Məhkəmə qərarları › İş №2(021)-771/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-771/2023

25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-771/2023 25.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X2*, Ərizəçi iştirakları ilə, Ərizəçi qohumluq faktının təsdiqi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhumə X2nın mərhumə X3 qızı olması faktının təsdiq edilməsi tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışlar ki, mərhumə X*5 onun anasıdır. X56 ilə rəsmi olaraq ailə qurmuşlar və birgə nikah dövründə o və digər bacı-qardaşları anadan olmuşdur. X2 vəfat etməmişdən öncə xüsusi mülkiyyətində ünvan 1 ünvanında 2.** ha torpaq sahəsi olmuşdur. Torpaq sahəsində onun, bacı qardaşlarının və nənəsi X5 da adı olmuşdur. Anası * noyabr 2002ci il tarixdə və nənəsi X*3 03 aprel 2009-cu il tarixə vəfat etdikdən sonra həmin torpaq sahəsini, yararlı hala salaraq istifadə etmişdir. Hal-hazırda o, ünvan 2 ünvanda yerləşən 2.* ha torpaq sahəsini öz adına sənədləşdirmək istəyir. Bununla bağlı Asan Xidmət Mərkəzi notariat kontoruuna müraciət etdikdə isə ondan mərhumə Dilafruz Quluyevanın doğum haqqında şəhadətnaməsini tələb edirlər. Anasının doğum haqında şəhadətnaməsində X3 adının olması üçün anasının doğum haqqında şəhadətnaməsini tələb edirlər. Lakin X2nı doğum haqqında şəhadətnaməsi tapılmadığından mərhumə X*4 Quluyevanın anası olmasına hər hansı bir sənədi tələb edirlər. Bunun üçündə mərhumə X2nın adına olmuş torpaq sahəsini onun adına sənədləşdirməkdən imtina edirlər. Hazırda o, da məcbur qalıb mərhumə X2nın mərhumə X6 qızı olmasını təstiq etmək üçün məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etmiş və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə Rayon Qeydiyyat Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilsə də nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X44 izahatında göstərmişdir ki, Ərizəçi onun qardadşıdır. X* mərhumə X6 qızıdır. Lakin analarının doğum haqqında şəhadətnaməsi olmadığından ərizəçi olan qardaşı anasından və nənəsindən qalan mirası öz adına sənədləşdirə bilmir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X45 izahatında göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Anaları Dilafruz vəfat edib. Analarından və nənələrindən qalan mirası sənədləşdirə bilmirlər. Məhkəmə ərizəçinin və şahidlərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx *975-ci ildə Bərdə rayonunda doğulmuşdur, ünvan 1ində yaşayır. İş materiallarında olan AZE 09300*899 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X44 08 aprel *973-cü ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə raynonu, Hüseynbəyli kənində qeydiyyatdadır. İş materiallarında olan AZE *4256774 nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X45 26 avqust *978-ci ildə Bərdə rayonunda doğulmuşdur, Bərdə rayonu, Hüseynbəyli kənində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş **38 nömrəli, 03 noyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu Hüseynbəyli kəndində yaşayır. İş materiallarında olan İV-JQ 256*46 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx *975-ci ildə doğulmuşdur, atası X33, anası X**r. İş materiallarında olan V-JQ 492836 nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X45 26 avqust *972-ci ildə doğulmuşdur, atası X33, anası X**r. İş materiallarında olan arayışın surətindən müəyyən olunur ki, X44 08 aprel *973-cü ildə doğulmuşdur, atası X33, anası X**r. İş materiallarında olan JN 00*6 KOD 6*023068 nömrəli dövlət aktını surətindən müəyyən olunur ki, X7, X22, X23, X34, Ərizəçi, X35, X8 mülkiyyətinə Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun *998-ci il tarixli 09 nömrəli qərarı ilə 2.** ha torpaq sahəsi verilmişdir. İş materiallarında olan AZ-İ 0243*4 nömrrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X*6 ** noyabr 2002-ci ildə ölmüşdür. İş materiallarında olan Bərdə Rayon Dövlət Arxivi tərəfindən verilmiş *7 oktyabr 2022-ci il 238/a nömrəli Arxiv arayışının surətindən müəyyən olunur ki rayon dövlət arxivində 78 saylı fondda mühafizə olunan Bərdə rayon sabiq Alpoud kənd zəhmətkeş Deputatları Soveti İcraiyyə Komitəsinin Hüseynbəyli kəndi üzrə *945-*947-ci illərə aid 4 saylı Təsərrüfatbaşına kitabın 3*7 saylı şəxsi hesabına əsasən ata–X*8, ana X24, qızı X*2 olduğu-*940-cı ildə Hüseynbəyli kəndində anadan olduğu qeyd olunub. İş materiallarında olan 0* aprel *958-ci il tarixli, 2 saylı evlənmə haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X37 ilə X*7 rəsmi nkah qeydiyyatından keçməklə evləniblər. İş materiallarında olan 20 aprel *973-cü il tarixli 52 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X44 08 aprel *973-cü ildə doğulmuşdur, atası X33, anası X**r. İş materiallarında olan 68 nömrəli nömrəli doğum haqqına akt qeydinin surətindən müəyyən olunur ki, X38 20 aprel *968-ci ildə doğulmuşdur, atası X33, anası X**r. İş materiallarında olan 27 dekabr *963-cü il tarixli 297 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X46 27 dekabr *963-cü ildə doğulmuşdur, atası X33, anası X**r. İş materiallarında olan 3* dekabr *975-ci il tarixli 39 nömrəli doğum haqqına akt qeydinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx *975-ci ildə doğulmuşdur, atası X33, anası X**r. İş materiallarında olan *64 nömrəli, 04 avqust *96*-ci il tarixi doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X39 20 aprel *968-ci ildə doğulmuşdur, atası X33, anası X**r. İş materiallarında olan 27 oktyabr *970-ci il tarixli, *39 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X40 *5 oktyabr *970-ci ildə doğulmuşdur, atası X33, anası X**r. İş materiallarında olan *8 sentyabr *978-ci il tarixli 99 nömrəli doğum haqqında akt qeydinin surətindən müəyyən olunur ki, X45 26 avqust *978-ci ildə doğulmuşdur, atası X33, anası X**r. İş materiallarında olan Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *070 nömrəli, ** oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Hüseybəyli kəndində yaşamış mərhum X9 aşağıdakı ailə üzvləri - X45, Ərizəçi, X44, X4* və X3*r. İş materiallarında olan Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş *07* nömrəli, ** oktyabr 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Bərdə rayonu, Hüseybəyli kəndində yaşamış mərhum X3 aşağıdakı ailə üzvləri X45, Ərizəçi, X44, X4* və X3*r. İş materiallarında olan X55 Xidmət Mərkəzində Notariat Ofisi tərəfindən verilmiş 282*/2022 saylı, *3 noyabr 2022-ci il tarixli məktubdan müəyyən olunur ki, Ərizəçi məhkəməyə müraciət etməsi bildirilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X4 X3 qızı olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6- 220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X4 X6 qızı olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar