Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-720/2022 11.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum akt qeydinin bərpa edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun xx xxx 1954-cü il tarixdə Bərdə rayonunun Nəcəfqulubəyli kəndində anadan olması, atasının X13, anasının iisə X9 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxx 1954-cü ildə Bərdə rayonu Yeni Əyricə kəndində anadan olub, atası X13, anası isə X1r. Atası 10 iyun 2020-ci il tarixdə, anası isə 19 noyabr 1991-ci il tarixində vəfat etmişdir. O anadan olduğu zaman valideynləri ona doğum haqqında şəhadətnamə almışdırlar. O həmin doğum haqqında şəhadətnamə ilə orta məktəbə gedib, hərbi bilet alıb. Daha sonra doğum haqqında şəhadətnaməsi ilə şəxsiyyət vəsiqəsi alıb. Lakin naməlum səbəblərdən o doğum haqqında olan şəhadətnaməsini itirib və heç zaman yenidən bərpa etməyib. Hal-hazırda ondan bir çox sənədlərin hazırlanmasından doğum haqqında şəhadətnaməni tələb edirlər. Doğum haqqında şəhadətnaməsini itirdiyi üçün isə bəzi sənədlərdə çətinlik çəkir. Hal-hazırda ona doğum haqqında şəhadətnamə lazımdır. O, bununla bağlı Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət edib orada isə ona bildiriblər ki, o doğum haqqında akt qydiylə əlaqədar Qeydiyyat şöbəsində heçbir məlumat yoxdur və bunun üçündə məhkəməyə müraciət etməsiini bildiriblər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X3 izahatında göstərdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşı xx xxx 1954-cü ildə doğulmuşdur. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X10 izahatında göstərdi ki, Ərizəçi onun qardaşıdır. Qardaşı xx xxx 1954-cü ildə doğulmuşdur. Doğum haqqında şəhadətnamə və şəxsiyyət vəsiqəsi almışdır. Lakin doğum haqqında şəəhadətnaməni naməlum səbəblərdən itiribdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxx 1954-cü ildə Bərdə rayonu, Yeni Əyricə kəndində doğulmuşdur, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 08561922 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X** 25 dekabr 1958-ci ildə Bərdə rayonu, Kərimbəyli kəndində doğulmuşdur, Bərdə rayonu, Kərimbəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 04646759 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X6 28 aprel 1948-ni ildə Bərdə rayonu, Nəcəfqulubəyli kəndində doğulmuşdur, Bərdə rayonu, Nəcəfqulubəyli kəndində qeydiyyatdadır. İş materiallarında olan İİ-JQ 490494 nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi ilə X4 16 oktyabr 1982-ci ildə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada Babayeva soyadı verilmişdir. İş materiallarında olan Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş 12 yanvar 2022-ci il tarixli, 07 saylı arayışından müəyyən olunur ki, Bərdə rayon Dövlət Arxivində 77 saylı fondda mühafizə edilən Əyricə XDS-nin Nəcəfqulubəyli kəndi üzrə 8 saylı Təsərrüfatbaşına kitabın 1986- 1990-cı illər üzrə 472 saylı şəxsi hesabına əsasən Ərizəçi xx xxx 1954-cü ildə anadan olmuşdur, atası X13, anası X1r. İş materiallarında olan hərbi biletin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxx 1954-cü ildə doğulmuşdur. İş materiallarında olan AZ-İİ 094258 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, İsmayılov Piri Baba oğlu 10 iyun 2020-ci ildə ölmüşdür. İş materiallarında olan arayışdan müəyyən olunur ki, X21 qızı 19 noyabr 1991-ci ildə ölmüüşdür. İş materiallarında olan İNE 354203 nömrəli çıxarışdan müəyyən olunur ki, X13 və X7 10 fevral 1962-ci idə rəsmi nikah qeydiyyatından keçməklə evlənmişlər, nikahdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan 074433 nömrəli arayışdan müəyyən olunur ki, X12 28 aprel 1948-ci ildə doğulmuşdur, atası X13, anası X2r. İş materiallarında olan Bərdə rayonu, Əıyricə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 saylı, ** yanvar 2022-ci il tarixli arayışdan müəyyəən olunur ki, Ərizəçi Bərdə rayonu, Nəcəfqulubəyli kəndində yaşayır. İş materiallarında olan İE708380 doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X5 25 dekabr 1958-ci ildə doğulmuş, atası X13, anası X1r. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 07 yanvar 2022-ci il tarixli 05-05/15 nömrəli məktubundan müəyyən olunur ki, X14 qeydiyyat şöbəsinə müraciət etmiş, ona doğum faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi xx xxx 1954-cü ildə anadan olması, atası X13, anası İsmayılova Boyaz Əliş qızı olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi xx xxx 1954-cü ildə anadan olması, atası X13 və anası İsmayılova Boyaz Əliş qızı olması olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-720/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-720/2022
11.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver