Məhkəmə qərarları › İş №2(021)-78/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-78/2023

28.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-78/2023 28.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Əli oğluna, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə, Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 Əli oğlundan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə 2014-cü il 01 dekabr tarixli kredit müqaviləsi üzrə 13114,46 manat əsas, 9559,5 manat faiz, 1138.05 manat cərimə və kredit müqaviləsi üzrə 01 dekabr 2019-cu il tarixdən 10 mart 2021-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 828.55 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24640.56 manat borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın X3, Cavabdeh2 Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məxsus olan Bərdə şəhəri, babək küçəsində yerləşən, 3 otaqlı, 119.8 kv.m ümumi, 69 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə və 0.0584 ha torpaq sahəsinə yönəldilməsi, həmin fərdi yaşayış evinin və torpaq sahəsinin açıq hərracdan satılması və borcun Bərdə şəhəri, babək küçəsində yerləşən, 3 otaqlı, 119.8 kv.m ümumi, 69 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə və 0.0584 ha torpaq sahəsinin hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, X3, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məxsus olan Bərdə şəhəri, Babək küçəsində yerləşən, 3 otaqlı, 119.8 kv.m ümumi, 69 kv.m yaşayış, 50,8 kv.m yardımçı sahədən ibarət 25 nömrəli fərdi yaşayış evinə və 0.0584 ha torpaq sahəsinə yönəldikdə və o satıldıqdan 1 ay sonra X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5 məxsus olan Bərdə torpaq sahəsinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, X4, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 həmin fərdi yaşayış evindən çıxarılmaları, həmin əmlakın boşaldılması və banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi məhkəməyə ərizə verərək mülki işin baxılmamış saxlanaraq sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılır. Həmin Məcəllənin 260.4-cü maddəsinə görə iddianın baxılmamış saxlanılması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.5, 259, 260, 263-264, 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 Əli oğluna, Cavabdeh2, Cavabdeh3, X1 və Cavabdeh5 qarşı kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar