Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-748/2025 23.01.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X5 iclas kаtibliyi, Ərizəçi nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “övladlarının onun himayəsində olması faktının müəyyən edilməsinə” dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə müraciət edərək Maraqlı şəxs ilə birgə nikah dövründə dünyaya gəlmiş 19 dekabr 2012-ci il təvəllüdlü X1, 22 dekabr 2013-cü il təvəllüdlü X3 və 20 dekabr 2014-cü il təvəllüdlü X4 onun himayəsində olması faktının müəyyən edilməsinə dair dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs ilə 2011-ci ildə qeyri-rəsmi olaraq ailə qurub evlənmişlər. Nikahlarını 19 dekabr 2014-cü ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından 19 dekabr 2012-ci il təvəllüdlü X6, 22 dekabr 2013-cü il təvəllüdlü X7 və 20 dekabr 2014-cü il təvəllüdlü X9 anadan olmuşdur. Hal-hazırda ayrı yaşayırlar.Nikahları rəsmi olaraq 05 mart 2020-ci ildə pozulmuşdur.Bərdə rayon Məhkəməsinin 05 mart 2020ci il tarixli qətnaməsi ilə birgə nikahdan olan uşaqları maraqlı şəxsin himayəsində saxlanmışdır. Lakin nikah pozulduqdan sonra X7 anası ilə getmiş iki uşaq isə onun himayəsində qalmışdır. Bir müddət sonra isə qızı Əntiqə onun yanına geri qayıtmışdır. Üç uşaq bu günə kimi onun himayəsində yaşayır. Maraqlı şəxs uşaqları onun üstünə atıb getmiş, bu günə kimi də heç bir şəkildə uşaqlarla ünsiyyət qurmamış uşaqları ilə maraqlanmamışdır. Maraqlı şəxs haqqında heç bir məlumatı yoxdur.Bu səbəbdəndə uşaqları onun himayəsində qalması faktının təsdiq edilməsini istəyir. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 ərizəni müdafiə edərək təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etməmişdir. Məhkəmə ərizəni və işdə olan sənədləri araşdırıb, belə hesab edir ki, ərizə MPM-nin 259.0.12-ci maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il tarixli 3 saylı qərarına əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Bununla yanaşı, ərizəçi ərizəsində həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməməsini və tələbin hansı hüquqi nəticə doğurduğunu göstərə bilməmişdir. Beləliklə, plenum qərarına əsasən uşaqların himayədə olma faktının müəyyən edilməsi xüsusi icraat qaydasında baxılmalı məsələ deyil. Yalnız MPM-in 307.2.2-ci maddəsinə əsasən məhkəmə şəxsin öhdədə olması faktını müəyyən edə bilər ki, Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2019-cu il tarixli 3 saylı qərarına əsasən məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.2-ci maddəsinin tələblərinə uyğun olaraq şəxsin öhdədə olma faktının müəyyən edilməsi digər şəxslərin ərizəçinin öhdəsində (himayəsində) olması faktını deyil, ərizəçinin özünün ölən şəxsin öhdəsində olması faktının müəyyən edilməsini nəzərdə tutur. Şəxsin öhdədə olma faktının müəyyən edilməsi o zaman hüquqi əhəmiyyətə malik olur ki, bu fakt hüquqi nəticə yaratsın. Bu fakt əsas etibarilə ailə başçısını itirməyə görə pensiya və ya sosial müavinətin təyin edilməsi, mirasdan dolanacaq təminatının (alimentlər) tələb edilməsi, ailə başçısının ölümü nəticəsində zərər çəkmiş şəxslərə zərərin əvəzinin ödənilməsi məqsədilə müəyyən edilə bilər. İş materiallarından da görünür ki, bundan əvvəl Bərdə rayon Məhkəməsinin hakimi Ziya Abdullayevin 2(021)-2504/2024 saylı 15 iyul 2024-cü il tarixli qərardadı ilə Ərizəçi Maraqlı şəxs qarşı “övladlarının onun himayəsində olması faktının müəyyən edilməsinə” dair ərizəsi forma və məzmun tələbləri gözlənilmədiyindən və iddia icraatı qaydasında verilmədiyindən geri qaytarılmışdır. Lakin, ərizəçi qərardadda göstərilən nöqsanları aradan qaldırmaq əvəzinə yenidən eyni ərizə ilə eyni məhkəməyə müraciət etmişdir ki, bu da yolverilməzdir. Bu baxımdan ərizəçi forma və məzmun tələblərini gözləməklə ümumi iddia icraatı qaydasında uşaqların himayədə olmasının müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə cavabdehin rəsmi qeydə alındığı yer üzrə, yəni Xocalı rayon məhkəməsinə müraciət etməlidir. Şərh olunanlara əsasən və MPM-in 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs qarşı “ övladlarının onun himayəsində olması faktının müəyyən edilməsinə” dair mülki iş baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-748/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-748/2025
23.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver