Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-723/2021 02.03.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, 11 iyun 2018-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X6 və 06 iyun 2020-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X2 doğum faktının müəyyən olunması, atası X11, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, X11 ilə 2017-ci tarixdə qeyri-rəsmi olaraq ilə ailə həyatı qurmuş, birgə yaşayış dövründə iki övladları anadan olmuşdur. Lakin onların maddi imkanı olmadığından, savadsız olduqlarından 11 iyun 2018-ci il təvəllüdlü X10 və 06 iyun 2020-ci il təvəllüdlü X4 doğum haqqında şəhadətnaməsini ala bilməmişlər. Hal-hazırda doğum haqqında şəhadətnaməyə ehtiyac var. Onlar, bu barədə Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etməsini məsləhət görülmüşlər. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Bundan sonra Ərizəçi məhkəməyə həcminin artırılması barədə ərizə təqdim edərək, 11 iyun 2018-ci il təvəllüdlü X6 və 06 iyun 2020-ci il təvəllüdlü X2 doğum faktının müəyyən edilməsinə, X6 və X2 doğum haqqında şəhadətnaməsində ata qrafasında X11, ana qrafasında anası isə Ərizəçi olmasına dair qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şahidlərin ifadəsini nəzərə alıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X12 AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx.xx.2001-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının X12 AA № ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X11 28.01.1995-ci il tarixdə anadan olmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Yeni Əyricə kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11.01.2021-ci il tarixli, 23 saylı arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Kərimbəyli kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Tibbi Ərazi Bölmələrinin X15 rayon X8 Hüquqi Şəxs tərəfindən verilmiş 08.01.2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi deməsinə görə X11 və Ərizəçi birgə yaşayış dövründə dünyaya gəlmiş 11 iyun 2018-ci il təvəllüdlü Nağıyev......Samir oğlu və 06 iyun 2020-ci il təvəllüdlü Nağıyev ........ Samir oğlu Bərdə TMX-nın Uşaq poliknikasında qeydiyyat götürüldü. İş materiallarına əlavə edilmiş Bərdə Regional “ASAN” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ№412826 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X11 ilə Ərizəçi 16.02.2021-ci il tarixdə, 142 qeyd ilə nikah bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Nağıyev, arvada Quliyeva soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş 09-05/15 saylı, 08.01.2021-ci il tarixli Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi “doğum faktının müəyyən edilməsi” barədə həmin orqana müraciət etmiş, lakin səlahiyyətləri xaricində olduğundan müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Məhkəmə iclasında şahid X5 bildirdi ki, Ərizəçi qardaşının gəlnidir. Uşaqlar ev şəraitində doğulmuş, maddi imkanları olmadıqlarından uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişlər. Məhkəmə iclasında şahid X1 bildirdi ki, Ərizəçi onun qızıdır. Uşaqlar ev şəraitində doğulmuş, maddi imkanları olmadıqlarından uşaqlara doğum haqqında şəhadətnamə ala bilməmişlər. X11 məhkəməyə ərizə təqdim edərək, həyat yoldaşı Ərizəçi ilə 2017-ci il tarixdə qeyrirəsmi olaraq ailə həyatı qurmuş, birgə yaşayış dövründə iki övladları anadan olmuşdur. Lakin onların maddi imkanı olmadığından, savadsız olduqlarından 11 iyun 2018-ci il təvəllüdlü X6 və 06 iyun 2020-ci il təvəllüdlü X2 doğum haqqında şəhadətnaməsini ala bilməmişlər. Hal-hazırda ərizəçi ilə birlikdə yaşadığını, X6 və X2 atası olduğunu etiraf etmişdir. Məhkəmədən ərizəsinin nəzərə alınmasını xahiş etdi. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən 10 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Məhkəmə yuxarıda qeyd olunan maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmununa qiymət verərək belə hesab edir ki, 11 iyun 2018-ci il tarixdə X3 və 06 iyun 2020-ci il tarixdə X7 anadan olmuşdur. Atası X11, anası isə Ərizəçidır. X6 doğum tarixi 11.06.2018-ci il, doğum yeri Bərdə şəhəri və X2 doğum tarixi 06.06.2020-ci il, doğum yeri Bərdə şəhəri, atası X11, anası isə Ərizəçi olması faktı müəyyən edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi” barədə ərizəsi təmin edilsin. X6 doğum tarixi 11.06.2018-ci il, doğum yeri Bərdə şəhəri və X2 doğum tarixi 06.06.2020-ci il, doğum yeri Bərdə şəhəri olması faktı müəyyən edilsin. X6 doğum haqqında şəhadətnamədə ata qrafasında X11, ana qrafasında isə Ərizəçi qeyd olunsun. X2 doğum haqqında şəhadətnamədə ata qrafasında X11, ana qrafasında isə Ərizəçi qeyd olunsun. İş üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(021)-723/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-723/2021
02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver