Məhkəmə qərarları › İş №2(021)-794/2022

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-794/2022

15.03.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-794/2022 15.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə , İddiaçı Mahmudova Lətı̇ fə Mı̇ rağa qızının cavabdeh Mahmudova Aybənı̇ z Fazı̇ l qızına qarşı mənzildən çıxarılma tələbinə dair mülki işə baxaraq Müəyyən etdi: İddiaçı Mahmudova Lətı̇ fə Mı̇ rağa qızı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bərdə şəhər H.Aslanov küçəsində 0.06 ha torpaq sahəsində yerləşən xüsusi mülkiyyətində olan ümumi yerləşən ümumi sahəsi 99.20 kv.m olan 94 saylı fərdi yaşayış evindən Cavabdeh uşaqları və əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilmiş, lakin məhkəmə iclasına onlar gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki,məhkəmə tərəfindən iş materialları ilə müəyyən olundu ki, hazırki iddia tələbi İddiaçı adından, X2 tərəfindən imza olunmaqla verilmişdir. Həmin iddia ərizəsini İddiaçı özü imza etməmiş, işdə olan etibarnamədə X1 iddiaçı Mahmudova Lətı̇ fə Mı̇ rağa qızı tərəfindən verilmiş səlahiyyətlər sırasında “iddia ərizəsinin imzalanması” səlahiyyətinin verildiyi göstərilməmişdir. Azərbaycan Respublikası Mülki prosessual Məcəlləsinin (bundan sonra-MPM) 259.0.3-cü maddəsinə əsasən, ərizə imzalanmadıqda, yaxud buna səlahiyyəti olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalandıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, iddiaçı Mahmudova Lətı̇ fə Mı̇ rağa qızının cavabdeh Mahmudova Aybənı̇ z Fazı̇ l qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 267- 269-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı Mahmudova Lətı̇ fə Mı̇ rağa qızının cavabdeh Mahmudova Aybənı̇ z Fazı̇ l qızına qarşı mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar