Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-774/2025 05.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X5 iclas kаtibliyi ilə, Ərizəçi İddiaçı maraqlı şəxs Bərdə Regional “ASAN-Xidmət” X2rşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bərdə Regional “ASAN-Xidmət” X2rşı ərizə ilə məhkəməyə müaricət edərək 29 mart 2013-cü il tarixdə Brdə rayon Xəsili kəndində vəfat etmiş mərhum atası X4 1934-cü ildə Bərdə rayonu Xəsili kəndində doğulması faktının, doğum akt qeydində ata və ana qrafasında qeyd edilməklə X6 atası olması və X1 isə anası olmasının müəyyən olunmasına və bu barədə doğum haqqında şəhadətnamənin verilməsinə dair dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Ərizəçi İddiaçı məhkəməyə ərizə ünvanlayaraq ərizəsinin baxılmamış saxlanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə işdə olan sənədləri araşdırıb, iddiaçının ərizəsinə qiymət verib belə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Belə ki, MPM-in 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1— 261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. MPM-in 259.0.11-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “31” mart 2011-ci il tarixli 3 saylı qərarının 2-ci bəndinə əsasən hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi ərizəçi məhkəməyə ərizəsinin geri qaytarılmasına dair ərizə vermişdir, belə olan halda maraqlı şəxsin buna razılığının olması tələb edilmir. Buna görə məhkəmə ərizə və ona əlavə edilmiş sənədlərin ərizəçiyə geri qaytarılmalı olması qənaətinə gəlir. Şərh olunanlara əsasən və MPM-in 170, 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizəçi İddiaçı maraqlı şəxs Bərdə Regional “ASAN-Xidmət” X2rşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə” dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-774/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-774/2025
05.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver