Məhkəmə qərarları › İş №2(021)-719/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-719/2022

17.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-719/2022 17.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı1, Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “torpaq sahəsindən istifadə emələrinə yaratdığı maneələrin qanunsuz hesab edilməsi və torpaqdan çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı2 və İddiaçı1 məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh Bərdə rayon Qazaxlar kəndində yerləşən onlara məxsus 1.0907 ha torpaq sahəsindən istifadə emələrinə yaratdığı maneələrin qanunsuz hesab edilməsinə və cavabdehin həmin torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı2 və İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdırlar ki, onlar bacıqardaşdılar. İş üzrə cavabdeh atalarıdır. Mübahisə etdikləri torpaq sahəsi isə xüsusi mülkiyyətlərində olmaqla onlara məxsusdur. Buna dair çıxarış da mövcuddur. Bundan başqa Bərdə Rayon Məhkəməsinin 2(021)-1148/2021, xx.xx.2021-ci il tarixli qətnaməsindən də müəyyən edilir ki, JN-0022 KOD-61022038 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı məhz onlara verilmişdir. Yaranmış mübahisə isə cavabdehin onlara məxsus torpaq sahəsinin qanunsuz və əsassız zəbt edərək onların iradəsinə zidd olaraq stifadə etməsidir. Dəfələrlə torpaqlarından çıxmasını xahiş və tələb etsələr də, heç bir nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı1 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçı2 qanununla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq o, heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də o məhkəmə iclasına gəlməmiş, gəlməməsini üzürlü olması barədə məlumat verməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1982-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Seriya AA № ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş Ağdam rayon İcra Hakimiyyəti Başçısının Əfətli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 35 saylı xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, İddiaçı2 Ağdam rayon Əfətli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Torpağa mülkiyyət hüququna dair JN-022 KOD- 61022038 saylı Dövlət Aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 12 nömrəli qərarı ilə 1.09 ha torpaq sahəsi Bərdə rayon Qazaxlar kənd sakinləri X1 və X2 mülkiyyətinə verilmişdir. İş materiallarına əlavə edilmişərdə Rayon Məhkəməsinin 2(021)-1148/2021 saylı xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN- 022 KOD-61022038 saylı Dövlət Aktında qeyd olunmuş mülkiyyətçi “X4” yazısının İddiaçı1, “X5” yazısının İddiaçı2 məxsus olması faktının müəyyən edilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********89 olan AA № 679075 nömrəli “Torpaq sahəsinin planı və ölçüsü” sənədindən görünür ki, Bərdə rayon Qazaxlar kəndində yerləşən 1.0907 ha torpaq sahəsinin hüquq sahibi İddiaçı1dur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi-**********, qeydiyyat tarixi-xx.xx.2021-ci il, reyestr nömrəsi-**********89 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Bərdə rayon Qazaxlar kəndində 1.0907 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi İddiaçı2 və İddiaçı1 ümumi birgə xüsusi mülkiyyələrindədir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dölət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin Rəydən görünür ki: iddiaçıların və cavabdehin iştirakı ilə cavabdehin faktiki istifadə etdiyi torpaq sahəsinin koordinatları naturada təyin edilərək Elektron məlumat bazasında mövcud TEKUİS-nə əsasən müqayisələndirilmiş və məlum olmuşdur ki, TEKUİS-nə əsasən ********** qeydiyyat nömrəli çixarışla İddiaçı1, İddiaçı2 ümumi birgə mülkiyyətlərinde olan 1.0907 ha torpaq sahəsindən cavabdeh X3 tərəfindən 1.07 ha hissəsi digər şəxs tərəfindən isə 0.02 ha hissəsi istifadə olunur. (Xidmət haqqı 311 manat) Məhkəmə iş üzrə mütəxəssis rəyini əsas götürərək hesab edir ki, iddia tələbi cavadeh Cavabdeh münasibətdə qismən təmin edilməli, qalan hissədə rədd olunmalıdır. Belə ki, mütəxəssis rəyində qeyd olunmuşdur ki, ********** qeydiyyat nömrəli çixarışla İddiaçı1, İddiaçı2 ümumi birgə mülkiyyətlərində olan 1.0907 ha torpaq sahəsindən cavabdeh X3 tərəfindən 1.07 ha hissəsi digər şəxs tərəfindən isə 0.02 ha hissəsi istifadə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Beləliklə məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilmiş Bərdə rayonu Qazaxlar kəndində yerləşən 1.0907 ha torpaq sahəsinin 1.07 ha hissəsindən Cavabdeh çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası MPM-in 119.1-cİ maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılara ödənilməlidir. Mütəxəsis xərci- 311 (üç yüz on bir) manat Cavabdeh alınaraq İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsi”nin hesabına ödənilməlidir. ( X10 filialı, kod 200372, VÖEN **********, m/h AZ37NABZ ********************, S.W.İ.F.BİK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsi”, hesab No-si AZ50AİİB ********************, VÖEN ********** ) Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216- 220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı “torpaq sahəsindən istifadə emələrinə yaratdığı maneələrin qanunsuz hesab edilməsi və torpaqdan çıxarılma” tələbinə dair iddiası qismən təmin edilsin. İddiaçılar İddiaçı2 və İddiaçı1 mülkiyyətinə verilmiş Bərdə rayon Qazaxlar kəndində yerləşən 1.0907 ha torpaq sahəsinin 1.07 ha hissəsindən Cavabdeh çıxarılsın və həmin hissədə torpaq sahəsindən istifadə emələrinə Cavabdeh tərəfindən yaratdığı maneələr qanunsuz hesab edilsin. İddia tələbi qalan hissədə təmin olunmasın. İş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçılar İddiaçı2 və İddiaçı1 ödənilsin. Mütəxəssis xərci- 311 (üç yüz on bir) manat Cavabdeh alınaraq İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsi”nin hesabına ödənilsin. ( X10 filialı, kod 200372, VÖEN **********, m/h AZ37NABZ ********************, S.W.İ.F.BİK AİİBAZ2X İqtisadiyyat Nazirliyi yanında ƏMDX, DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsi”, hesab No-si AZ50AİİB ********************, VÖEN ********** ) Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar