Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-803/2022 21.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6, İddiaçı2 və onun vəkili X4, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bərdə rayon 1 saylı notariat kontoruna, üçüncü şəxs DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə qarşı 4Ə-102 sayylı, 07 aprel 2005-ci il tarixli və 4 Ə-560 saylı 17 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və torpaqdan çıxarılma tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M ü ə y y ə n e t d i: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4Ə- 102 saylı 07 aprel 2005-ci il tarixli və 4Ə-560 saylı 17 mart 2021-ci tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və Cavabdeh3 Bərdə rayon 2-ci Nazırlı kəndində yerləşən 2,46 ha pay torpaq sahəsindən çıxarılmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il 12 nömrəli qərarına əsasən onlara - X10 (ölmüşdür), X5 (ölmüşdür), İddiaçı1, İddiaçı2 və İddiaçı3 Bərdə rayon 2-ci Nazırlı kəndində 2,46 hektar pay torpağı verilmişdir. Həmin torpaq sahəsinə JN-122 oln torpağa mülkiyyət hüququna dair dövlət aktı da almışlar. 1993-2015-ci illərdə onlar dolanışıqlarını təmin etmək üçün Rusiya Fedarasiyasında yaşamışlar. Valideynlərinin təkidi və səhhəti ilə bağlı Azərbaycana, yəni kəndlərinə qayıtmışlar. Onlar zənn ediblər ki, 2,46 ha torpaq sahələrini valideynləri hələ vəfat etməmişdən əvvəl icarəyə vermişlər. Artıq daimi olaraq kənddə yaşadıqlarından başqa bir yerdən gəlir yerləri olmadığından, maddi durumlarının ağırlaşdığından Cavabdeh2 pay torpaq sahələrini istifadələrinə qaytarmalarını tələb etsələr də Cavabdeh2 torpağı qaytarmamış, torpağı Cavabdeh1 adlı şəxsdən satın aldığını, torpağın mülkiyyətçisi olduğunu bildirmişdir. Hal-hazırda torpağı Bərdə rayonu Şatırlı kənd sakini Cavabdeh3 istifdəsinə vermişdir. Onun bu sözlərindən çaşıb qalmış, dərhal DƏDRX-nin Bərdə 7 saylı ərazi idarəsinə rəsmi ərizə ilə müraciət etmiş, məlum olmuşdur ki, torpaq 4Ə-102 saylı 07 aprel 2005-ci il tarixli alqı-atqı müqaviləsi əsasında Cavabdeh1, 4Ə-560 saylı 17 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında isə Cavabdeh2 notarial qaydada satılmışdır. Onlar 1993-2015-ci illərdə Azərbaycanda olmamışlar, hansısa notariat kontorunda olmamış, hansısa müqaviləyə imza etməmişlər. Odur ki, 4Ə-102 saylı 07 aprel 2005-ci il tarixli alqı-atqı müqaviləsinin və 4Ə-560 saylı 17 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinin, həmin müqavilə əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və Cavabdeh3 Bərdə rayon 2-ci Nazırlı kəndində yerləşən 2,46 ha pay torpaq sahəsindən çıxarılmasına dair məhkəmə aktına ehtiyacları var. Məhkəmə iclasında İddiaçı2 iddia ərizəsinə uyğun izahat verib, iddia tələbini müdafiə edərək tələbinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı2 vəkili X12 iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. İddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumatverilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iiddianı qəbul etməyərək, iddianın rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh3, Bərdə rayon 1 saylı notariat kontoruna və üçüncü şəxs DƏDRX-nin 7 saylı Ərazi İdarəsinə məhkəmə iclasının keçirilməsi vaxtı və yeri barədə rəsmi məlumatverilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə Cavabdehlər Cavabdeh3, Bərdə rayon 1 saylı notariat kontorunun, üçüncü şəxs DƏDRX-nin 7 saylı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. İş üzrə tərəflərin izahatını dinləyən, tədqiq edilmiş sübutlara hüquqi qiymət verən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Mülki işə əlavə edilmiş AZ-İ 744601 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 27 oktyabr 2016-cı ildə ölmüşdür. Mülki işə əlavə olunmuş Bərdə rayon Şatırlı inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 402 nömrəli, ** avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur ki, İddiaçı2 Bərdə rayonu Nazırlı kəndində yaşayır, ailə üzvləri-atası X13 (vəfat edib), anası X7 (vəfat edib), qardaşı İddiaçı1 Qiniyaz oğlu, İddiaçı3 Kniyaz oğludur. Mülki işə əlavə edilmiş DƏDRX-nin 7 saylı Bərdə Ərazi İdarəsi tərəfindən verilmiş 4916 nömrəli, 23 avqust 2021-ci il tarixli məktubdan müəyyən olunur ki, Bərdə rayon, 2-ci Nazırlı kənd sakinləri X14, X7, İddiaçı2 Knyaz oğlu, İddiaçı3 Knyaz oğlu və İddiaçı1 Knyaz oğlunun adlarına Bərdə rayon AİK-nın 1998-ci il 31 avqust tarixli 12 nömrəli qərarı ilə verilmiş 2.47 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün JN-122 torpağa mülkiyyət hüququna dair dövlət aktı tərtib edilmişdir. 07 aprel 2005-ci il tarixli, Bərdə rayon, 1-ci dövlət notariat kontorunun dövlət nootariusu tərəfindən verilmiş reyest 4Ə-102 saylı torpaq alqı-satqı müqaviləsinə əsasən X1. Cavabdeh1 adına 2.46 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh2 satılmışdır. Həmin torpaq sahəsi 15 aprel 2021-ci il tarixli ********** saylı qeydiyyat nömrəsi ilə daşınmaz əmlakın reyestrində Cavabdeh2 adına qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş 7 mart 2021-ci il taixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsinin surətindən müəyyən olunur ki, Cavabdeh2 Cavabdeh1 24698.65 kv.m torpaq sahəsini almışdır. Mülki işə əlavə edilmiş arayışdan müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətindəki torpaq sahəsi üzərində heç bir məhdudiyyət və yüklülük qeydiyyata alınmamışdır. Mülki işə əlavə edilmiş Seriya MH ******* nömrəli Reyestrdən Çıxarışın surətindən müəyyən olunur ki, Cavabdeh1 mülkiyyətinə Bərdə rayonu, Nazırlı kəndində 2.469865 ha kənd təsərrüfat təyinatlı torpaq qeydiyyata alınmışdır. Mülki işə əlavə edilmiş Bərdə rayonu İkinci Nazırlı bələdiyyəsi tərəfindən verilmiş 18 nömrəli, 10 avqust 2021-ci il tarixli arayışdan müəyyən olunur kii, İddiaçı2 Knyaz oğlunun ailə üzvüləri ilə birlikdə 2.47 hapay torpağını hal-hazırda Cavabdeh3 əkib becərir. Mülki işə əlavə edilmiş AZ-İ 744567 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X7 27 avqust 2016-cı ildə ölmüşdür. Mülki işə əlavə edilmiş AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı2 xx xxxxx 1980-ci ildə Bərdə rayonu, Nazırlı kəndində doğulmuşdur, Bərdə rayonu, Nazırlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı3 xx xxxx 1985-ci ildə doğulmuşdur. Mülki işə əlavə edilmiş AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı1 xx xxxx 1976-cı ildə Bərdə rayonu Nazırlı kəndində doğulmuşdur, Bərd rayonu, Nazırlı kəndində qeydiyyatdadır. Mülki işə əlavə edilmiş 4Ə-102 saylı, 2005-ci il tarixli notariat işinin təsdiq edilmiş surətindən müəyyən olunur ki, X14, X9, İddiaçı2 Knyaz oğlu, İddiaçı3 Knyaz oğlu, İddiaçı1 Knyaz oğlu mülkiyyətlərində olan 2.47 ha torpaq sahəsini Cavabdeh1 satmışlar. Mülki işə əlavə edilmiş JN 122, KOD 61022028 olan dövlət aktının surətindən müəyyən olunur ki, X10, X2, İddiaçı2 Knyaz oğluna, İddiaçı3 Knyaz oğluna və İddiaçı1 Knyaz oğluna Bərdə rayon Aqrar İslahat Komissiyasının 31 avqust 1998-ci il tarixli 12 nömrəli qərarı ilə Bərdə rayonu Nazırlı kəndində 2.47 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. Mülki işə əlavə edilmiş Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş iddiaya qarşı etirazda göstərilmişdir ki, iddiaçılar İddiaçı1 Qnyaz oğlu, İddiaçı2 Qnyaz oğlu və Hüseynov X18 Rayon Məhkəməsinə iddia ərizəsi verərək 4Ə-102 saylı 07 aprel 2005-ci il tarixli və 4Ə - 560 saylı 17 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinin və həmin müqavilələr əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və Cavabdeh3 Bərdə rayonu 2-ci Nazırlı kəndində yerləşən 2,46 ha torpaq pay sahəsindən çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçıların idda ərizəsi tamamilə əsassız olduğu üçün rədd edilməlidir. Qeyd edilən torpaq sahəsini Bərdə rayon Dövlət Notariat Kontorunda alqı-satqı müqaviləsinə əsasən əldə etmişlər. Onlar iddaçıları tanımırlar. Topraq sahəsi Cavabdeh1 veridyi etibarnamə əsasında X3 alınmışdır. Həmin torpaq sahəsinə ƏMDK yanında DƏDRX-i tərəfindən o, Cavabdeh2 adına verilmiş çıxarış vardır. Həmin torpağın keçmişdə kimin olması və kiməsə satılması barədə heç bir məlumatı yoxdur. İddia tələbinin onlara heç bir aidiyyatı yoxdur. Onlar torpaq sahəsini qanunla əldə etmişlər, bu neçə illər ərzində doğurdan onlar arasında hansısa problemlər vardırsa nə üçün bu məsələ bu vaxta qədər araşdırılmamışdır, məhz həmin torpaq sahəsi alındıqdan sonra onlar məhkəməyə müraciət etmişlər. Məhkəmə tərəfindən sorğu edilərək əsilləri təsdiq edilmiş 4Ə-102 saylı notariat işindən də görünür ki, Bərdə rayon, 2-ci Nazırlı kənd sakinləri X14, X7, İddiaçı2 Knyaz oğlu, İddiaçı3 Knyaz oğlu və İddiaçı1 Knyaz oğlunun adlarına Bərdə rayon AİK-nın 1998-ci il 31 avqust tarixli 12 nömrəli qərarı ilə verilmiş 2.47 ha torpaq sahəsini qeyd edilən şəxslər 07 aprel 2005-ci il tarixdə alqı-satqı müqaviləsinə imza etməklə Cavabdeh1 satmışlar. Verilmiş iddia tələbi ilə bağlı məhkəmə aşağıdakı maddi və prosessual hüquq normalarını qeyd etməyi zəruri hesab edir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. Аzərbаycаn Respublikаsı Mülki Prosessual Məcəlləsinin 4-cü mаddəsinə əsаsən, bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında “maddi nemətlər”-də mülkiyyət (əmlak) hüquqlarının hüdudları daxilində dəyərləndirilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. Mülki məhkəmə icraatının prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.3 və 217.4cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarında göstərmişdir ki, ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır. Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Belə ki, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər (Mülki Prosessual Məcəllənin 77.3-cü maddəsi). Lakin işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər (Mülki Prosessual Məcəllənin 78.2-ci maddəsi). Göründüyü kimi, məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Əks yanaşma məhkəmənin tərəflərin prosessual səlahiyyətlərini öz üzərinə götürərək, onlardan hər hansı birinin tərəfində dayanması, yaxud onları əvəz etməsi görüntüsü yarada bilər. Halbuki məhkəmə (hakim) bütün proses boyu obyektiv və qərəzsiz arbitr olaraq qalmalıdır. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçılar iddia ərizəsində istinad etdiyi halları sübut edə bilməmişlər. Belə ki, iddiaçıların məhkəmədə və iddia ərizəsində gətirdikləri dəlil ondan ibarətdir ki, onlar uzun müddət Rusiya Federasiyasında olmuşlar və heç bir notariat kontorunda alqı-satqı müqaviləsinə imza etməmişlər. Lakin gətirilən bu dəlillər tamamilə məhkəmə araşdırılması zamanı 2 mühüm faktla təkzib edilmişdir. Birinci fakt ondan ibarətdir ki, məhkəmə tərəfindən sorğu edilərək alınan notariat işi öyrənilmiş və müəyyən edilmişdir ki, iddiaçılar 07 aprel 2005-ci il tarixdə alqı-satqı müqaviləsini imzalamışlar. İkinci mühüm fakt ondan ibarətdir ki, məhkəmə dəfələrlə iddiaçılara onların ölkəyə giriş-çıxışını təsdiqləyən pasportlarının təqdim edilməsini və ya rəsmi arayışın təqdim edilməsini təklif etsə də, iddiaçılar sözügedən sənədləri məhkəməyə təqdim etməkdən konkret olaraq yayınaraq əvəzində “biz rəsmi müraciət etməsək də, spruşduq, bizə dedilər ki, o cür arayış Sizə verilə bilməz. Pasportu isə itirmişik.” kimi dəlillərlə öz iddialarını əsaslandırmağa çalışdılar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən verilmiş iddia əsassız olduğundan təmin edilməməli və ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin **9.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Bərdə rayon 1 saylı notariat kontoruna, üçüncü şəxs DƏDRX-nin 7 sayylı Ərazi İdarəsinə qarşı 4Ə-102 sayylı, 07 aprel 2005-ci il tarixli və 4 Ə-560 saylı 17 mart 2021-ci il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin müqavilə əsasında verilmiş sənədlərin etibarsız hesab edilməsinə və torpaqdan çıxarılma tələbinə dair iddiaları təmin edilməsin. Ödənilmiş 91 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №2(021)-803/2022
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-803/2022
21.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver