Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-722/2022 18.01.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Mən, Bərdə rayon məhkəməsinin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyev Ərizəçilər Bərdə rayonu, Yeni Əyricə kəndində yaşayan Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsini nəzərdən keçirib MÜƏYYƏN ETDİM: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, X1 04.01.2022ci ildə Bərdə şəhərində doğulması faktının, atası Ərizəçi1, anası isə Ərizəçi2 olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib belə hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 150.0.2-ci maddəsnə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilir. Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 qeyd olunan maddənin tələblərinə əməl etməyərək, ərizəyə dövlət rüsumunun ödənilməsi və ya dövlət rüsumunu ödəməkdən azad edilməsi haqqında sənədi əlavə etməmişdir. Belə ki, ərizəçilər ərizəsində məcburi köçkün olduqlarını qeyd etsə də məcburi köçkün olmaları barədə Azərbaycan Respublikası Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin vəsiqəsini ərizələrinə əlavə etməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1 və 152.1.5-ci maddələrinə əsasən iddia ərizəsinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Göstərilən Məcəllənin 152.3-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Göstərilən maddələrin tələblərinə əsasən ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi geri qaytarılmalıdır. Şərh olunanlara əsasən Azərbaycan Respublikasının MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq QƏRAR VERDİM : Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə şikayət verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-722/2022
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-722/2022
18.01.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver