Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-749/2023 14.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, X*4 iclas kаtibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs* və Bərdə regional “ASAN Xidmət” * saylı Mərkəzində Notariat Ofisinə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən edilməsinə” dаir ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs* və Bərdə regional “ASAN Xidmət” * saylı Mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, valideyinləri X9 və X2 miras qalmış Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən *,*7 ha pay torpaq sahəsinin və mərhum atası X9 miras qalmış Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək valideyinləri X9 və X2 miras qalmış Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən *,*7 ha pay torpaq sahəsinin və mərhum atası X9 miras qalmış Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0,29 həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bərdə rayonu Böyük Göyüşlü kəndində mərhum valideyinləri X*0 və X3 mülkiyyətində *,*7 ha pay torpaq sahəsi və mərhum atası X*2 məxsus Bərdə rayonu Böyük Göyüşlü kəndində 0,29 ha həyətyanı torpaq sahəsi və həmin torpaq sahəsində fərdi yaşayış evi vardır. X* 29 dekabr 200*-ci ildə, atası X*6 isə *6 iyul 2005-ci ildə vəfat etmişdir. Valideyinləri vəfat edənə kimi onunla birlikdə yaşamışlar. Valideynləri vəfat etdikdən sonra miras qalmış əmlakları o qəbul etmiş, faktiki olaraq təsərrüfatı o idarə edir, torpaq sahəsini əkib becərməklə sözügedən mirası bütünlüklə idarə etmiş, lakin qanunla müəyyən edilmiş qaydada adına sənədləşdirməmişdir. Keçən müddət ərzində savadsızlıqdan miras qalmış əmlaka qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün notariat ofisinə müraciət etməmişdir. Bundan başqa ailə üzvləri olan Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs* da miras əmlakı onun qəbul etdiyini təsdiq edirlər. Həmin əmlaklara dair qanun üzrə vərəsəlik haququ haqqında şəhadətnamə almaq üçün Bərdə regional Asan xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etdilər. Səbəbidə onu göstərdilər ki, mirası qəbuletmə müddəti ötürülmüşdür. Ona başa salan olmamışdır ki, o əvvəlcədən ərizə ilə müraciət etməlidir. Bunun üçün də miras əmlakı qəbul etməsi müddəti ötürülmüşdür. Bunun üçün də məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizə tələbini müdafiə edərək təmin edilməsini xahiş etdi. İş üzrə Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs*məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq maraqlı şəxslər məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs* iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında izahat verən maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs* ayrı ayrılıqda izahatlarında valideyinlərindən miras qalmış əmlakı Ərizəçi qəbul edib idarə etdiyini göstərərək ərizənin təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. İş üzrə maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə regional “ASAN- Xidmət” Mərkəzində Notariat Ofisinin xüsusi notariusu Emil Həsənov məhkəməyə məktub göndərərək məhkəmə iclasında iştirak etməməyini üzürlü hesab edərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materialları üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxx *96*-cı ildə Bərdə rayonu, Ərəblər kəndində anadan olmuş, Bərdə rayonu, Göyüşlü kəndində qeydiyyatdadır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *7 oktyabr 2022-ci il tarixli Ş *40*- 05/69 nömrəli arayışdan görünür ki, X*6 ilə X6 0* may *962-ci ildə nikah bağlamışlar, bu barədə nikah akt qeydləri kitabında 0* may *962-ci ildə 24 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra ərə Nərimanov, arvada Nərimanova soyadı verilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 oktyabr 2022-ci il tarixli, *438- 05/69 nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxx *96*-ci ildə anadan olmuş, atası X*6, anası X8 olmaqla bu barədə doğum akt qeydləri kitabında 22 may *962-ci il tarixdə 82 nömrə ilə qeyd edilmişdir. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *7 oktyabr 2022-ci il tarixli, *400- 05/69 nömrəli arayışdan görünür ki, X8 29 dekabr 200*-ci ildə vəfat etmişdir. Bu barədə Bərdə Rayonu Böyük Göyüşlü kənd İcra Nümayəndəliyi tərəfindən 02 yanvar 2022-ci il tarixdə 03 nömrəli qeydiyyat aparılmışdır. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ*26009 nömrəli, 26 iyul 2005-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*6 *6 iyul 2005-ci ildə vəfat etmiş, bu barədə ölüm akt qeydləri kitabında *6 iyul 2005-ci il tarixdə 05 nömrə ilə qeyd edilmişdir. JN-026A KOD6*002028 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının 22 iyun *998-ci il tarixli, 09 saylı qərarı ilə X*2 Bərdə rayonu Bala Göyüşlü kəndində 0,29 ha həyətyanı torpaq sahəsi verilmişdir. JN-0033 nömrəli, KOD6*002028 nömrəli Torpağa Mülkiyyət Hüququna dair Dövlət Aktının surətindən görünür ki, Bərdə Rayon Aqrar İslahat Komissiyasının *9 yanvar *998-ci il tarixli, 0* saylı qərarı ilə X*2 və X5 Bərdə rayonu Bala Göyüşlü kəndində *,*7 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli, 346 nömrəli arayışından görünür ki, mərhum X8 vəfat edənə kimi Bərdə rayonu Bala Göyüşlü kəndində yaşamış, vəfatından sonra təsərrüfatında həyat yoldaşı X*6 və oğlu Ərizəçi qalmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 20 oktyabr 2022-ci il tarixli, 347 nömrəli arayışından görünür ki, mərhum X*6 vəfat edənə kimi Bərdə rayonu Bala Göyüşlü kəndində yaşamış, vəfatından sonra təsərrüfatında oğlu Ərizəçi qalmışdır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Böyük Göyüşlü kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş *5 noyabr 2022-ci il tarixli, 36* nömrəli arayışından görünür ki, mərhum X*6 vəfat edəndən hal-hazıradək onun bütün mülkiyyətini oğlu Ərizəçi idarə edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional ASAN-Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış *4 noyabr 2022-ci il tarixli, 2037/2022 nömrəli məktubdan görünür ki, Ərizəçi mərhum atası X9 miras qalmış əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bərdə Regional ASAN-Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən Ərizəçi ünvanlanmış *9 yanvar 2023-cü il tarixli, *67/2023 nömrəli məktubdan görünür ki, Ərizəçi mərhum anası X4 miras qalmış əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürmüşdür. İşə əlavə edilmiş 06.*2.2022-ci il tarixli ödəniş qəbzindən görünür ki, ərizəçi məhkəməyə müraciət edən zaman *00.00 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4, Maraqlı şəxs3, Maraqlı şəxs* və Bərdə regional “ASAN Xidmət” * saylı Mərkəzində Notariat Ofisinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, valideyinləri X9 və X2 miras qalmış Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən *,*7 ha pay torpaq sahəsinin və mərhum atası X9 miras qalmış Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0,29 həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizənin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə verərək valideyinləri X9 və X2 miras qalmış Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən *,*7 ha pay torpaq sahəsinin və mərhum atası X** miras qalmış Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0,29 həyətyanı torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin miras əmlak kimi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddətin üzürlü sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinin Vİİ bəndinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin **93-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının *3-cü maddəsinin İ və İİ hissələrinə, 29-cu maddəsinin İ, İİ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 20**-ci il tarixli və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin *203.*-ci maddəsinin şərh edilməsinə dair” *3 dekabr 20**-ci il tarixli Qərarları). Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): **33.*-ci maddəsinə əsasən, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. **33.2-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. **34.*-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. **5*.*-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. **59.*.*-ci maddəsinə əsasən, ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə vərəsələr sayılırlar. *243.*-ci maddəsinə əsasən, mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. *243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. *243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Həmin Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin *248.*-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin *255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxаrıdа göstərilən qаnunvericiliyin tələbinə görə şəxslər öldükdən sonra onun əmlakı bir mənаlı оlаrаq vərəsənin əmlakına daxil olmur. Vərəsə əmlakı əldə etmək və ona mülkiyyətçi kimi sahib olmaq üçün müəyyən aktı həyata keçirməlidir. Buna isə mülki hüquqda mirasın “qəbul etmə sistemi” deyilir. Vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirmişdir. Birinci üsul vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizənin verməsi yolu ilə mirasın qəbul edilməsi, ikinci üsul isə miras əmlaka faktiki olaraq sahiblik etməklə miras əmlakı qəbul etdiyini faktiki olaraq nümayiş etdirməsi üsuludur. Mirasın qəbul edilməsi müddətinə gəldikdə isə vərəsə istər birinci, istərsə də ikinci üsulla mirası yalnız bunun üçün müəyyənləşdirilmiş müddət daxilində qəbul edə bilər. Eyni zаmаndа qаnunvericilik qəbul edilmiş mirasın vərəsəlik açıldığı vaxtdan vərəsəyə məxsus hesab olunmаsını şərtləndirir. Bundаn bаşqа, mirаs qаnunun tələbinə əsаsən qəbul оlunmuşsа, lаkin vərəsəlik şəhаdətnаməsi vаxtındа rəsmiləşdirilməmişsə, bu mirаsа qаrşı hüququn itirilməsi üçün əsаs hesаb edilə bilməz. Vərəsə mirаsа sаhiblik, оndаn istifаdə və оnа sərəncаm verməsi sаhəsində müvаfiq işlər görmüşsə-binаnın təmiri, həyətyаnı tоrpаq sаhəsini becərmək, məhsulu yığmаq və s. yаxud sığоrtа tədiyəsini və ev üçün vergini ödəmişsə, kirаyənişinlərdən mənzil pulunu yığmışsа və b. hаllаr vərəsənin mirаsı fаktiki surətdə idаrə etməyə bаşlаmаsını və mirаsа yiyələnməsini sübut edən hərəkətlər kimi qiymətləndirilə bilər. Bu haqda Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin *243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun *6 oktyabr 2020-ci il tarixli qərarında göstərilmişdir ki, mirasın qəbulu şəxsin iradəsi ilə bağlı olan hüquqi hərəkət olmaqla, vərəsə tərəfindən miras əmlakın əldə edilməsinə razılığın ifadə edilməsidir. Vərəsənin mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verməsi mirasın qəbul edilməsinin formal üsuludur. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut edilməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun (Konstitusiya Məhkəməsi Plenumunun G.Qəhrəmanovanın şikayəti üzrə 20*4cü il *8 iyul tarixli Qərarı). Həmin qərarda daha sonra qeyd edilmişdir ki, mülki prosessual qanunvericiliyin xüsusi icraat qaydasında işlərə baxılmasının xüsusiyyətlərini tənzimləyən normalarına nəzər yetirdikdə, hüquqi əhəmiyyəti olan faktların belə qaydada təsdiq edilməsi üçün bir neçə şərtin zəruri olduğu qənaətinə gəlmək olar. Bu şərtlərə aşağıdakılar aiddir: - həmin faktın qanuna əsasən hüquqi nəticələr doğurması; - hüquqi əhəmiyyəti olan faktın başqa qaydada müəyyən edilməsinin qeyri-mümkün olması; - hüquq haqqında mübahisənin olmaması və s. Həmin şərtlərdən hər hansı birinin olmaması işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli 3 saylı qərarının *0-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il ** sentyabr tarixli, *67 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın *02-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Həmin qərarın *0.2-ci bəndində qeyd edilmişdir ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Beləliklə, işin faktiki hallarından müəyyən olunur ki: X*6 və X3 ölümündən sonra onun birinci növbə vərəsəsi olan övladı Ərizəçi qalmışdır. Bundan başqa işdən müəyyən edilir ki, hazırki iş üzrə Ərizəçi mərhum X*6 və X2 miras qalmış əmlaka sahiblik etməyə, onu idarə etməyə faktiki başlamış, bununla da ondan miras qalmış əmlakı qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Həmçinin, ərizəçi mirasın qəbulu üçün qanunla nəzərdə tutulmuş müddəti qanunu bilməməsi səbəbindən ötürdüyünü bildirmişdir. Buna görə məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, Ərizəçi mərhum X*6 və X2 miras qalmış torpaq sahəsini qəbul etməsi faktı müəyyən edilməlidir. Məhkəmə ərizə tələbinin Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0,29 həyətyanı torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin miras əmlak kimi ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi hissəsində hesab edir ki, həmin hissədə ərizə təmin edilə bilməz. Belə ki, sözügedən fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından həmin evə dair hər hansı hüquqlar tanına bilməz. Beləliklə, AR.MPM-in *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 307.*-ci mаddəsinə əsаsən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 3**-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. MPM-in *07-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in **9.*-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu tələb edilmədiyindən məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 2*6-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə qismən təmin edilsin. Ərizəçi mərhum X*6 və X2 miras qalmış əmlakın qəbul edilməsi üçün qanunla müəyyənləşdirilmiş müddətin buraxılması üzürlü hesab edilsin. Ərizəçi mərhum X*6 və X2 miras qalmış Bərdə rayonu Bala Göyüşlü kəndində yerləşən 0,29 ha həyətyanı torpaq sahəsini və *,*7 ha kənd təsərrüfatl məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsini qəbul etməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Ərizə qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qаydаdа verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim:Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-749/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-749/2023
14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver