Məhkəmə qərarları › İş №2(021)-822/2022

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-822/2022

25.05.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-822/2022 25.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi hüquqi əhəmiyytli faktın müəyyən edilməsi tələbinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X9 onun xalası olması faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx xxxxxx 1950-ci il təvəllüdlüdür, Bərdə rayonu Tağılar kənd sakinidir. X4 01 iyul 1930-cu il təvəllüdlüdür və 02 aprel 2000-ci ildə vəfat etmişdir. X8 XX.XX.1929-cu ildə anadan olmuş və 18 aprel 2020-ci ildə vəfat etmişdir. X6 ailə qurmamış və vəfat edənədək onun yanında yaşamışdır. Yas mərasiminin xərcini o, çəkib. X2 və X8nın doğum haqqında şəhadətnamələri olmadığından ona bir çox problemlər yaradır. Belə ki, X2dan miras qalmış əmlakları qəbul edərək idarə edir. Lakin xalası Zeynəbin doğum haqqında şəhadətnaməsi olmadığından ona miras qalmış Bərdə rayonu Tağılar kəndində yerləşən pay torpqaq sahəsini qəbul edərək idarə etməsinə baxmayaraq vərəsəlik qaydasında adına qeydə aldıra bilmir. Dövlət Notariat kontorunun Bərdə rayon natariosuna müraciət edərək vərəsəlik qaydasında qəbul etmək isətyib. Lakin X2 və X8nın doğum haqqında şəhadətnamələri olmadığından onun xalası olmasının müəyyən edilməsinin mümkün olmadığını və vərəsəliyinin açılmasının mümkün olmadığını bildiriblər. X2 və X8nın doğum akt qeydindən çıxarış almaq üçün Maraqlı şəxsnə müraciət edib, lakin Qeydiyyat Şöbəsi xalası Zeynəbin və anası Qonçanın doğum haqqında akt qeydini bərpa etmək səlahiyyətlərinin xaricində olduğunu bildiriblər. Xalası Zeynəbin və anası Qonçanın doğum haqqında şəhadətnamələri və doğum qeydinin itmə səbəbləri isə ona məlum deyildir. Hazırda X1 və X8nın doğum şəhadətnaməsi yoxdur və onu əldə etmək mümkün deyildir. Odur ki, X2 onun xalası olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinə ehtiyacı var. X2 onun xalası olması bütün sənədlərdə öz əksini tapır. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə etdi və ərizədə göstərdiklərinə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilmiş, lakin maraqlı şəxsin nümayəndəsi heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə maraqlı şəxs Bərdə rayon qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün saymışdır. Məhkəmə hazırlıq iclasında şahid qismində izahat verən Babaşov Anar Elbrus oğlu bildirmişdir ki, ərizəçi Ərizəçi ilə qonşudurlar. X15 Ərizəçi xalasıdır, o, ailə qurmamışdı, vəfat edənə qədər də Ərizəçi yanında yaşayıb, vəfat edəndə onun yas mərasimini Ərizəçi vermişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyibb, mülki işin materiallarını nəzərdən keçirib, belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarında olan AZE 04254023 nörməli şəxsiyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxx 1950-ci ildə Bərdə rayonu, Mehdixanlı kəndində anadan olmuşdur, Bərdə rayonu, Tağılar kəndində qeydiyyatdadır. İş materiallarında olan AZE 13199585 nörməli şəxsiyət vəsiqsəinin surətindən müəyyən olunur ki, Babaşov Anar Elbrus oğlu ** mart 1978-ci ildə Bərdə rayonu, Tağılar kəndində anadan olmuşdur, Bərdə rayonu, Nağılar kəndində qeydiyyatdadır. İş materiallarında olan Bərdə rayonu, Mehdixanlı İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 37 nömrəli, 17 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X22 və X16 vəfat edənə kimi Bərdə rayonu, Tağılar kəndində yaşamış, vəfatından sonra təsərrüfatda onlarla birgə yaşamış ailə üzvüləri Ərizəçi, X30, X41, X40, X31, X28 qalmışdır. İş materiallarında olan “X25”ndan çıxarışdan müəyyən olunur ki, X23 XX.XX.1929-cu ildə doğulmuş, 18 aprel 2020-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 02353 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X17 18 aprel 2020-ci ildə ölmüşdür. İş materiallarında olan AZ-İİ 248126 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X15 02 aprel 2000-ci ildə ölmüşdür. İş materiallarında olan dövlət reyestrindən çıxarışın surətindən müəyyən olunur ki, Ərizəçi, X32, X24, X18, X26, X27, Nağıyeva Zeynəb Hüseynqulu qızının və X10 birgə mülkiyyətinə Bərdə rayonu, Tağılar kəndində 3.605 ha kənd təsərrüfat təyinatlı torpaq sahəsi verilmişdir. İş materillarında olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən müəayyən olunur ki, X44 xx xxxxxx 1950-ci ildə doğulmuşdur, atası X49, anası X13r. İş materiallarında olan Bərdə rayonu, Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 66 nömrəli, 22 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X14 vəfat edənə kimi Bərdə rayonu, Tağılar kəndində yaşamış, vəfatından sonra onun yaşadığı təsərrüfat bacısı X** olmuşdur və həmin təsərrüfatda hal hazırda onun bacısı oğlu Ərizəçi oğlu yaşayır, onun heç bir övladı olmamışdır. İş materiallarında olan Mehdixanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 65 nömrəli, 27 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, Ərizəçi Bərdə rayonu, Tağılar kəndində yaşayır. İş materiallarında olan **4-05/69 nömrəli 26 yanvar 2022-ci il tarixli arayışdan müəyyən olunur ki, X9 X25 üzrə yoxlama zamanı nikah akt qeydi aşkar edilməmişdir. İş materiallarında olan Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 28 yanvar 2022-ci il tarixli 41-05/15 nömrəli məktubundan müəyyən olunur ki, Ərizəçi oğluna məhkəməyə müraciət etmək məsləhət görülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göstərilən maddələrin tələblərinə əsasən və araşdırılmış sübutların məcmusuna qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçinin, şahidin məhkəmə iclasında verdikləri izahatları və iş materiallarında olan digər sənədlərlə təsdiq olunduğundan ərizə təmin edilməli, X9 ərizəçinin xalası olması faktı təsdiq edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. X9 Ərizəçi oğlunun xalası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar