Məhkəmə qərarları › İş №2(021)-797/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-797/2022

15.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-797/2022 15.03.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi doğum faktının müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi qızı ərizə ilə məhkəməyə müraciət edərək 15 aprel 2019-cu il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində anadan olmuş X1 doğum faktının müəyyən olunması, atası X2, anası Ərizəçi Nahid qızı olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, onlar həyat yoldaşı X2 ilə 12 aprel 2014-cü il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir, onların birgə nikah dövründə bir övladları anadan olmuşdur, lakin onların başı qarışıq olduğundan 15 aprel 2019-cu il tarixdə Bərdə rayonu, Şirvanlı kəndində anadan olmuş X3 doğum haqqında şəhadətnamə ala bilməmişlər, hal-hazırda onlar övladına doğum haqqında şəhadətnamə almaq istəyirlər, onlar doğum haqqında şəhadətnamə almaq üçün Bərdə rayon Qeydiyyat Şöbəsinə müraciət edib, orda isə onlara məhkəməyə müraciət etmək bildirilmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində X2 izahatında göstərdi ki, Ərizəçi ilə nikahlarını rəsmi olaraq qeyd etdirib evlənmişdir, birgə nikahlarından bir qızları anadan olmuşdur, lakin ona doğum haqqında şəhadətnamə almayıblar. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş X4 izahatında ki, ərzəçi Ərizəçi Nahid qızı gəlinimdir, oğlum Pərvinlə rəsmi olaraq evləniblər, bir uşaqları var, doğum haqqında şəhadətnmə almayıblar. Məhkəmə hazırlıq iclasında şahid qismində dindirilmiş Quliyeva Aybəniz Kamran qızı izahatında ki, Pərvin və Anaxanımın birgə nikahlarından bir qızları anadan olub, doğum haqqında şəhadətnamə almayıblar, indi isə doğum haqqında şəhadətnamə almaq üçün müraciət etsələrdə, məhkəməyə müraciət etmələri bildirilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AA ******* nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi Nahid qızı xx xxxxxx 1994-cü ildə doğulmuşdur. İş materiallarında olan AZE 13204461 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Quliyeva Ayubəniz kamran qızı 16 aprel 1959-cu ildə Şuşa rayonunda doğulmuş, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 15313052 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Qəhrəmanova Səyalı Hümbət qızı 08 may 1966-cı ildə ünvan 1i ünvanında qeydiyyatdadır. İş materiallarında olan AZE 15211589 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X2 15 fevral 1988-ci ildə Bərdə rayonunda doğulmuş, Bərdə rayonu, Şirvanlı kəndində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 8948** nömrəli nikah haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X2 ilə Yusifli Anaxanım Nahid qızı 12 aprel 2014-cü il tarixdə 73 nömrəli akt qeydi ilə nikahlarını rəsmiləşdirməklə evlənmişlər, nikahdan sonra arvada Qəhrəmanova soyadı verilmişdir. İş materiallarında olan Bərdə şəhər Ailə Sağlamlıq Mərkəzi tərəfindən verilmiş tibbi arayışdan müəyyən olunur ki, Ərizəçi Nahid qızının 15 aprel 2019-cu il tarixdə bir qız uşağı anadan olmuşdur, hal-hazırda yaşayır və həkim müayinəsindən keçərkən sağlam olduğu müəyyən edildi. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 24 yanvar 2022-ci il tarixli 35-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi Nahid qızı qeydiyyat şöbəsinə müraciət etmiş, ona doğum faktın müəyyən olunması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidlərin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, Ərizəçi Nahid qızının bir övladının olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmədə aşkar edilmişdir ki, ərizəçi həmin faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməmişdir. Göstərilən faktın müəyyən olunması ərizəçiyə doğum haqqında şəhadətnamənin alınması üçün lazımdır. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. Ərizəçi Bərdə rayonunda 15 aprel 2019-cu ildə bir qız övladının doğulması, atası Qəhrəmanov Pərvin Xaləddin oğlu, anası Ərizəçi Nahid qızı olması faktı müəyyən edilsin. Qətnamənin icrası Bərdə rayon Qeydiyyat şöbəsinə həvalə edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar