Məhkəmə qərarları › İş №2(021)-805/2024

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-805/2024

13.02.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-805/2024 13.02.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi , Maraqlı şəxs Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X1 iştirakları ilə , Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən olunması ” barədə ərizəsinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən olunması ” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Ərizəçi qanuni qərar qəbul olunmasını xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsi X2 məhkəmədən qanuni qərar qəbul olunmasını xahiş etdi. Məhkəmə hesab edir ki,hazırkı tələb inzibati icraat qaydasında baxılacaq işlərə aid olduğundan mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə qeyd edir ki, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. Həmin Məcəllənin 261.0.3-cü maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Ərizəçiyə hazırkı tələb üzrə inzibati icraat qaydasında baxılması üçün inzibati məhkəməyə müraciət etməsi izah olunmalıdır . Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla iş üzrə icraata xitam verilərsə, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən olunması ” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Məhkəmə göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 170,261-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı "hüquqi əhəmiyyətli faktın müəyyən olunması ” barədə ərizəsinə dair mülki iş üzrə icraata xitam verilsin. Ərizəçi hazırkı tələb üzrə inzibati məhkəməyə müraciət etməsi izah olunsun. Ərizəçi tərəfindən ödənilmiş 100 (bir yüz )manat vəsait geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim : Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar