Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-754/2024 11.03.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Babaşov Fuad Bəhruz oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, Ərizəçi və maraqlı şəxsin nümayəndəsi X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmə binasında açıq məhkəmə , m ü ə y y ə n e t d i: Ərizəçi maraqlı şəxs şəxs Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun 1977-ci ildən 1992-ci ilin may ayının 18-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1957-ci ildə Laçın rayonu Hoçaz kəndində anadan olmuş və Laçın şəhəri, S.Vurğun küçəsi ev 43-də yaşamışdır. Laçın rayonu erməni işğalçıları tərəfindən isğal etdildikdən sonra məcburi köçkün düşərək Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşib yaşayır. 1977-ci ildən 1992-ci ilin may ayının 18-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləmişdir. Hazırda pensiya təyin edilməsi üçün Dövlət Sosial Müdafiə Fondunun Bərdə rayon Şöbəsinə müraciət etmiş, lakin ona bildirmişlər ki, 1977-ci ildən 1992-ci ilin may ayının 18-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyi müddət iş stajina daxil edilməsi üçün əmək kitabçası lazımdır. Lakin işlədiyi illərə dair arxiv sənədləri Laçın rayonunda galmış və ermənilər tərəfindən yandırılmışdır. Buna görə də ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Onun 1977-ci ildən 1992-ci ilin may ayının 18-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməyini onunla bərabər Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında işləmiş şahidlər X1 və X9 da təsdiq edə bilərlər. Belə ki, onun işlədiyi illərdə onunla birgə işləmiş X4 Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında işləməsi barədə əmək kitabçası mövcuddur. Həmçinin onun işlədiyi illərdə onunla birgə işləmiş X1 isə məhkəməyə müraciət edərək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında işləməsi faktını müəyyən etdirmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında 1977-ci ildən 1992-ci ilin may ayının 18-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işlədiyini, Laçın rayonu erməni işğalçıları tərəfindən isğal etdildikdən sonra məcburi köçkün düşərək Bərdə rayonu Alaçadırlı kəndində məskunlaşdıqlarını, işlədiyi illərə aid sənədlərin Laçın rayonunda qaldığını və həmin evin ermənilər tərəfindən yandırıldığını bildirmiş və məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxsin nümayəndəsi X6 ərizəni rədd edərək məhkəmədən ərizənin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə ərizəçini və maraqlı şəxsin nümayəndəsini dinləyib, iş üzrə müəyyən olunmuş halları tətbiq olunmalı hüquq normaları baxımından qiymətləndirərək hesab edir ki, ərizə təmin edilməməlidir. Belə ki, mülki işə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: AZE seriyalı, 02964120 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1948-ci il tarixdə ünvan 1 ünvanında yaşayır. AZE seriyalı, 02967159 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.1948-ci il tarixdə ünvan 2 ünvanında yaşayır. AZE seriyalı, 00766089 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 xx.xx.1942-ci il tarixdə Laçın rayonu, Zabux kəndində anadan olmuşdur. Laçın rayonuŞ Zabux kəndində yaşayır. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1957-ci il tarixdə ünvan 3 ünvanında yaşayır. AZE seriyalı, 02656288 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X10 xx.xx.1947-ci il tarixdə Laçın rayonu, Cağazur kəndində anadan olmuşdur. Laçın rayonu, Cağazur kəndində yaşayır. AA 296356 seriya nömrəli məcburi köçkün vəsiqəsindən görünür ki, Ərizəçi Laçın rayon məcburi köçkünüdür. Hazırda isə Bərdə şəhərində məskunlaşmışdır. AA ******* seriya nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Nümayəndə xx.xx.1996-cı il tarixdə anadan olmuşdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu məhkəməyə etiraz ərizəsi verərək Ərizəçi 2(006)(-3222/2023 nömrəli iş üzrə ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 2(006)- 3222/2023 nömrəli qərardadının surətindən görünür ki, Ərizəçi AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu maraqlı şəxs qismində cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” rələbinə dair ərizəs üzrə 2(006)-3222/2023 nömrəli mülki iş ərazi aiddiyyəti üzrə baxılması üçün Bərdə rayon Məhkəməsinə göndərilmişdir. Laçın rayonunun Bərdə rayonundakı İcra Hakimiyyətli Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 153 nömrəli arayışdan görünür ki, Ərizəçi hazırda Bərdə rayonu, Alaçadırlı kəndində yaşayır. AR Qaçqınların və X5 üzrə Dövlət Komitəsi Bərdə rayon Bölməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 1359 nömrəli arayışdan görünür ki, Ərizəçi Laçın rayon məcburi köçkünüdür. Hazırda isə Meşəçilik qəsəbəsində müvəqqəti məskunlaşmışdır. İş materiallarında olan xx.xx.2019-cu il tarixli, 52 nömrəli arxiv arayışından görünür ki, 1974-1974-ci illərdə Laçın rayon Hocaz kənd klubunda mexanik və 1977-1992-ci ilin may ayının 18-nə qədər Laçın rayon Məişət Kombinatında dərzi işlədiyi haqda arxiv sənədləri Laçın rayonunun işğalı ilə əlaqədar işğalda qalmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 14 nömrəli arxiv arayışından görünür ki, Ərizəçi 1977-1992-ci ilə qədər Laçın rayon Məişət Xidməti Kombinatında dərzi işləməyi barədə arxiv sənədləri rayonun işğalı ilə əlaqədar işğalda qalmışdır. Azərbaycan Respublikası adından xx.xx.2016-cı il tarixli, 2(103)-10254/2016 nömrəli qətnamənin surətindən görünür ki, apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-9766/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirlmədən saxlanılması qət edilmişdir. Xəzər rayon Məhkəməsinin 2(003)-2136/2011 nömrəli qətnamənin surətindən görünür ki, ərizənin təmin edilməsi, ərizəçi X8 xx.xx.1967-ci ildən xx.xx.1992-ci ilədək Laçın rayonu Məişət Cihazlarının Təmiri Emalatxanasında televizor ustası vəzifəsində işləməsi faktının müəyyən edilməsi qət edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı məhkəməyə etiraz ərizəsi verərək icraatda olan 2-1(114)-1965/2022 nömrəli inzibati iş üzrə iddiaçı Ərizəçi “yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondunun Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialı məhkəməyə etiraz ərizəsi verərək Ərizəçi 2(021)-3612/2022 nömrəli mülki iş üzrə ərizənin rədd olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2(021)-2881/2022 nömrəli qərardadın surətindən görünür ki, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiəsi Fondunun Bərdə rayon Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən eidlməsi”nə dair ərizəsi baxılmamış saxlanılmışdır. Bərdə rayon Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 2(021)-850/2023 nömrəli qərardadın surətindən görünür ki, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiəsi Fondunun Bərdə rayon Şöbəsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən eidlməsi”nə dair ərizəsi baxılmamış saxlanılmışdır. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3222/2023 nömrəli qərardadın surətindən görünür ki, iddiaçı Ərizəçi cavabdeh Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair iddia ərizəsinin qəbulunndan imtina edilmiş və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmışdır. Ərizəçi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə şikayət verərək hazırki iş üzrə Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3222/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsi yenidən icraata qəbul edilməklə məhkəmə baxışı təyin edilməsi barədə yeni məhkəmə aktının qəbul edilməsini məbhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3222/2023 nömrəli qərardadın surətindən görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-3222/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Ərizəçi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə şikayət verərək hazırki iş üzrə Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3222/2023 nömrəli qərardadının ləğv edilməsi və iddia ərizəsi yenidən icraata qəbul edilməklə məhkəmə baxışı təyin edilməsi barədə yeni məhkəmə aktının qəbul edilməsini məbhkəmədən xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3222/2023 nömrəli qərardadın surətindən görünür ki, Nəsimi rayon Məhkəməsinin 2(006)-3222/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Ərizəçi tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Ərizəçi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə şikayət verərək hazırki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3222/2023 nömrəli qərardadının ləğv edilməsinə dair qərar qəbul edilməsi əks təqdirdə işi baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3222/2023 nömrəli qərardadın surətindən görünür ki, Ərizəçi maraqlı şəxs Dövlət Sosial Müdafiəsi Fondu publik hüquqi şəxsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair mülki iş üzrə iddiaçının Nəsimi rayon Məhkəməsinin 2(006)-3222/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadının ləğv edilməsinə dair şikayəti təmin edilmiş, Nəsimi rayon Məhkəməsinin 2(006)-3222/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv eilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiəsi Fondu məhkəməyə etiraz ərizəsi verərək Ərizəçi 2(006)-3222/2023 nömrəli iş üzrə ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(006)-3222/2023 nömrəli qərardadın surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiəsi Fondu maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə 2(006)-3222/2023 saylı mülki ərazi aidiyyatı üzrə baxılması üçün Bərdə Rayon Məhkməsinə göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxs şəxs Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinə qarşı ərizə ilə məhkəməyə müraciət edərək, onun 1977-ci ildən 1992-ci ilin may ayının 18-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməyi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi-nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Məhkəmə hesab edir ki, Ərizəçi 1977-ci ildən 1992-ci ilin may ayının 18-dək Laçın rayon Əhaliyə Məişət Xidməti Kombinatında dərzi işləməyi faktını məhkəmə iclasında sübut edə bilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra-MPM) 4cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. MPM-in 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-in 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları, o cümlədən də qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, məhkəmə hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. MPM-in 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, ərizəçi tələbin əsası kimi istinad etdiyi halları sübut etməli olduğu halda məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, ərizə əsassız olduğundan təmin edilməməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 307-308, 311, 357 və 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə q ə t e t d i: Ərizə təmin edilməsin. Ərizəçi maraqlı şəxs şəxs Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi rədd edilsin. Qətnamənin surəti rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-754/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-754/2024
11.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver