Məhkəmə qərarları › İş №2(021)-833/2023

Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-833/2023

28.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-833/2023 28.02.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əhmədov Elsun Məzahir oğlunun sədrliyi, Məhkəmə iclas katibi Bayramov Orxan Elşən oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs1 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3 qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi məhkəməyə ünvanladığı iddia ərizəsində miras qalmış Lənbəran kəndində yerləşən 0.33 ha həyətyanı torpaq sahəsi və Bərdə rayon, Lənbəran kəndində yerləşənn 2.00 ha pay torpaq sahəsi mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsini müdafiə edərək ərizəsində göstərilənlərə uyğun izahat vermiş və ərizəsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs2, Maraqlı şəxs1 ərizəyə etiraz edərək, ərizənin əsassız olduğundan onun təmin edilməməsini xahiş etdi. Maraqlı şəxs3 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin və maraqlı tərəflərin izahatını dinləyib, mülki işin materialları üzrə sübutları araşdırıb hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Mülki iş məhkəmə iclasında araşdırılarkən müəyyən olunmuşdur ki, maraqlı şəxslər ərizəçinin tələb etdiyi hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi barədə ərizəyə baxılarkən həmin hüquq haqqında mübahisə yaratmış, qeyd edilən səbəbdən ərizə baxılmamış saxlanılmalı və ərizəçiyə maraqlı şəxsə qarşı ümumi qaydada iddia qaldırmaq hüququ izah olunmalıdır. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 31 mart 2011-ci il tarixli 3 saylı qərarın 11-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 306.4-cü maddəsinə müvafiq olaraq xüsusi icraat qaydasında işlərə baxılarkən məhkəməyə aid hüquq haqqında mübahisənin olduğu müəyyən edilərsə, məhkəmə ərizənin baxılmamış saxlanılması barədə qərardad çıxarır və maraqlı şəxslərə onların ümumi qaydada əsaslarla iddia vermək hüququnu izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.10-cu maddəsinin tələbinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə olması müəyyən edilərsə məhkəmə ərizəni baxılmamış saxlayır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259,260-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs1, Maraqlı şəxs3 qarşı mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan tərəflər onu aldıqdan sonra 10 gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verə bilər. Hakim Elsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar