Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-72/2021 26.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçılar X5 və X17, Cavabdeh X18 iştirakları ilə, İddiaçılar İddiaçı, X17, X6, X5 cavabdehlər Cavabdeh, X21 qarşı « torpaqdan çıxarılma, torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi » tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddiaçılar İddiaçı, X17, X6, X5 cavabdehlər Cavabdeh, X33 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə rayon Lənbəran kəndində yerləşən xüsusi mülkiyyətlərinə verilmiş 3.14 ha pay torpaq sahəsinin zəbt etdikləri 0.56 ha pay torpaq sahəsindən cavabdehlər Cavabdeh və X28 çıxarılmasına, onların həmin torpaq üzərində sahiblik və istifadə hüquqlarının bərpa edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandıırılmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərara əsasən Bərdə rayonu Lənbəran kəndində onlara 3.14 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinə JN-275 A KOD 61000048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktı verilmişdir. Həmin torpaq sahəsi onlara tanıdılmaqla, torpaq sahəsini bir neçə il istifadə etmişlər. Daha sonra bir müddət Rusiya Federasiyasında yaşamışlar, qayıtdıqları vaxt onlara məxsus torpaq sahəsinin cavabdehlər tərəfindən qanunsuz istifadə olunmasını bilmişlər. Dəfələrlə cavabdehlərdən torpaq sahəsindən çıxarılmalarını tələb etsələr də, nəticəsi olmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişlər. Məhkəmə iclasında iddiaçı X22 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iddiaçı X34 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh X35 məhkəmə iclasında izahat verərək, bildirdi ki, onların torpağı tanıdılıb təhvil verilmişdir, heç kim onların torpağına baxış keçirə bilməz. İddianın rədd olunmasını xahiş etdi. İddiaçılar İddiaçı və X10 məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilsə də məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Cavabdeh məhkəmənin iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin heç bir üzürlü səbəb olmadan cavabdeh məhkəmə iclasına gəlməmişir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddədə qeyd edilmişdir ki, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmalıdır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 08468104 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əzizov Fəxrəddin Cahangir oğlu 15.07.1956-cı il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Seriya AZE № 08562839 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X48 oğlu 01.07.1955-cı il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Əzizov Ramil Fəxrəddin oğlu 28.09.1981-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş AA ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X22 24.02.1983-cü il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə olunmuş JN-275 KOD 61000048 saylı torpağa mülkiyyət hüququna dair dövlət aktının surətindən müəyyən olunur ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarına əsasən Bərdə rayonu Lənbəran kənd sakinləri İddiaçı, X17, X7, X8 mülkiyyətinə 3.14 hektar torpaq sahəsi verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)2430/2019 saylı 24 iyul 2019-cu il tarixli qətnaməsindən görünür ki, Torpağa mülkiyyət hüququna dair JN-275 KOD-61000048 saylı Dövlət Aktında qeyd olunmuş mülkiyyətçilərin “X24” və “X25” yazısının X11 və X10 məxsus olması faktının müəyyən edilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən JN-275Z saylı 08.11.1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında tərtib olunmuş A№ 420125 saylı 19.10.2019-cu il tarixli torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Lənbəran kəndində yerləşən 0.5599 ha kənd təsərrüfatlı təyinatlı torpaq X5 xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)816/07 saylı 22 noyabr 2007-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X38 cavabdehlər Məmmədov Məhəmməd Hüseyn oğluna, X19, X12, X26 qarşı pay torpağından çıxarılma tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia təmin olunaraq cavabdeh Məmmədov Məhəmməd Hüseyin oğlunun, X13, X9, X20 iddiaçı X29 mülkiyyətində olan Bərdə rayonu Lənbəran kəndində olan pay torpaq sahəsindən çıxarılması qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 11 dekabr 2008-ci il tarixli qərardadından görünür ki, iddiaçı X38 cavabdehlər Məmmədov Məhəmməd Hüseyn oğluna, X19, X12, X26 qarşı cavabdehlərin özbaşına zəbt olunmuş 2.57 ha torpaq sahəsindən çıxarılması və 4500 manat məbləğində vurulmuş ziyanın tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddianın torpaq sahəsindən çıxarılma hissəsinin icraatına Bərdə rayon Məhkəməsinin 2(021)-2-816/07 saylı 22 noyabr 2007-ci il tarixli qətnaməsi eyni tərəflər arasında , eyni predmet üzrə qəbul olunduğundan və qətnamə qanuni qüvvəsini aldığından xitam verilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 11 dekabr 2008-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X38 cavabdeh Məmmədov Məhəmməd Hüseyn oğluna, X19, X12, X26 qarşı cavabdehlərin özbaşına zəbt olunmuş 2.57 ha torpaq sahəsindən çıxarılması və 4500 manat məbləğində vurulmuş ziyanın tutulması “ tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, iddia qismən təmin olunaraq vurulmuş ziyana görə cavabdeh Məmmədov Məhəmməd Hüseyin oğlundan 1200 manat, X14 1056 manat tutularaq iddiaçı X29 oğluna ödənilməsi qət olunmuşdur. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 15.04.2009-cu il taixli 2(104)371/2009 saylı qətnaməsindən görünür ki, Bərdə rayon Məhkəməsinin 11.12.2008-ci il tarixli 2(021)830/2008 sayı qətnaməsindən X30 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bərdə rayon Məhkəməsinin 11.12.2008-ci il tarixli 2(021)830/2008 sayı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ali Məhkəməsinin 11.12.2021-ci il tarixli 2(102)4107/2012 saylı qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 15.04.2009-cu il taixli 2(104)371/2009 saylı qətnaməsindən X30 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş və Gəncə Apellyasiya Məhkəməsinin 15.04.2009-cu il taixli 2(104)371/2009 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 27.12.2014-cü il tarixdə qeydiyyata alınmış RX seriyalı ******* saylı ********** qeydiyyat nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu Ləmbəran kəndində yerləşən kənd təsərrüfat təyinatlı 1.5019 ha torpaq sahəsi 4/12 hissə payla Cavabdeh, 3/12 hissə payla X15, 4/12 hissə payla X18, 1/12 hissə payla X16 birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 26.12.2014-cü il tarixdə tərtib edilmiş № AA 002891 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Lənbəran kəndində yerləşən 1.5019 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi hüquq sahibi X35 olmaqla qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 27.12.2014-cü il tarixdə qeydiyyataa alınmış RX seriyalı ******* saylı ********** qeydiyyat nömrəli hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu Ləmbəran kəndində yerləşən kənd təsərrüfat təyinatlı 1.0773 ha torpaq sahəsi 4/12 hissə payla Cavabdeh, 3/12 hissə payla X15, 4/12 hissə payla X18, 1/12 hissə payla X16 birgə mülkiyyəti kimi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən 26.12.2014-cü il tarixdə tərtib edilmiş № AA 002890 saylı torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Bərdə rayon Lənbəran kəndində yerləşən 1.0773 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsi hüquq sahibi X35 olmaqla qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 231 nömrəli 17.03.2020-ci il tarixli arayışında qeyd olunmuşdur: cavabdeh tərəfindən ölçü işlərinin aparılamasına yenidən maneçilik törədilmişdir. Bu səbəbdən də mütəxəssis qarşısında qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC Mingəçevir Layihə Tədqiqat İdarəsinin 269 nömrəli 09.07.2021-ci il tarixli arayışında qeyd olunmuşdur: Mütəxəssislər tərəfindən mübahisəli əraziyə baxış keçirilən zaman cavabdeh tərəfin nümayəndəsi icazə verilmədiyi üçün çöl-ölçmə işlərinin aparılması mümkün olmamışdır. Bu barədə məhkəməyə məlumat verilmişdir. İş materiallarına əlavə olunmuş 21.10.2019-cu il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçılar tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 10 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə cavabdeh tərəfindən ekspertizanın keçirilməsinə maneəçilik törədilməsini əsas götürərək hesab edir ki,iddia təmin olunmalıdır. Belə ki, 17.03.2020-ci il və 09.07.2021-ci tarixlərində ekspetizanın keçirilməsi üçün mübahisəli əraziyə baxış keçirilən zaman cavabdeh tərəfindən icazə verilmədiyi üçün rəy verilməsi mümkün olmamışdır. Azərbaycan Respublikasının MPM-nin 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə həmçinin qeyd edir ki, cavabdeh H.Hüseyova məhkəmə iclasında bildirmişdir ki, özlərinə məxsus torpaq sahəsinə dair mövcud qətnamələr var və onların torpaq sahəsi tanıdılaraq özlərinə təhvil verilmişdir. Bununa bağlı məhkəmə qeyd edir ki, həmin qətnamələrdən müəyyən olunur ki, həmin mübahisələr hazırkı iş üzrə iddiaçılarla olmamışdır. Odur ki, onun bu etirazıda əsassızdır. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia təmin edildiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 10 manat məbləğində rüsum cavabdehlərdən alınaraq iddiaçılara ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı, X17, X6, X5 cavabdehlər Cavabdeh, X21 qarşı «torpaqdan çıxarılma, torpaq üzərində sahiblik və istifadə hüququnun bərpa edilməsi» tələbinə dair iddia tələbi təmin olunsun. Cavabdehlər Cavabdeh və X3 rayon Lənbəran kəndində yerləşən iddiaçıların mülkiyyətlərinə verilmiş 3.14 ha pay torpaq sahəsinin zəbt etdikləri 0.56 ha hissəsindən çıxarılsın, iddiaçıların zəbt olunmuş torpaq sahəsi üzərində sahiblik və istifadə hüquqları bərpa edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu Cavabdeh və X31m alınaraq iddiaçılar İddiaçı, X27, X10 və X11 verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-72/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-72/2021
26.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver