Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-75/2023 31.01.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, Cavabdeh1 iştirakları ilə, İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiаçı İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyəti (bundan sonra İddiaçı BOKT ASC) iddiа ərizəsi ilə məhkəmədə cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia qaldıraraq iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xаhiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 ilə əvvəlki "xxxx" ASC (indiki İddiaçı BOKT ASC) arasında 22 dekabr 2012-ci il tarixli, 900/12PB\BŞ-KM saylı, 11 avqust 2014-cü il tarixli, 443-14PB saylı və 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı kredit müqavilələri imzalanmışdır. Müvafiq olaraq 22 dekabr 2012-ci il tarixli, 900/12PB\BŞ-KM saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 18 faiz olmaqla, 0 ay güzəşt müddəti ilə 10000 manat məbləğində, 11 avqust 2014-cü il tarixli, 443-14PB saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 18 faiz olmaqla, 0 ay güzəşt müddəti ilə 8000 manat məbləğində və 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı kredit müqaviləsi üzrə isə 36 ay müddətinə, 6 faizlə, 18 ay güzəşt müddəti olmaqla 15000 manat kredit verilmişdir. 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı kredit müqavilələrinin təminatı kimi 28 avqust 2012-ci il tarixli sonrakı ipoteka müqaviləsi bağlanmış və Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Nizami küçəsində yerləşən 2 saylı evin 66.1 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 93.3 kv.m ümumi sahədən ibarət 5 otaqlı 8 saylı mənzili (MA seriyalı, ******* nömrəli **********19-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 03 fevral 2010 qeydiyyat tarixli Çıxarışa əsasən ipoteka ilə yüklü edilmiş, 22 dekabr 2012-il tarixli, 900/12PB/BŞ-KM saylı və 11 avqust 2014-cü il tarixli, 443-14PB saylı kredit müqavilələrin təminatı kimi isə 22 dekabr 2012-il tarixli, 900/12PB/BŞ-KM saylı ipoteka müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 özünə məxsus olan Bərdə şəhəri, Nizami küçəsində olan bələdiyyəyə məxsus olan 0.0024 ha torpaq sahəsində yerləşən 16.6 kv.m qeyri-yaşayış sahəsini (MA seriyalı, ******* nömrəli, **********10-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011 qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka yüklü etmişdir. İpoteka (girov) müqaviləsi, sonrakı ipoteka müqaviləsi və ipoteka müqaviləsinə əlavə müqavilə notariusda təsdiq edilmiş və dövlət qeydiyyatına alınmışdır. Kredit müqaviləsinin 2.9cu bəndinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, ondan sonrakı gün öhdəliyin icrasının gecikdirilməsi sayılır və odur ki, gecikdirilən hər gün üçün borclu kreditora kreditin qalıq məbləğinin 0.2 faiz həcmində dəbbə pulu tələb edir; 5-5-ci bəndinə əsasən isə müqavilədə nəzərdə tutulmuş müddət bitdikdə və bu müddətin uzadılması haqqında kreditorla razılaşdırılmış sonuncunun qərarı olmadıqda, habelə borc vaxtı keçmiş kredit aid edildikdə faizləri ikiqat hesablayıb borcludan tələb edir. Cavabdeh1 BOKT-a 22 dekabr 2012-ci il tarixli, 900/12PB/BŞ-KM saylı kredit müqaviləsi üzrə 6810.69 manat əsas borc, 6128.93 manat hesablanmış faiz, 11891.46 manat hesablanmış dəbbə, cəmi 24831.08 manat, 11 avqust 2014-cü il tarixli, 443-14PB saylı kredit müqaviləsi üzrə isə 541.71 manat faiz borcu, 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı kredit müqaviləsi üzrə isə 2353.69 manat əsas borc, 8566.85 manat hesablanmış faiz, 9033.40 manat hesablanmış dəbbə, cəmi 19953.94 manat kredit borcu mövcuddur. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehlərə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Ərizə həmin orqanda qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq, cavabdehlər bildirişə münasibət bildirməmişlər. Odur ki, iddianının təmin edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı var. İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir, gəlməməsinin səbəbi brədə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahatında göstərdi ki, Parabank ASC ilə onların iki kredit borc müqaviləsi üzrə yəni, Cavabdeh2 ilə 28 avqust 2012-ci il tarixdə 325-12PB saylı kredit borc müqaviləsi və Cavabdeh1 ilə 11 avqust 2014-ci il tarixdə 443-14/PB-li kredit borc müqaviləsi bağlanmışdır. Kredit müqavilələrinin bağlanma tarixlərindən və bankın onlara qarşı qaldırdığı iddia ərizələrinin tarixlərindən tam aydın olur ki, müqavilələrin iddia müddətləri tam bitmişdir. Buna görə də qanunda nəzərdə tutulmuş qaydaya əsasən iddia tam əsassızdır, ləğv edilməlidir. Lakin Parabank ASC (indiki ParaBokt ASC) müqavilələrin iddia müddətlərinin bitməsinə baxmayaraq onun vaxtilə Parabankda işləməsindən istifadə edərək onun adına kredit borcuna (iddia müddətini bərpa etmək məqsədi ilə) onun heç bir razılığı və xəbəri olmadan öz şəxsi vəsaitlərindən sistem üzərindən ödəniş ediblər. Onun adına ödənilən borcdan heç bir xəbəri yoxdur, bundan başqa həmin pulun ödənilməsi barədə hüquqi əsas verəcək bir imzalı sənəd (ödəniş qəbzi və yaxud həmin ödənişin ödənilməsi barədə tərəfindən yazılı imzalı razılıq ərizəsi) yoxdur. Buna görə də onun kredit ödənişinə olunan ödəniş barədə rəsmi olaraq heç bir sübut dəlil olmdığından iddia müddəti əsassız sayılır. Bundan başqa həmin pulun kredit borcuna ödənilməsi barədə nə kredit müqaviləsində, nə də ki, əmək müqaviləsində əmək haqqından tutulma və yönəltmə barədə heç bir maddə yoxdur. Bu birmənalı şəkildə bankın saxtakarlığıdır. Məqsədyönlü şəkildə iddia müddətini bərpa etmək məqsədi ilə edilib, belə etməsinə baxmayaraq yenə də əsassızdır, müddət ötürülmüşdür və yuxarıda qeyd etdiyi kimi qanunla nəzərdə tutulmuş qaydalara əsaslanaraq iddia müddəti ləğv olunmalıdır. Məhkəmə iclasının vaxtı və yeri haqında lazımı qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişlər. Məhkəmə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməməsinin səbəbini üzürsüz sayaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan 22 dekabr 2012-ci il tarixli, 900/12PB\BŞ-KM saylı, 11 avqust 2014-cü il tarixli, 443-14PB saylı və 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı kredit müqavilələrindən müəyyən olunur ki, Mehdiyev X2 ASC-dən 22 dekabr 2012-ci il tarixli, 900/12PB\BŞ-KM saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 18 faiz olmaqla, 0 ay güzəşt müddəti ilə 10000 manat məbləğində, 11 avqust 2014-cü il tarixli, 443-14PB saylı kredit müqaviləsi üzrə 36 ay müddətinə, 18 faiz olmaqla, 0 ay güzəşt müddəti ilə 8000 manat məbləğində və 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı kredit müqaviləsi üzrə isə 36 ay müddətinə, 6 faizlə, 18 ay güzəşt müddəti olmaqla 15000 manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 28 avqust 2012-ci il tarixli ipoteka müqaviləsinin sürətindən müəyyən olunur ki, 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı kredit müqavilənin təminatı olaraq Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Nizami küçəsində yerləşən 2 saylı evin 66.1 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahədən ibarət 93.3 kv.m ümumi sahədən ibarət 5 otaqlı 8 saylı mənzili (MA seriyalı, ******* nömrəli **********19-05101-093010 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, 03 fevral 2010 qeydiyyat tarixli Çıxarışa əsasən ipoteka ilə yüklü edilmiş xeyrinə yüklü etmişdir. İş materialında olan 22 dekabr 2012-il tarixli, 900/12PB/BŞ-KM saylı ipoteka müqaviləsinin surətindən müəyyən olunur ki, 22 dekabr 2012-il tarixli, 900/12PB/BŞ-KM saylı və 11 avqust 2014-cü il tarixli, 443-14PB saylı kredit müqavilələrin təminatı kimi isə 22 dekabr 2012-il tarixli, 900/12PB/BŞ-KM saylı ipoteka müqaviləsi bağlanmışdır, həmin müqaviləyə əsasən Cavabdeh2 özünə məxsus olan Bərdə şəhəri, Nizami küçəsində olan bələdiyyəyə məxsus olan 0.0024 ha torpaq sahəsində yerləşən 16.6 kv.m qeyri-yaşayış sahəsini (MA seriyalı, ******* nömrəli, **********10-06301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli, xx.xx.2011 qeydiyyat tarixli çıxarışa əsasən) ipoteka yüklü edilmişdir. İş materiallarında olan 05 yanvar 2021-ci il tarixli maliyyə arayışlarından müəyyən olunur ki, Cavabdeh1 22 dekabr 2012-ci il tarixli, 900/12PB/BŞ-KM saylı kredit müqaviləsi üzrə 6810.69 manat əsas borc, 6128.93 manat hesablanmış faiz, 11891.46 manat hesablanmış dəbbə, cəmi 24831.08 manat, 11 avqust 2014-cü il tarixli, 443-14PB saylı kredit müqaviləsi üzrə isə 541.71 manat faiz borcu, 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı kredit müqaviləsi üzrə isə 2353.69 manat əsas borc, 8566.85 manat hesablanmış faiz, 9033.40 manat hesablanmış dəbbə, cəmi 19953.94 manat məbləğində borcu yaranmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh3 xx xxxxx 1961-ci ildə doğulmuşdur, Bərdə şəhəri, Nizami küçəsi ev 2, mənzil 8 ünvanıda qeydiyyatdadır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BPQMİ-nin MAPS Şöbəsinin arayışından müəyyən olunur ki, Cavabdeh2 16 avqust 1956-cı ildə doğuluşdur, Bərdə şəhəri, Nizami küçəsi ev 2, mənzil 8 ünvanıda qeydiyyatdadır. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi İdarəsinə ünvanlanmış 420 nömrəli, 01 fevral 2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin surətindən görünür ki, ipoteka predmeti olan Bərdə şəhəri, Nizami küçəsi ev 2, məzil 8-də yerləşən 2 mərtəbəli, 5 otaqlı, 66.1 kv.m yaşayış, 27.2 kv.m yardımçı sahə, 93.3 kv.m ümumi sahədən ibarət mənzilə tutmanın yönəldilməsi haqqında bildirilişin Cavabdeh2 ünvana çatdırılmasını diqqətə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş "xxxx" ASC tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bərdə ərazi İdarəsinə ünvanlanmış 425 nömrəli, 02 fevral 2021-ci il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizənin surətindən görünür ki, ipoteka predmeti olan Bərdə şəhəri, Nizami küçəsi 0.0024 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 16.6 kv.m ümumi sahədən ibarət qeyri yaşayış binasına tutmanın yönəldilməsi haqqında bildirilişin Cavabdeh2 ünvana çatdırılmasını diqqətə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh1 və Cavabdeh2 göndərilmiş 306 nömrəli, 07 yanvar 2021-ci il tarixli girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən müəyyən olunur ki, borclu kredit müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyindən borcun tutulması Bərdə şəhəri Nizami küçəsində 0.0024 ha torpaq sahəsində yerləşən 16.6 kv.m olan qeyri yaşayış binasına yönəldiləcəkdir. Mülki işə əlavə edilmiş Cavabdeh2 göndərilmiş 301 nömrəli, 07 yanvar 2021-ci il tarixli girov predmetinə tutmanın yönəldilməsi haqqında bildirişdən müəyyən olunur ki, borclu kredit müqaviləsi üzrə borc öhdəliyini icra etmədiyindən borcun tutulması Bərdə şəhəri Nizami küçəsində 8 nömrəli mənzilə yönəldiləcəkdir. Mülki işə əlavə edilmiş seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 16 avqust 1956-cı ildə ünvan 2 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş seriya AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Cavabdeh1 xx xxxxxx 1982-ci ildə ünvan 3 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə edilmiş MA ******* nömrəli Dövlət Reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətinə Bərdə şəhəri, Nizami küçəsi ev 2, mənzil 8 ünvanında yaşayış evi qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş MA ******* nömrəli Dövlət Reyestrindən Çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh2 mülkiyyətinə Bərdə şəhəri, Nizami küçəsi 0.0024 ha torpaq sahəsində, ümumi sahəsi 16.6 kv.m olan qeyri yaşayış sahəsi qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Cavabdeh3 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, əri Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Nizami küçəsi 0.0024 ha torpaq sahəsində, ümumi sahəsi 16.6 kv.m olan qeyri yaşayış sahəsinin ipoteka qoyulmasına razılıq verir və ipoteka predmetinə tutma yönəldildikdə qeyri yaşayış binasını dərhal tərk etmək öhdəliyini qəbul edir. Mülki işə əlavə edilmiş Cavabdeh2 tərəfindən verilmiş iltizamda göstərilmişdir ki, ipoteka qoyulmuş qeyri-yaşayış binasına tutmanın yönəldilməsi haqqında bildiriş ona verildiyi andan yeddi gün ərzində borc öhdəliyi yerinə yetirilməzsə ən geci bir ay ərzində qeyri-yaşayış binası könüllü tərk edəcək. Mülki işə əlavə edilmiş Cavabdeh2 tərəfindən verilmiş iltizamda göstərilmişdir ki, ipoteka qoyulmuş evə tutmanın yönəldilməsi haqqında bildiriş ona verildiyi andan yeddi gün ərzində borc öhdəliyi yerinə yetirilməzsə ən geci bir ay evi könüllü tərk edəcək. Mülki işə əlavə edilmiş Cavabdeh3 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, əri Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Nizami küçəsi ev 2, mənzil 8 də yerləşən yaşayış evinin ipoteka qoyulmasına razılıq verir və ipoteka predmetinə tutma yönəldildikdə qeyri yaşayış binasını dərhal tərk etmək öhdəliyini qəbul edir. Mülki işə əlavə edilmiş Cavabdeh1 tərəfindən verilmiş ərizədə göstərilmişdir ki, atası Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Nizami küçəsi ev 2, mənzil 8 də yerləşən yaşayış evinin ipoteka qoyulmasına razılıq verir və ipoteka predmetinə tutma yönəldildikdə qeyri yaşayış binasını dərhal tərk etmək öhdəliyini qəbul edir. Mülki işə əlavə edilmiş Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Nizami küçəsi 0.0024 ha torpaq sahəsində, ümumi sahəsi 16.6 kv.m olan qeyri yaşayış sahəsinin bazar dəyəri 30000 manat, likvid dəyəri 22.500 manat qiymətləndirilmişdir. Mülki işə əlavə edilmiş Əmlakın qiymətləndirilməsi barədə ekspert rəyindən müəyyən olunur ki, Cavabdeh2 məxsus olan Bərdə şəhəri, Bərdə şəhəri, Nizami küçəsi ev 2, mənzil 8 də yerləşən yaşayış evinin bazar dəyəri 30000 manat, likvid dəyəri 24000 manat qiymətləndirilmişdir. Mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 2((021)-137/2022 saylı 09 mart 2022-ci il tarixli qərardadları ilə məhkəmə əmtəəşünaslıq və məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş UNİPRİCE MMC tərəfindən verilmiş UNİ/A-10- 450/2022 sayylı, 12 aprel 2022-ci il tarixli ekspert rəyində göstərilmişdir ki, Bərdə şəhəri, Nizami küçəsi ev 2, mənzil 8 də yerləşən yaşayış evinin bazar dəyəri 23.000 manat qiiymətləndirilmişdir. Mülki iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi isə iddiaçı tərəfindən zəruri sənədlər təqdim edilmədiyindən mümkün olmamışdır. Mülki işə əlavə edilmiş cavabdehlər Cavabdeh2, Cavabdeh3 Tahiq qızı və Cavabdeh1 tərəfindən verilmiş vəsatətdə cavabdehlər iddia müddətinin tətbiq edilməsi ilə iddiaçının iddiasının rədd edilməsini xahiş etmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyin icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Həmin Məcəllənin 449.4-cü maddəsinə əsasən özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarmı müvafıq olaraq pul və ya eyni keyfıyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafıq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Lakin bununla belə məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki mülki mübahisə üzrə iddia müddəti ötdüyündən iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373-cü maddəsinə əsasən ümumi iddia müddəti on il, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı il, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il təşkil edir və tələblərin ayrı-ayrı növləri üçün bu Məcəllə ilə ümumi müddətə nisbətən qısaldılmış və ya uzadılmış xüsusi iddia müddətləri təyin edilə bilər. Həmin maddədə qeyd edilən hallardan biri də xüsusi iddia müddətidir ki, mülki qanunvericiliyə əsasən həmin Məcəllənin müvafiq fəslində müəyyənləşdirilmiş qaydalar, əgər qanunla ayrı hal müəyyənləşdirilməyibsə, xüsusi iddia müddətlərinə də şamil edilir. Bundan başqa Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə xüsusi olaraq qeyd etmək istəyir ki, iddiaçı təşkilatla cavabdehlər arasında bağlanmış olan 22 dekabr 2012-ci il tarixli, 900/12PB\BŞ-KM saylı kredit müqaviləsinin müddəti 22 dekabr 2015-ci il tarixdə, 11 avqust 2014-cü il tarixli, 443-14PB saylı kredit müqaviləsinin müddəti 11 avqust 2017-ci il tarixdə və 28 avqust 2012-ci il tarixli, 325/12PB saylı kredit müqaviləsinin müddəti isə 28 avqust 2015-ci il tarixdə bitir. Lakin iddia ərizəsi məhkəməyə 30 mart 2021-ci il tarixdə verilmişdir. Bundan başqa bankın nümayəndəsi məhkəmə iclasları zamanı özü də etiraf etmişdir, onların banklarında ödəniş terminalları olmamış, ödəniş yalnız kassirə və ya əməliyyat üzrə operatorlara edilməklə mümkün olmuşdur. Daha sonra isə həmin qəbzləri məhkəməyə təqdim edəcəyini bildirmiş, lakin qəbz yerinə sadəcə elektron sistemdən ödəniş olunmasını təsdiq edən və iddiaçı təşkilatın özü tərəfindən tərtib edilən məlumatları təqdim etmişdir. Halbuki iddiaçının nümayəndəsi cavabdehlər tərəfindən ödənişlərin edilməməsini dəfələrlə vurğulamışdır. Lakin nümayəndənin təqdim etmiş olduğu “ödəniş barədə məlumatların” cavabdehlər tərəfindən ödənilməsini əks etdirən rəsmi sübut və dəlillər təqdim edilməmişdir. Cavabdehin əmək haqqından tutulmaların aparılması isə ümumiyyətlə nə müqavilədə, nə də hansısa bir digər razılaşmada ehtiva edilməmişdir. Bundan başqa Cavabdeh1 İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətində (müqavilələr bağlanan dövrdə "xxxx"da) əmək müqaviləsi işləyərkən onun əmək haqqısının hansı hissədə kredit ödənişinə tutulması barədə heç bir məlumat, sənəd və ya rəsmi qərar mövcud deyildir. Həmçinin müvafiq cavabdehin əmək haqqısından hər üç kredit üzrə ödənişlərin tutulması ilə bağlı iddiaçının nümayəndəsinin izahatı da ümumiyyətlə heç bir rəsmi sənədlə təsdiq edilmədiyi kimi, həm də məhkəmə tərəfidnən inandırıcı və məntiqli hesab edilmir. Çünki əgər belə hal mövcud olmuş olsaydı bu zaman cavabdehin əmək haqqısı kifayət qədər yüksək məbləğdə olmalı idi. Belə olduğu halda məhkəmə yuxarıda göstərilən maddi və prosessual hüquq normalarına əsasən hesab edir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” iddiası iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına əsaslanaraq hesab edir ki, iddia tələbi təmin edilmədiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və aparılmış ekapertiza tədqiqatının dəyəri olan 200 manat pul iddiaçı "xxxx" ASC-yə aid edilməlidir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı "kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 30 manat dövlət rüsumu İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətinə aid edilsin. Aparılmış ekspertiza tədqiqatının dəyəri olan 200 manat vəsait İddiaçı Bank Olmayan Kredit X3 Cəmiyyətindən alınaraq “Uniprice” MMc-nin hesabına (VEÖN:190467341, Hesab № AZN: AZ77AİİB400600C**********218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VEÖN: **********, Müxbir hesab AZ37NABZ********************, filialın kodu: 201296; SwİFT kod: AİİBAZ2XXXX) ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-75/2023
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-75/2023
31.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver