Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-831/2023 16.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, X* iclas katibliyi , Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı “mirasın qəbul olunması faktının müəyyyən edilməsi” barədə ərizəsinə dair mülki işə Bərdə Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı “mirasın qəbul olunması faktının müəyyyən edilməsi ” barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi məhkəmə iclasında ərizə təqdim edərək, ərizəsinin baxılmamış saxlanılmasını və sənədlərinin qaytarılmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qanunda nəzərdə tutulmuş qaydada məhkəmə bildirişləri vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materialları və ərizəni nəzərdən keçirib, hesab edir ki, ərizə qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin *70.*-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllənin 254, 255, 26*.0.*, 26*.0.3 və 26*.0.6—26*.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Məhkəmə qeyd edir ki, hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.**-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin *70-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur”. MPM-in *70.2-ci maddəsinə əsasən işin məhkəmə baxışına hazırlanmasının dayandırılması və ya xitam verilməsi zamanı hakim qərardad çıxarır. MPM-in *70.3-cü maddəsinə əsasən bu Məcəllənin *70.*-ci və *70.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Məhkəmə hesab edir ki, Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı “mirasın qəbul olunması faktının müəyyyən edilməsi ” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin *70-ci,267-269-cu maddəsi rəhbər tutaraq, məhkəmə Qərara aldı: Ərizəçi maraqlı şəxs Bərdə regional ASAN Xidmət mərkəzində dövlət notariat ofisinə qarşı “mirasın qəbul olunması faktının müəyyyən edilməsi ” barədə ərizəsi və ona əlavə olunmuş sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu *00 (bir yüz ) manat geri qaytarılsın. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra *0 (on) gün müddətində Bərdə rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №2(021)-831/2023
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-831/2023
16.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver