Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-742/2021 18.02.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəm Ələkbər oğlu Allahverdiyevin sədrliyi Məhkəmə iclas katibi X3 katibliyi Ərizəçi Ərizəçi Üçüncü şəxs X2 iştirakı ilə Ərizəçi doğum faktının müəyyən edilməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək 23 avqust 2020-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X5 doğum faktının müəyyən olunmasına, atası X4, anası Ərizəçi olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, həyat yoldaşı X4 ilə 2019-cu il tarixdə qeyri-rəsmi ailə qurub evlənmiş, birgə yaşayış dövründə 1(bir) övladları anadan olmuşdur. Lakin, başa düşmədiklərindən 23 avqust 2020-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X6 doğum haqqında şəhadətnamə ala bilməmişlər, hazırda övladına doğum haqqında şəhadətnamə almaq istəyirlər. Övladlarına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmişlər, orada isə onlara bildirmişlər ki, məhkəməyə müraciət etməlidirlər. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında üçünçü şəxs X4 göstərmişdir ki, Ərizəçi ilə 2019-cu ildə evlənmiş, lakin nikahlarını rəsmiləşdirməmişlər. Onların birgə nikahlarından 23 avqust 2020-ci ildə X10 adlı övladları anadan olmuşdur. Lakin onların maddi imkanları olmadığından, başa düşmədiklərindən uşaqlarına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Onlar hal-hazırda Ərizəçi qızı ilə birlikdə yaşayırlar. X5 atası olduğunu etiraf edir. 23 avqust 2020-ci il tarixdə Bərdə şəhərində anadan olmuş X10 onun oğludur. Ərizənin təmin edilməsinə etirazının olmadığını bildirmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində izahat verən X8 və X11 Ərizəçi və X1 2019-cu ildə ailə qurduqlarını, onların birgə nikahlarından 23 avqust 2020-ci ildə X10 adlı övladları doğulduğunu, başa düşmədiklərindən və imkansız olduqlarından X6 doğum haqqında şəhadətnamə ala bilmədiklərini bildirmişlər. Məhkəmə ərizəçinin və üçüncü şəxsin izahatlarını dinləyib, şahidləri dindirib, mülki işin materiallarını nəzərdən keçirib, məhkəmə belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən 02 avqust 2019-cu il tarixdə verilmiş AZ-İİ 334443 saylı nikah haqqında şəhadətnamənin surətindən müəyyən edilir ki, X4 və Ərizəçi 02 avqust 2019-cu ildə 81 nömrəli rəsmi nikah qeydiyyatından keçmişlər. Nikah bağlandıqdan sonra arvada İsmayılova soyadı verilmişdir. İş materiallarında olan Bərdə rayon X7 Poliklinkasının 09.01.2021-ci il tarixli 1/23 nömrəli məktubdan müəyyən olunur ki, Ərizəçi deməsinə görə X4 və Ərizəçi birgə nikah dövründə dünyaya gəlmiş 23.08.2020-ci il təvəllüdlü İsmayılov .... Elmir qızı Bərdə RMXnın uşaq poliklinkasında qeydiyyata götürülmüşdür. Ərizəçi övladı həkim pediatr tərəfindən müayinədən keçirilmiş və sağlam olması təsdiq edilmişdir. İş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş 13-05/15 nömrəli 08.01.2021ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi uşağına doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, valideyinlərin şəxsiyyətini təsdiq edən sənədlər, valideyinlərin nikah haqqında şəhadətnaməsi və doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd olmadığından doğumun qeydiyyat şöbəsində qeydə alınaraq doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2 və 307.2.3-cü maddələrinə əsasən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, X5 23.08.2020-ci ildə Bərdə şəhərində anadan olması faktı ərizəçinin, üçüncü şəxsin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X5 23.08.2020-ci ildə Bərdə şəhərində anadan olması, atasının X4, anasının Ərizəçi olması faktı müəyyən olunmalıdır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçilərə uşağına doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233, 305-308, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilisin. X5 23.08.2020-ci ildə Bərdə şəhərində anadan olması, atasının X4, anasının Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(021)-742/2021
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-742/2021
18.02.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver