Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-802/2022 11.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızına qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan cavabdehin əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair ilk və cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızının cavabdeh İddiaçı qarşı “evə köçmə” tələblərinə dair qarşılıqlı iddiası üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Cavabdeh qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qızının ona məxsus Bərdə şəhər Koroğlu küçəsi ev 31 ünvanında yerləşən mənzilindən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh qızı onun oğlu X4 ilə 2007-ci ildə qeyri-rəsmi nikaha daxil oaraq ailə qurmuşdurlar. Onların ailə qurmasında xəbəri olmadığı üçün bu nikahı qəbul edə bilməmişdir. Hazırda onun oğlu xarici ölkədə, Cavabdeh isə onun evində yaşayır. Cavabdeh ona öz evində yaşamağa imkan vermir, hazırda qızının evində qalır. O, dəfələrlə cavabdehdən çıxmasını tələb etməsinə baxmayaraq buna məhəl qoymamışlar. Ona görə də bu barədə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları- 08.06.2009-cu il təvəllüdlü X9 oğlu və 04.09.2010-cu il təvəllüdlü İddiaçı Şahin oğlu ilə birlikdə Bərdə şəhər Koroğlu küçəsi ev 33 ünvanında yerləşən fərdi yaşayış evinə köçürülməsinə dair qətnamə qəbul olunmasini xahiş etmişdir. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızı qarşılıqlı iddia ərisəsini onunla əsaslandırmıışdır ki, X4 ilə 2008-ci ildə el adəti ilə toy edərək ailə qurmuşdurlar. Birgə nikahlarından iki övladları -08.06.2009-cu il təvəllüdlü X9 oğlu və 04.09.2010-cu il təvəllüdlü İddiaçı Şahin oğlu vardır. Bərdə rayon Məhkəmədinin 11.03.2011-ci il tarixli qətnaməsi ilə birgə nikahlarından anadan olmuş 08.06.2009-cu il təvəllüdlü Həsən və 04.09.2010-cu il təvəllüdlü İnqilab adlı övladlarının atalarının X4 olması faktı müəyyən olunmuş və hər uşaq üçün 40 manat aliment kəsilmişdir. Ailə qurduqları gündən bu günə qədər uşaqları ilə birlikdə mübahisəli evdə yaşayır. Evin bütün kommunal xərclərini özü ödəyir. Bir neçə aydır ki, cavabdeh ona həmin evdə yaşamağa imkan vermir. Qeyd olunanlara əsasən tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iddia ərizəsinə uyğun izahat verərək, ilk iddia tələbinin təmin olunmasını, qarşılıqlı iddia tələbinin rədd olunmasını xahiş etdi. Məhkəmənin hazırlıq iclasında cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızı bildirmişdir ki, hazırda həmin evdə yaşayır. Lakin məhkəmənin baxış iclasları barədə ona məlumat verilsə də əsaslı səbəb olmadan məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbini isə sübut təqdim etmədən xəstə olması ilə əsaslandırmış və bu barədə ərizəni məhkəməyə ünvanlandırmışdır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iddiaçının izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, ilk iddia tələbi tələbi təmin edilməli, qarşılıqli iddia tələbi isə rədd olunmalıdır. Belə ki, mülki işə əlavə olunmuş Seriya AZE 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1937-ci il tarixdə Ağdam rayon Baharlı kəndində anada olmuşdur. Bərdə şəhəri Gəncə küçəsi ev 33 ünvanında qeydiyyatdadır. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 645 saylı 25.01.2022-ci il tarixli arayışda qeyd olunur ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş Reyestr nömrəsi **********11-10301, inventar nömrəsi 23592 olan Texinki Pasportun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən ********** qeydiyyat nömrəli, 24.01.2022-ci il qeydiyyat tarixli Çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında 0.03 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 112.40 kv.m olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı (fərdi yaşayış evi tam) və X2 ( torpaq sahəsi ümumi birgə) xüsusi mülkiyyətindədir. Mülki işə əlavə olunmuş Seriya AA ******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh 08.05.1984-cü il tarixdə anada olmuşdur. Mülki işə əlavə olunmuş Bərdə rayon İcra Hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1975 saylı 08.04.2022-ci il tarixli arayışda qeyd olunur ki, Cavabdeh ünvan 2 ünvanında yaşayır. Mülki işə əlavə olunmuş AZ-İİ №239296 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 oğlu 08.06.2009-cu il tarixdə anadan olmuşdur. X1, anası Mirzəyeva Şəlalə Namət qızıdır. Mülki işə əlavə olunmuş AZ-İİ №714753 saylı Doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Şahin oğlu 04.09.2010cu il tarixdə anadan olmuşdur. X1, anası Mirzəyeva Şəlalə Namət qızıdır. Mülki işə əlavə olunmuş "xxxx" MMC tərəfindən verilmiş 06.01.2020-ci il tarixli 7 saylı Arayışda qeyyd olunur ki, Mirzəyeva Şəlalə Namət qızına 01.01.2021-ci il tarixdən 01.01.2022-ci il tarixədək "xxxx" MMC-nin Bərdə şöbəsində ***-**-** saylı telefona 40.69 manat məbləğində telefon xidməti göstərilmişdir. Mülki işə əlavə olunmuş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05.04.2022 ci il tarixli **********26 saylı sorğuya cavabda qeyd olunur ki, İddiaçı adına olan ********** qeydiyyat nömrəli, 24.01.2022-ci il qeydiyyat tarixli Çıxarışa əsasən Bərdə tib-in qeydə aldığı 1896 saylı qeydiyyta vəsiqəsi və 14\48 (ııı) saylı torpaqdan istifadə etmək ixtiyarı üçün torpaq qeydi sənədi olmuşdur. Mülki işə əlavə olunmuş mədaxil qəbzlərinindən görünür ki, ilk iddiia üzrə 102 manat, qarşılıqlı iddia üzrə 30 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlunun övladı X4 ilə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mirzəyeva Şəlalə Namət qızı qeyri-rəsmi ailə qurub həmin mübahisəli evdə yaşamışlar. Onlarin birgə nikahlarından 2 uşaqları anadan olmuşdur. Hazırda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mirzəyeva Şəlalə Namət qızı uşaqları ilə birgə həmin mübahisəli evdə yaşayır. Mübahisəli fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı xüsusi mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, hazırkı iddia tələbləri bir-biri ilə qarşılıqlı əlaqədə olan tələblərdir. Məhkəmə iddia tələbi ilə bağlı mövqeyini bildirərək aşağıdakıları qeyd etməyi zəruri bilir. İşin mübahisəsiz halı ondan ibarətdir ki, sözü gedən ev rəsmi reystrdə İddiaçı adına qeydiyyata alınmışdır. Həmçinin mübahisəsiz hal ondan ibarətdir ki, iddiaçının oğlu ilə cavabdeh qeyri-rəsmi ailə quraraq cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mirzəyeva Şəlalə Namət qızı sözügedən mənzildə yaşamışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 13-cü maddəsi yaşayış sahələrinə aşağıdakılar aid etmişdir: 13.1.1. yaşayış evi, yaşayış evinin hissəsi; 13.1.2. mənzil, mənzilin hissəsi; 13.1.3. otaq; 13.1.4. bu Məcəllənin 13.5-ci maddəsində nəzərdə tutulmuş yerləşmə vasitələrimehmanxanalar, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mehmanxana tipli obyektlər və müvəqqəti yaşayış üçün nəzərdə tutulmuş digər tikinti obyektləri. Məhkəmə hesab edir ki, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mirzəyeva Şəlalə Namət qızı iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğluna məxsus daşınmaz əmlakı zəbt edərək onun mülkiyyət hüququnu pozur. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. İnsan Hüquqlarının və X3 Haqqında Konvesiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olunmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1.-ci maddəsinə uyğun olaraq, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 154.1-ci maddəsinə əsasən Qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 16.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, fərdi yaşayış evi iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğlunun mülkiyyətində olduğundan, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mirzəyeva Şəlalə Namət qızı həmin mübahisəli evi zəbt edərək iddiaçının mənzil üzərindəki hüquqlarını pozur. Ona görə də ilk iddia tələbi təmin olunmalı, iddiaçının pozulmuş hüquqları bərpa edilməli, cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mirzəyeva Şəlalə Namət qızı onun mülkiyyətində olan yaşayış evindən əmlakları ilə birgə çıxarılmalı, qarşılıqlı iddia isə təmin olunmamlıdır. Qarşılıqlı iddianın təmin olunmamasını isə məhkəmə onunla əsaslandırır ki, Cavabdeh faktiki olaraq hazırda həmin mənzildə yaşayır. Yaşadığı mənzilə köçürülmə tələbi isə faktiki halda hələki hüququ pozulmayıb. Belə ki, evə köçürmə tələbi digər tələblərdən asılı olan tələbdir. Yəni istifadə hüququ, mülkiyyət hüququ tanındığı halda əmələ gəlir ki, hazırkı haldada belə tələb olmamışdır. Qeyd olunanlara əsasən qarşılıqlı iddia təmin oluna bilməz. Beləliklə, qeyd olunan maddi hüquq normalarının müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.2 -ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə qeyd edir ki, ilk iddia tələbi təmin olunduğundan ödənilmiş 102 manat dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mirzəyeva Şəlalə Namət qızından alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğluna ödənilməli, qaşılıqlı iddia tələbi təmin olunmadığından ödənilmiş 30 manat dövlər rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mirzəyeva Şəlalə Namət qızına aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızına qarşı “mülkiyyət hüququ ilə ona məxsus olan mənzildən əmlakları ilə birlikdə çıxarılması” tələbinə dair ilk iddia tələbi təmin edilsin. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mirzəyeva Şəlalə Namət qızının iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı mülkiyyətində olan Bərdə şəhər Koroğlu küçəsi ev 31 ünvanında yerləşən yaşayış evindən əşyaları ilə birgə çıxarılsın. Cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qızının cavabdeh İddiaçı qarşı “evə köçmə” tələbinə dair qarşılıqlı iddia tələbi təmin olunmasın. İlk iddia üzrə ödənilmiş 102 manat dövlət rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mirzəyeva Şəlalə Namət qızından alınaraq iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı oğluna ödənilsin. Qaşılıqlı iddia üzrə ödənilmiş 30 manat dövlər rüsumu cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Mirzəyeva Şəlalə Namət qızına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-802/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-802/2022
11.05.2022 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver