmişdir. Onların birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X12 və X11 adlı uşaqları anadan olmuşdur. Cavabdeh Roman Mikayılovla evlənəndə öz cehiz əşyalarını onun evində 2-ci mərtəbədəki otağa yığmışdır. Cavabdeh 2022-ci ilin noyabr ayından otağın qapsını bağladığı üçün onun evində həmin otaqda hansı cehiz əşyaları olduğunu bilmir. Cavabdeh 2022-ci ilin noyabr ayından ata evinə çıxıb getmiş, gedərkən də otağın qapsını bağlamışdır. Hazırda oğlm X18 rayon Məhkəməsinə nikahın pozulması haqqında iddia ərizəsi vermişdir və mülki iş Bərdə rayon Məhkəməsində məhkəmə baxışındadır. Cavabdeh uzun müddətdir evi tərk etməsinə və nikahın pozulması haqqında məhkəmədə mülki iş olmasına baxmayaraq baxmayaraq öz cehiz əşyalarını onun evindən aparmamışdır. Lakin qeyd etdiyi kimi evi çox kiçik olduğuna görə evdə darısqallıq yaradır, öz əşyalarını qoymağa yer tapmır və sərbəst hərəkət edə bilmir. Onların yatmağa otaqları belə yoxdur, uzun müddətdir oğlu Roman Mikayılovla birlikdə eyni otaqda yatmağa məcbur olmuşlar. Ancaq dəfələrlə cavabdehdən onun evində olan əşyalarını çıxarmasını xahiş və tələb etsə də onun haqlı tələbini yerinə yetirmir. Beləliklə də cavabdeh, onun mülkiyyət hüquqlarını və qanunla qorunan mənafelərimi kobud surətdə pozur. Qeyd olunanlara əsasən iddiasının təmin olunmasını məhkəmdən xahiş etmişdir. Daha sonra İddiaçı Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia ərizəsinə dəqiqləşdirmə verərək, «Cavabdeh aid yuxarıda qeyd etdiyi cehiz əmlakların ona məxsus olan Bərdə rayonu, Hacılar kəndində yerləşən evindən çıxarılmasına» dair məhkəmə aktı çıxarılması tələbi ilə iddia ərizəsi vermişdir. Lakin iddia ərizəsinin əsaslandırıcı tələb hissəsində Cavabdeh məxsus hansı əşyaların onun evində olmasını göstərməmişdir. Ona görə də ərizə tələbini dəqiqləşdirib bildirir ki, onun evində Cavabdeh məxsus aşağıdakı əşyaları vardır: 1) 1 ədəd şifoner, 1 tumbası ilə qoşa çarpayı, 1 ədəd oturacağı ilə trilyajdan ibarət qorka yataq dəsti 2) 1 ədəd divan-kreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd jurnal stolu, 1 ədəd servantdan ibarət qonaq dəsti; 3) 1 ədəd 2x1,5 metr ölçüdə xalça; 4) 1 ədəd 3x2 metr ölçüdə xalça; 5) 2 ədəd döşək; 6) 4 ədəd yorğan; 7) 4 ədəd yastıq; 8) 1 ədəd böyük döşək; 9) 2 ədəd pərdə; 10) 2 ədəd vaza; 11) 1 ədəd güldan; 12) 4 ədəd qətdan; 13) 6 ədəd fincan; 14) 18 ədəd bakal; 15) 6 ədəd qara boşqab; 16) 6 ədəd boşqab; 17) 1 ədəd ütü; 18) 1 ədəd kapron paltaryuyan; 19) 1 ədəd qazan dəsti; 20) 1 ədəd vedrǝ; 21) 1 ədəd ləyən; 22) 1 ədəd tava; 23) 1 ədəd odeyal; 24) 6 ədəd rumka; 25) 6 ədəd duz qabı; 26) 4 ədəd ləpə qabı; 27) 2 ədəd kül qabı; 28) 1 ədəd süfrə; 29) 1 ədəd saat; 30) 1 ədəd sandiq; 31) 1 ədəd tozsoran; 32) 1 ədəd duxovka Məhkəmə iclasında İddiaçı iddia ərizəsini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili Vəkil iddia ərizəsini müdafiə edərək, iddiasının təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü olmasına dair hər hansı sübut təqdim etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehlər Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Seriya AZE №******** saylı Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Ağcabədi rayonunda anadan olmuşdur. Bərdə rayon Hacılar kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 621 saylı xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, İddiaçı Bərdə rayon Hacılar kəndində yaşayır. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 622 saylı xx.xx.2023-cü il tarixli arayışda qeyd olunur ki, İddiaçı Bərdə rayon Hacılar kəndində 2 mərtənbəli 4 otaqlı, ümumi sahəsi 63 kv.m olan fərdi yaşayış evinin sahibidir. İş materiallarında olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 35 saylı xx.xx.2024-cü il tarixli arayışda qeyd olunur ki, ev təsərrüfatlarının uçotu kitabında Bərdə rayon Hacılar kəndində 1968-ci il tarixdə tikilmiş fərdi yaşayış evi həmin kənddə yaşayan İddiaçı məxsusdur. İş materiallarına əlavə edilmiş Torpağın mülkiyyətə verilməsinə dair JN-052A KOD- 61004038 saylı Şəhadətnamənin surətindən görünür ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə 0,45 ha torpaq sahəsi Bərdə rayon Hacılar kənd sakinləri X3, İddiaçı, X1, X4 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ №712920 nömrəli Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2015-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə edilmiş AZ-İİ №081359 nömrəli Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə Cavabdeh arasında xx.xx.2009-cu il tarixdə Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində 02 saylı akt qeydi ilə nikah bağlanmışdır. İş materiallarına əlavə edilmiş AZ-İV №449133 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2020-ci il tarixdə anadan olmuşdur. Ata qrfasında ata adı X5, ana qrafasında ana adı Cavabdeh kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş AZ-İİİ №754091 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 xx.xx.2016-ci il tarixdə anadan olmuşdur. Ata qrfasında ata adı X5, ana qrafasında ana adı Cavabdeh kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq Arayış verilmişdir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, Cavabdeh İddiaçı oğlu ilə 2016-cı il tarixdə rəsmi ailə qurub həmin mübahisəli evdə yaşamışlar. Hazırda onlar ayrılmışlar, cavabdeh həmin evdə yaşamır, lakin özünə məxsus cehiz əşyalarını iddiaçıya məxsus fərdi yaşayış evindən çıxarmamışdır. İddiaçının iddia etdiyi ev özbaşına tikilidir. Həmin özbaşına tikili Bərdə rayon Aqrar İslahat Komissiyasının 25 iyul 1998-ci il tarixli, 10 nömrəli qərarı ilə Bərdə rayon Hacılar kənd sakinləri X3, İddiaçı, X1, X4 və X2 mülkiyyətinə verilmiş 0,45 ha torpaq sahəsində tikilmişdir. Məhkəmə hesab edir ki, Cavabdeh özünə məxsus cehiz əşyalarla İddiaçı məxsus daşınmaz əmlakı zəbt edərək onun mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X9 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əsasən Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fərdi yaşayış evi iddiaçı X7 mülkiyyətində olduğundan, cavabdeh X8 həmin mübahisəli evi zəbt edərək iddiaçının mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də iddia tələbi təmin olunmalı, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh X8 özünə məxsus əmlakları- mətbəx mebeli, künc divanı, yataq otağı mebeli ( qoşa çarpayı, şifoner, sandıqca), qonaq otağı mebeli (jurnalni, televizor altı, 2 ədəd servant, güzgü), stol və 6 ədəd stulu iddiaçının mülkiyyətində olan yaşayış evindən çıxarılmalıdır. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat məbləğində rüsum cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220,227,233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “cehiz əşyalarının evdən çıxarılması” tələbinə dair iddiası təmin olunsun. İddiaçı məxsus Bərdə rayonu Hacılar kəndində yerləşən fərdi yaşayış evindən Cavabdeh tərəfindən özünə məxsus olan cehiz əşyaları- 1 ədəd şifoner, 1 tumbası ilə qoşa çarpayı, 1 ədəd oturacağı ilə trilyajdan ibarət qorka yataq dəsti, 1 ədəd divankreslo, 1 ədəd stol, 6 ədəd stul, 1 ədəd jurnal stolu, 1 ədəd servantdan ibarət qonaq dəsti, 1 ədəd 2x1,5 metr ölçüdə xalçanı, 1 ədəd 3x2 metr ölçüdə xalça, 2 ədəd döşək, 4 ədəd yorğan, 4 ədəd yastıq, 1 ədəd böyük döşək, 2 ədəd pərdə, 2 ədəd vaza, 1 ədəd güldan, 4 ədəd qətdan, 6 ədəd fincan, 18 ədəd bakal, 6 ədəd qara boşqab, 6 ədəd boşqab, 1 ədəd ütü. 1 ədəd kapron paltaryuyan, 1 ədəd qazan dəsti, 1 ədəd vedrǝ, 1 ədəd ləyən, 1 ədəd tavn, 1 ədəd odeyal, 6 ədəd rumka, 6 ədəd duz qabı, 4 ədəd ləpə qabı, 2 ədəd kül qabı, 1 ədəd süfrə, 1 ədəd saat, 1 ədəd sandiq, 1 ədəd tozsoran, 1 ədəd duxovkan çıxarılsın. İş üzrə ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar