Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-811/2024 29.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X4 iclas kаtibliyi, İddiaçı, Cavabdeh və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiаçı İddiaçı Cavabdeh qаrşı “mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh onun doğma qardaşıdır. Qardaşı ilə aralarında uzun müddətdir ki, münasibət yaxşı deyildir. Belə ki, Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli 80 nömrəli qərarı ilə onun xüsusi mülkiyyətində olan Bələdiyyənin torpaq fondundan şəhərin Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsini mağaza binası tikmək üçün 30 il müddətinə istifadyə verilmişdir. 2006-cı ildən həmin ərazidə mağaza tikib, oradan gəlir əldə edərək, mağazanı istifadə edir. Lakin uzun zamandır ki, Cavabdeh ona məxsus olan mağazanı zəbt edərək, mağazanın qıfılını dəyişib mağazadan istifadə edir. Onun isə həmin mağazaya yaxınlaşaraq, oradan istifadə etməsinə maneəçilik törədir. Dəfələrlə qardaşı Cavabdeh xəbardarlıq etsə də, onun sözlərinə məhəl qoymayaraq, öz istədiyini etmişdir. Buna görə də, iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə Cavabdeh məhkəməyə iddia ərizəsinə etiraz ünvanlamışdır. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağaza binası yoxdur. Bərdə rayon Bərdə Bələdiyyəsinin 19 yanvar 2024-cü il tarixli, 17 nömrəli məktubuna əsasən İddiaçı Bərdə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 80 saylı qərarı ilə ayrılmış 366 kv.m ölçüdə torpaq sahəsi xx.xx.2019-cu il tarixli AR-İ-737413 nömrəli etibarnamə əsasında Cavabdeh xx.xx.2019-cu il tarixli Bərdə Bələdiyyəsinə müraciət etdiyi imtina ərizəsinə əsasən sözü gedən Bərdə Bələdiyyəsinin mülkiyyətinə geri qaytarılmışdır və hal-hazırda Bərə Bələdiyyəsinin mülkiyyətindədir. Əlavə olaraq bildirmişdir ki, Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli, 80 nömrəli qərarı ilə İddiaçı 30 il müddətinə icarəə verilməsinə baxmayaraq, həmin torpaq sahəsi və mağaza binası Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsində qeydyyatdan keçməmişdir. Həmin torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanında qeydiyyatda alınmadığından mübahisəl torpaq sahəsi sayılır və iddiaçının mülkiyyətində hesab oluna bilməz. Həmçinin bildirir ki, mübahisəli torpaq sahəsi barədə Bərdə rayonu Bərdə Bələdiyyəsinin müvafiq qərarı verilməsinə baxmayaraq, həmin torpaq sahəsini o əldə etmiş, torpaq sahəsi üzərində mağazanı o inşa etdirmiş və mağazadan istifadə etmişdir. Sadəcə olaraq qardaşı olduğu üçün həmin dövürdə sözügedən torpaq sahəsini onun adına almışdır. Bildirir ki, göstərdiyi faktları, X5, X11, X8, X15, X12, X2, X6 da şahid kimi təsdiq edə bilərlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, bildirmişdir ki, həmin torpaq sahəsini 17000 manat Qədirə pul verib almışdır. Sonralar isə ümumilikdə 200000 manat pul xərcləmişdir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Şahid dindirilməsinə etiraz etdi. Cavabdeh iddianı qəbul etmədiyini bildirirək, göstərdi ki, sözügedən mağaza iddiaçıya aid deyildir. Həmin mağaza Bələdiyyə fondunda tikilib, mağazanı özü tikdirmiş və istifadə etmişdir. Bununla bağlı qardaşından borc pul almışdır, daha sonra isə həmin borcu qaytarmışdır. Buna görə də, iddianın təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X9 iddiaya etiraz edərək, bildirdi ki, sözügedən mağaza iddiaçının mülkiyyətində deyil, bələdiyyə mülkiyyətindədir. İddiaçı həmin mağazadan istifadə etmək üçün cavabdehə etibarnamə vermişdir. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə müfəssəl hüquqi qiymət verib belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə iclasında şahid qismidə dindirilən X5 bildirdi ki, sözügüdən mağaza əvvəllər aptek olub, 24000 min manata Elşənə satmışdır. Pulu ona Elşən vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X11 bildirdi ki, sözü gedən mağazanın tikintisini aparmışdır və bunun müqabilində pulu ona Elşən vermişdir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli. ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı məhkəmədə iddanın qaldırılması üçün 100,40 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası DİN-nin Yaşayış yeri üzrə qeydiyyat haqqında xx.xx.2023-cü il tarixli, 47802/23 nömrəli sorğuya cavab məktubundan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. AZE seriyalı, 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1960-ci ildə anadan olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsindən xx.xx.2023-cü il tarixli müraciətə baxılması məktubundan görünür ki, sənədlərdə çatışmazlıqlar olduğundan İddiaçı Bərdə Rayonu Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli, 80 saylı qərarı ilə Bərdə şəhəri, Nizami küçəsində yerləşən 366 kv.m torpaq sahəsi üzərində icarə hüququnun dövlət reyestrində qeydiyyata alınması mümkün olmamışdır. İş materiallarında olan “İcarəyə verən” Bərdə Bələdiyyəsi X1 və “İcarəçi” İddiaçı arasında bağlanmış arasında bağlanmış 29 iyun 2006-cı il tarixli Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətindən görünür ki, bələdiyyə tərəfindən icarə əsasında mağaza binası tikintisi üçün sahəsi 366 kv.m torpaq sahəsi 30 il müddətində icarəyə verilmişdir. Bərdə Rayon İcra Hakimiyyətinin Bərdə Rayon Dövlət Arxivindən verilən sorğuya cavabdan görünür ki, Dövlət arxivində 272 saylı fondda mühafizə edilən Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli 80 saylı iclas protokolundan çıxarışı vətəndağ İddiaçı göndərilmişdir. Torpaq sahəsinin icarəyə verilməsi haqqında 29 iyun 2006-ci il tarixli müqavilədən görünür ki, İddiaçıla Bərdə Rayonu Bərdə Bələdiyyəsi arasında 366 kv.m olan torpaq sahəsi İddiaçı 30 il müddətinə icarəyə verilmişdir. Bərdə Rayonu Bərdə Bələdiyyəsinin 29 iyun 2006-cı il tarixli 80 saylı iclas protokolundan çıxarışdan görünür ki, Bərdə Bələdiyyəsinin ehtiyyat torpaq fondundan Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi İddiaçı 30 il müddətinə icarəyə verilmişdir. Bərdə Rayonu Bərdə Bələdiyyəsinin 19 yanvar 2024-cü il tarixli, 07 saylı cavabdehin nümayəndəsi Rəhim Ağamalıyevə göndərdiyi məktubdan görünür ki, İddiaçı Bərdə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 80 saylı qərarı ilə ayrılmış 366 kv.m ölçüdə torpaq sahəsi xx.xx.2019-cu il tarixli AR-İ-737413 nömrəli etibarnamə əsasında Cavabdeh xx.xx.2019-cu il tarixli Bərdə Bələdiyyəsinə müraciət etdiyi imtina ərizəsinə əsasən sözügedən ərazi Bərdə Bələdiyyəsinin mülkiyyətinə geri qaytarılmışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən ərazi hal-hazırda Bərdə Bələdiyyəsinin mülkiyyətinə aiddir. 12 mart 2019-cu il tarixli, AR-İ-737413 nömrəli etibarnamədən görünür ki İddiaçı etibarnamə əsasında səlahiyyətlərini Cavabdeh ötürmüdür. Etibarnamənin etibarlılıq müddəti 30 yanvar 2021-ci il tarixədək müəyyənləşdirilmişdir. AZE seriyalı, 09830627 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X11 xx.xx.1978-ci ildə anadan olmuşdur. AZE seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 - xx.xx.1977ci ildə anadan olmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X13 - xx.xx.1982ci ildə anadan olmuşdur. AZE seriyalı, 16794389 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1982-ci ildə anadan olmuşdur. AZE seriyalı, 13197216 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X2 xx.xx.1961-ci ildə anadan olmuşdur. AZE seriyalı, 04444833 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1962-ci ildə anadan olmuşdur. AA seriyalı, ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 - xx.xx.1959-cu ildə anadan olmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiаçı İddiaçı Cavabdeh qarşı iddiа ərizəsi ilə məhkəməyə mürаciət edərək cavabdehin qeyri-qanuni hərəkətlərinə son qoyulması, Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılma və mağazadan istifadə etməyində yaranmış maneələrin aradan qaldırılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 60-cı mаddəsinə əsаsən, hər kəsin hüquq və аzаdlıqlаrının inzibаti qаydаdа və məhkəmədə müdаfiəsinə təminаt verilir. MPM-in 4-cü mаddəsinə əsаsən bütün fiziki və hüquqi şəxslər özlərinin qаnunlа qоrunаn hüquq və аzаdlıqlаrını, eləcə də mаrаqlаrını qоrumаq və təmin etmək məqsədilə qаnunlа müəyyən edilmiş qаydаdа məhkəmə müdаfiəsindən istifаdə etmək hüququnа mаlikdirlər. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. «Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli 5 nömrəli qərarının 2-ci bəndində göstərilir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr milli qanunvericilik ilə yanaşı Konvensiya müddəalarını da rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Avropa Məhkəməsi mülkiyyət hüququna daha geniş təfsir imkanları olan “dəyərlilik” konsepsiyası baxımından yanaşır. Konvensiya anlamında "Mülkiyyət" üçün mühüm və həlledici olan sözügedən marağın iqtisadi dəyəridir. Mülkiyyət özündə daşınan və daşınmaz əmlakı, maddi və qeyri-maddi əmlakı birləşdirir. Yəni, “maddi nemətlər”də (pul, əmlak və s.) mülkiyyət hüquqlarının hüdudları daxilində dəyərləndirilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarında qeyd etmişdir ki, öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. Avropa İnsan Hüquqları Məhkəməsi “Sporronqun və Lonnrotun İsveçrəyə qarşı” qərarında (A-52-1983) və bundan sonra qəbul etdiyi qərarlarında mülkiyyət hüququ ilə əlaqədar mövqeyini müəyyən edərək izah etmişdir ki, mülkiyyət hüququnun müdafiəsi zamanı işin hallarından asılı olaraq üç məsələ aydınlaşdırılmalıdır: - mülkiyyətçinin mülkiyyət hüququnun mövcud olması; - mülkiyyətçinin öz mülkiyyətindən məhrum olması; - mülkiyyətçinin mülkiyyətindən istifadəyə nəzarətdən məhrum olması. Həmin qərarlara görə mülkiyyətçinin öz mülkiyyətindən məhrum edilməsinin baş veribverməməsini müəyyən etmək üçün mülkiyyətin formal cəhətdən özgəninkiləşdirilməsi və ya mülkiyyət hüququnun başqasına keçməsi və həmin halların “de fakto” baş verməsi aydınlaşdırılmalıdır. İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə əsasən, hər bir insan təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq hüququna malikdir. Heç kim öz əmlakından özbaşnalıqla məhrum edilməməlidir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 17-ci maddəsində göstərilir ki, torpaq mülkiyyətçilərinin torpağa sahiblik, torpağı təyinatına görə istifadə etmək, icarəyə vermək, satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, vərəsəlik üzrə və irsən vermək hüquqları vardır. Torpaq mülkiyyətçilərinin hüquqları Azərbaycan Respublikasının Mülki məcəlləsi, Azərbaycan Respublikasının Torpaq məcəlləsi və digər normativ hüquqi aktlar ilə tənzimlənir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: 49-cu maddəsinin 1-ci bəndinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ-torpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. 55-cı maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır. 66-cı maddəsinin 1-ci bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. 82-ci maddəyə əsasən, torpаq mülkiyyətçiləri, istifаdəçiləri və icаrəçiləri bаşqа torpаq mülkiyyətçilərinin, istifаdəçilərinin və icаrəçilərinin hüquqlаrını pozmаmаlıdırlаr. 84-cü maddəsinin 1-ci bəndinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 111-ci mаddəsinə əsаsən, Azərbаycаn Respublikаsındа torpаqlаrın özbаşınа tutulmаsı (zəbt edilməsi) qаnunlа qаdаğаn olunur. Özbаşınа tutulmuş (zəbt edilmiş) torpаq sаhələri qаnunsuz istifаdə zаmаnı çəkilən xərclərin əvəzi ödənilmədən аidiyyаti üzrə geri qаytаrılmаlıdır.Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və q urğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfind ən və ya onların hesabına həyata keçirilir. "Torpaq qanunvericiliyinin məhkəmələr tərəfindən tətbiqi təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 fevral 2003-cü il tarixli qərarında göstərilmişdir ki, torpaq üzərində hüquqları pozulan və yaxud mübahisələndirilən şəxslər (fiziki və hüquqi şəxslər, sahibkarlar) öz mülahizələrinə əsasən müvafiq icra hakimiyyəti orqanlarına, bələdiyyələrə və yaxud həmin orqanlara müraciət etmədən birbaşa məhkəmələrə müraciət edə bilərlər. Torpaq sahəsi ilə əlaqədar mübahisələrə baxıldıqda hər şeydən əvvəl torpaq sahəsinin hüquqi statusu müəyyən edilməli, buna müvafiq olaraq müdafiə tədbirləri seçilməlidir. Qeyd edilsin ki, torpaq sahəsinin hüquqi statusu onun məqsədli təyinatını (kənd təsərrüfatı təyinatlı, su fondu, ehtiyat fondu və s.), torpaq sahəsi üzərində hüququn forması (mülkiyyət, istifadə, icarə), habelə torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklənməni (məhdudiyyətləri) nəzərdə tutur. Fiziki və hüquqi şəxslər torpaq sahələrini mülkiyyət, istifadə və icarə hüququna əsasən əldə edə bilərlər. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququ digər əmlaklar üzərində olduğu kimi, onların mütləq və müstəsna xarakter daşıyan sahiblik, istifadə və sərəncam səlahiyyətlərini nəzərdə tutur. Torpaq sahəsi üzərində hüquqlar həmin hüquqları təsbit edən müvafiq sənədlərlə (torpağa mülkiyyət hüququna dair dövlət aktı, torpaqdan daimi istifadə hüququna dair dövlət aktı, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə, torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə) rəsmiləşdirilir. Bu sənədlər olmadan torpağa yiyələnmək torpağı özbaşına tutma kimi qiymətləndirilir. Dövlət Aktı və şəhadətnamə ilə əldə edilmiş hüquqlar müvafiq icra hakimiyyəti orqanında daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdikdən sonra yaranmış hesab edilir. MPM-in 97.1-ci maddəsinə əsasən, işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Həmin Məcəllənin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Məhkəmə hesab edir ki, İddiaçı iddia tələbini faktiki subutlarla subut etmişdir. Belə ki, sahənin ilk başdan iddiaçıya ayrılması və orada mağazanın tikintisi, habelə mağazanın iddiaçının sahiblik və istifadəsində olması, həmin mağazanın cavabdehin qanunsuz istifadəsində olması iş materialları ilə öz təsdiqini tapır. Bu səbəbdən məhkəmə bu qənaətə gəlir ki, iddiaçı hazırki iddianı irəli sürməkdə haqlıdır və iddia tələbi təmin edilməlidir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş şahidlərin ifadəsinə tənqidi yanaşaraq qeyd edir ki, onlar iş üçün əhəmiyyət kəsb edən doğru və dəqiq məlumat və informasiya verə bilməmiş, belə ki, onların ifadələrində qeyd edilmiş mağazanın mübahisə edilən həmin və ya başqa mağaza olması, pulun miqdarı və nə vaxt cavabdeh tərəfindən onlara verilməsini ayırd etmək və dəqiqləşdirmək məhkəmə tərəfindən mümkün olmamışdır. Buna görə məhkəmə həmin ifadələri mötəbər sübut hesab etmir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyinəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil. Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). Qanunvericiliyin tələblərinə görə, işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin ziddinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktlar tədqiq edilməli, həmçinin mübahisənin düzgün həllinə təsir edən digər hallar da araşdırılmalıdır. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Аzərbаycаn Respublikаsının Kоnstitusiyаsının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. MPM-in 217.4-cü maddəsinə əsаsən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır». MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir; işə qiyabi baxıldığı halda qətnamənin nəticə hissəsində cavabdehin qətnamənin ləğvi üçün ərizə vermə qaydası da əks olunmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh qeyri-qanuni hərəkətlərinə son qoyulmalı, Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılmalı və iddiaçının mağazadan istifadə etməyində yaranmış maneələr aradan qaldırılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 216-220, 227, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh qeyri-qanuni hərəkətlərinə son qoyulmaqla həmin şəxs Bərdə şəhər Nizami küçəsində yolun şərqində, dəri-zöhrəvi xəstəxanasına dönən yolun cənubunda 27 x 13.55 m, cəmi 366 kv.m olan torpaq sahəsi üzrə inşa edilmiş mağazadan çıxarılsın və iddiaçının mağazadan istifadə etməyində yaranmış maneələr aradan qaldırılsın. Ödənilmiş 100 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçıya verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-811/2024
Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-811/2024
29.04.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver