Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-79/2024 12.09.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, İddiaçı2, Cavabdeh qızının iştirakı ilə, İddiаçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı «torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsindən çıxarılması və dəymiş ziyanın ödənilməsi» iddia tələbinə dair mülki işə 12 sentyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü ƏY YƏ N E T D İ: İddiаçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onlara məxsus Bərdə rayon Lənbəran kəndində yerləşən 1,7 ha torpaq sahələrindən çıxarılmasına və torpaq üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, o cümlədən qanunsuz olaraq torpağını əkib becərdiyi son 3 il üçün onlara dəymiş 6732 manat məbləğində maddi ziyanın, eləcə də məhkəmədə iddia qaldırmaq üçün dövlət rüsumu 87 manat məbləğində pulun cavabdehdən alınıb onlar verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiаçılar İddiaçı2, İddiaçı1 iddia tələbini onunla əsaslandırmışdırlar ki, ünvan 1ində yerləşən 1,8502 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarımız xx.xx.2022-ci il tarixdə ********** qeydiyyat nömrəli çıxarışla DƏDRX-in 7 saylı Bərdə Ərazi İdarəsində qeydə aldırmışlar. Qeyd edir ki, sözügedən torpaq sahəsi X5 xx.xx.1999-cu il tarixli qərarı ilə onların və mərhum X1 mülkiyyətinə verilmişdir. 2002-ci ildə Rusiyaya getməyi ilə əlaqədar və cavabdehlə normal münasibətinin olması səbəbindən, həmin torpaq sahəsinin 1.7 ha hissəsini cavabdeh X9 icarəyə vermişlər. 2003-cü ildə ailə ilə Rusiya Federasiyasına getmişlər. Ötən 20 il ərzində cavabdeh sözügedən torpaq sahəsində yonca bitkisi əkib gəlir əldə etmişdir. 2020-ci ildə Azərbaycana qayıtmışlar və cavabdehdən onlara məxsus olan torpaq sahəsinin 1.7 ha hissəsindən çıxmasını tələb etdikdə, o, bununla razılaşmayaraq onların haqlı tələblərinə məhəl qoymurlar. Hətta 7 saylı Bərdə Ərazi İdarəsinin əməkdaşları tərəfindən 1,7 ha torpaq sahəsinin koordinatları yerində baxış keçirilməklə onlara tanıdılsa da, cavabdeh yenə də onları mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməklərinə maneəçilik törətmişdir. Bu səbəbdən məcbur qalıb məhkəmədə iddia qaldırmalı olmuşlar. Qeyd edirlər ki, mülkiyyətçilərdən X3 xx.xx.2021-ci ildə vəfat etmişdir. Onu da qeyd edirlər ki, “X8” MMC tərəfindən xx.xx.2022-ci il tarixdə verilən arayışdan göründüyü kimi Bərdə rayon Lənbəran kəndində əkinə yararlı 1.7 ha torpaq sahəsindən 1 il ərzində aqro-texniki qaydada qulluq edilməklə ən azı 680 bağ yonca presi əldə etmək mümkündür. 2020-ci il üçün 1 bağ yonca presinin qiyməti 4 manat, 2021-ci il üçün 4,5 manat və 2022-ci il üçün isə 5 manat olmuşdur. Bu hesabla xərclər çıxıldıqdan sonra 2020, 2021 və 2022-ci il üzrə cavabdehin qanunsuz əldə etdiyi qazancı - verilmiş rəydən görünür ki, 6732 manat təşkil edir. Beləliklə Cavabdeh onun torpağını əkib becərməklə ona ümumilikdə ən azı 6.732 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh göstərdi ki, ümumi sahədə onların torpaqları ortaya düşür. Onların torpaqları 1.85 ha sənədlə təşkil edir. Torpaq itkisi və yerdəyişməsi nəzərə alınmaqla ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iş üzrə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: AZE seriyalı 0******* nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı1 xx.xx.1959-cu il tarixdə Ağdam rayonu Kəngərli kəndində anadan olmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. AZE seriyalı ******** nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı2 xx.xx.1991-ci il tarixdə Qazaxstan Respublikasında anadan olmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. AZE seriyalı 18511397 nömrəli, şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1963-cü il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuşdur, Bərdə rayonu, Lənbəran kəndində qeydiyyatdadır. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2022-ci il tarixli, 524 nömrəli arayışdan görünür ki, Cavabdeh Bərdə rayon Lənbəran kəndində qeydiyyatda omasına baxmayaraq, halhazırda Bərdə rayonunda yaşayır. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1ində yerləşən 1.8502 ha kənd təsərrüfatı təyinatlı torpaq paylı mülkiyyət hüququ əsasında İddiaçı1, X1, İddiaçı2 adına qeydə alınmışdır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixli AZ-İİ seriyalı 181995 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X4 xx.xx.2021-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydlər kitabında xx.xx.2021-cı il tarixdə 707 nömrə ilə qeyd edilmişdir. xx.xx.2022-ci il tarixli "xxxx" MMC-i tərəfindən veilmiş, 1.70 ha torpaq sahəsinə əkilən yonca bikisinin qiymətləndirilməsinə dair mütəxəssis rəyindən görünür ki, ümumi torpaq sahəsinə əkilən yonca bitkisinin xərci çıxıldıqdan sonra cəmi dəyəri 6 732 (altı min yeddi yüz otuz iki) manat təşkil etmişdir. Azərbaycan Respublikasının Kənd Təssərüfatı Nazirliyinin Bərdə X15 Mərkzinin 04 noyabr 2024-cü il tarixli, MİHO/1.2.25-2-2022/38 aylı məktubdan görünür ki,vətəndaşa dəymiş ziyan Azərbaycan Respublikası Kənd Təssərüfat Nazirinin 2018-ci il 16 avqust tarixli 04Q nömrəli Qərarı iə təsdiq edilmiş “Azərbaycan Respublikası Kənd Təsərrufatı Nazirliyi X15 mərkəzlərinin Əsasnaməsi”ndə fiziki şəxslərin əkin sahələrinə dəymiş maddi ziyanın hesablanması ilə bağlı hər hansı vəzifə öz əksini tapmamışdır. Bu səbəbdən vətəndaşların istifadəsinə olan əkin sahəsinə dəymiş maddi ziyanın müəyyənləşdirilməsi onların səlahiyyətləri xaricindədir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən A seriyalı 811389 nömrəli torpaq sahəsinin planı və ölçüsü surətindən müəyyən olunur ki, ünvan 1 sakini İddiaçı2 Qadaşxan oğluna 1.8502 ha kənd təsərrüfatı təynatlı torpaq sahəsi verilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seiyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1ində yerləşən 2.968 ha kənd təsərrüfatı təyinatlı torpaq paylı mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən AA seriyalı 01642 nömrəli torpaq sahəsinin planı və ölçüsü surətindən müəyyən olunur ki, ünvan 1 sakini Cavabdeh 2.968 ha kənd təsərrüfatı təynatlı torpaq sahəsi verilmişdir. Bərdə Rayon Məhkəməsinin 13.12. 2022-ci il tarixli 2(021)-4007/2022 saylı qərardaddan görünür ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanuunsuz hesab edilməsinə, torpaq sahəsindən çıxarılmasına və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə torpaqşünaslıq ekspertizası təyin edilmişdir. Mülki iş üzrə icraat ekspertin rəyi alınanadək dayandırılmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-79/2024 saylı qərardaddan görünür ki, iddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsi, torpaq sahəsindən çıxarılması və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə icraat təzələnmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-46/2-561/2024 saylı mütəxəssis rəyindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021 )-4007/2022 saylı, 23 dekabr 2023-cü il tarixli mülki işi üzrə İddiaçı2, X10 Cavabdeh qarşı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə, torpaq sahəsindən çıxarılmasına və dəymiş ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Bərdə rayon Məhkəməsinin 13 dekabr 2022cü il tarixli 2(021 )-4007/2022 nömrəli qərardadı ilə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasinin keçirilməsini təmin edib mütəxəssis rəyinin verilməsi ilə əlaqədar araşdırma aparılmışdır. İddiaçının iştirakı ilə məhkəmə qərardadında mübahisələndirilən torpaq sahəsinin koordinatları naturada təyin edilərək TEKUİS məlumat bazası ilə müqayisə edilmişdir.
1. Sual: ünvan 1i ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan 1.7 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdurmu? Cavab: TEKUİS məlumat bazasına əsasən JN-251 nömrəli Dövlət aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.7 ha torpaq sahəsi cavabdeh tərəfindən istifadə edilir.
2. Sual: ünvan 1i ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan 1.7 ha torpaq sahəsi cavabdeh tərəfindən zəbt olunmuşdursa nə qədər hissəsi zəbt olunmuşdur? Cavab: TEKUİS məlumat bazasına əsasən JN-251 nömrəli Dövlət aktı ilə İddiaçı2 və ailə üzvlərinin mülkiyyətinə verilmiş 1.7 ha torpaq sahəsi bütünlüklə cavabdeh tərəfindən istifadə edilir.
3. Sual: ünvan 1i ünvanında yerləşən iddiaçıların mülkiyyətində olan 1.7 ha torpaq sahəsinin koordinatları hansılardır və əgər zəbt faktı varsa hansı koordinatlarda olan torpaq sahəsi zəbt edilmişdir? Cavab: Cavabdeh tərəfindən naturada istifadə edilən torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş planda öz əksini tapmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-79/2024 saylı qərardaddan görünür ki, İddiaçılar İddiaçı2, İddiaçı1 Cavabdeh qarşı "onlara məxsus torpaq sahəsindən cavabdehin çıxarılması və dəymiş maddi ziyanın cavabdehdən alınıb onlara verilməsi" tələbinə dair mülki iş üzrə məhkəmə-texniki -tikinti ekspertizası təyin edilmişdir. Ekspert rəyi məhkəməyə təqdim edilənədək iş üzrə icraat dayandırılmışdır. JN-251 KOD 61000048 saylı Bərdə Rayon Aqrar İslahat Komissiyasının 12 yanvar 1999-cu il tarixli 01 saylı qərarı ilə verilmiş dövlət aktının surətindən görünür ki, X4, X13 və İddiaçı2 2.5 hə kənd təsərrüfatı məhsullarının istehsalı üçün xx.xx.1999-cu il tarixdə verilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 20 iyun 2024-cü il tarixli 3-16-16/2-10/3169 nömrəli bildirişdən müəyyən edilir ki, Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyesti Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli 3- 21-3-46/2-3579/2024 saylı məktubdan görünür ki,xx.xx.2024-cü il tarixli 2(021)-79/2024 nömrəli qərardadının icrası ilə əlaqədar məktubda, tədqiqat obyektinə baxış vaxtı və tərəflərin əlaqə nömrələri qeyd edilməmişdir. Bu səbəbdən işin icrası mümkün olmamışdır. Cavabdeh məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər İddiaçı2 və İddiaçı1 tərəfindən 04 dekabr 2001-ci il tarixdə aralarında bağlanmış müqavilə əsasında ona satmış olduqları 1.85 ha pay torpaq sahəsinə alqı-satqının bağlanmış hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(021)-79/2024 saylı qərardaddan görünür ki, İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını pozan hərəkətlərin qanunsuz hesab edilməsinə, torpaq sahəsindən çıxarılmasına və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Cavabdeh iddiaçılar İddiaçı1 və İddiaçı2 qarşı “Alqı-satqının bağlanmış hesab edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər qanunvericliklə müəyyən olunmuş müddətdə verilmədiyindən Cavabdeh geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixli 18111 saylı qəbzdən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün 87 manat məbləğində dövlət rüsumu ödəmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının (bundan sonra Konstitusiyanın) 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 4cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra MM) 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşınlıqla məhrum edilməməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM): 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. 213.4-cü maddəsinə əsasən, ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Qüvvədə olan mülki qanunvericilik ümumi mülkiyyətin iştirakçısına əmlakın bölüşdürülməsi və ya ümumi mülkiyyətdən ona aid olan hissənin naturada ayrılmasını həyata keçirmək hüququ verir. Bu hüquq ümumi mülkiyyətə olan pay hüququna sərəncam vermək hüququnun həyata keçirilməsi formalarından biridir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 220.-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin məcəllənin 220.3-cü maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84-cü maddəsinin 1-ci bəndinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. İnsan Hüquqlarının və X6 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 164.1-ci maddəsinə əsasən, sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Mülki Məcəllənin 165.1-ci maddəsinə əsasən sahiblik qadağan edilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair 20 iyun 2024-cü il tarixli 3-16-16/2-10/3169 nömrəli bildirişdən müəyyən edilir ki, Məhkəmə-əmtəəşünaslıq ekspertizası tədqiqatının dəyəri 100 (yüz) manat təşkil edir. Məhkəmə qeyd edir ki, mötəbər subut olan mütəxəssis və ekspertiza rəyi mülkiyyətçinin əmlaka dair hüquqlarının həqiqətən cavabdeh tərəfindən pozulduğunu müəyyən edir, torpaq sahəsindən bütünlüklə istifadə halı aşkardır. Maddi ziyanın ödənilməsi hissəsində isə təmin edilə bilməz. Ona görə ki, iddiaçılara həmin zərərin dəydiyi müəyyən olunmur. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia çıxarılma hissəsində təmin edildiyindən ödənilmiş 100 (bir yüz) manat məbləğində ekspertiza xərci və 43,50 manat məbləğində dövlət rüsumu cavabdehə aid edilməlidir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdeh X7 alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
1. İddia qismən təmin edilsin.
2. Cavabdeh iddiaçılara məxsus Bərdə rayon Lənbəran kəndində yerləşən 1.7 ha torpaq sahəsindən çıxarılsın.
3. Ödənilmiş 87 manat dövlət rüsumunun 43,50 manat hissəsi cavabdeh X7 alınaraq iddiaçılara İddiaçı1 və İddiaçı2 qaytarılsın.
4. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat iddiaçılar Cavabdeh alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına köçürülsün.
5. İddia tələbi qalan hissədə təmin edilməsin.
6. Qətnamədən tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə elektron qaydada) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
7. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim:Ziya Abdullayev