Məhkəmə qərarları › İş №2(021)-836/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-836/2023

30.03.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-836/2023 30.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babık Vaqif oğlunun katibliyi, İddiaçı və vəkili X5 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehi övladları və əmlakıları ilə birlikdə ona məxsus fərdi yaşayış evindən çıxaılması, qeyri-qanuni hərəkətlərinə son qoyulmaqla hasara tərəf axan suyun dayandırılması və yararsız hala salınmış hasarın bərpa olunması” tələbinə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü ƏY YƏ N E TD İ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, onun ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh övladları və əmlakları ilə birlikdə çıxarılmasına və cavabdehin qeyri-qanuni hərəkətlərini son qoyulmaqla hasara tərəf axan suyun dayandırılması və yararsız hala salınmış hasarın cavabdeh tərəfindən bərpa olunması tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, X4 ilə 2012-ci il tarixdə rəsmi olaraq ailə qurub evlənmişdir. Birgə nikah dövründən övladları anadan olmamışdır. Hazırki iş üzrə cavabdeh kimi qeyd etdiyi Cavabdeh həyat yoldaşı X2 birinci ailəsindən olmuş övladıdır. Hazırda Cavabdeh ailə üzvlərimlə birlikdə ona məxsus olan fərdi yaşayış evində yaşayırlar. ünvan 1 ünvanında yerləşən 0.30 ha həyatyanı torpaq sahəsi üzrə inşa edilmiş ümumi sahəsi 105.1 kv/m, yaşayış sahəsi 52.7 kv/m, yardımçı sahəsi 52.4 kv/m olan 2 otaqlı fərdi yaşayış evini tam mülkiyyət üzrə X4 26 noyabr 2015-ci il tarixdə ona Daşınmaz Əmlakın Bağışlanma Müqaviləsi əsasında fərdi yaşayış evini bağışlamışdır. Bağışlanmış əmlaka görə o xx.xx.2015-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış Seriya RX No ******* saylı Çıxarışda almışdır. Buradan da görünür ki, fərdi yaşayış evinin çox hissəsi onun mülkiyyətindədir. X4 06 iyul 2022-ci il tarixdə vəfat etmişdir. Hal-hazırda Cavabdeh onun evini zəbt etməklə onun evinin barısında çadırlı klonka ilə ara kəsmə edərək orada ailə üzvləri ilə çimir və oraya tökülən sular onun hasarını məhv etməyə başlayır. Cavabdeh etmiş olduğu səhlənkar hərəkətlərə görə hasarı yararsız hala düşür. Buna görə də Cavabdeh onun mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən ailə üzvləri ilə birlikdə çıxarılması, hasara tərəf axan suyun dayandırılmasını və hasarının cavabdeh tərəfindən bərpa olunmasını istəyir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(021) 836\2023 saylı qərardadı ilə İddiaçı ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan fərdi yaşayış evindən Cavabdeh övladları ilə birlikdə çıxarılması hissəsində iddia tələbinə Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olması əsası ilə xitam verilmişdir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında İddiaçı vəkili X11 iddia ərizəsində göstərilənlərə uyğun izahat verib iddianın təmin olunmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, o, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş və işin baxılmasının başqa vaxta keçirilməsi barədə vəsatət verməmişdir. Lakin əvvəlki məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək bildirmişdir ki, iddiaçı haqsız iddialarla onu məhkəməyə verir, əvvəllərdə aralarında məhkəmə çəkişməəri olmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Seriya AZE № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1961-ci il tarixdə Ağdam rayon Salahlı kəndində anadan olmuşdur. ünvan 2ində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Güloğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 1146 saylı 21.112022.-ci il tarixli Arayışdan görünür ki, İddiaçı ünvan 2ində yaşayır. İş materiallarına əlavə edilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarışın surətindən görünür ki, Bərdə rayonun Gǝrǝnə kəndində, 0.2683 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, ümumi sahəsi 105.1 kv.m, yaşayış sahəsi 52.7 kv.m, yardımçı sahəsi 52.4 kv.m, 2 otaqlı fərdi yaşayış evi X3 mülkiyyətindədir və yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 9/24 hissəsinə X6, 5/24 hissəsinə X7, 5/24 hissəsinə X8 və 5/24 hissəsinə Cəfərova Bilurǝ Hidayət qızının payları müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin surətindən görünür ki, X1 rayonun Gərənə kəndində, 0.2683 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 105.1 kv.m, yaşayış sahəsi 52.7 kv.m, yardımçı sahəsi 52.4 kv.m olan 2 otaqlı fərdi yaşayış evini hədiyyə alan İddiaçı mülkiyyətinə vermişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş qeydiyyat nömrəsi **********, qeydiyyat tarixi xx.xx.2015-ci il, reyestr nömrəsi **********10-10301 olan Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya RX № ******* saylı çıxarışın surətindən görünür ki, Bərdə rayonun Gərənə kəndində, 0.2683 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 83.6 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 9/24 hissəsinə İddiaçı, 5/24 hissəsinə X7, 5/24 hissəsinə X8 və 5/24 hissəsinə Cəfərova Bilurǝ Hidayət qızının payları müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Bərdə rayon Məhkəməsinin 2(021)3341\2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı və X3 onlara məxsus, Bərdə rayonu Gǝrǝnə kəndində yerləşən 0.2683 ha torpaq sahəsi, ümumi sahəsi 105.1 kv. m, yaşayış sahəsi 52.7 kv.m. yardımçı sahəsi 55.4 kv.m. 2 otaqlı fərdi yaşayış evindən cavabdehler Cavabdeh, H.Cavabdeh və Ə.T.Cəfərovanın çıxarılması barədə tələbi əsassız olduğundan rədd edilmişdir. İş materiallarına əlavə olunmuş Gəncə Apellyasiya Məhkəməsinin 2(104)642\2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinin surətindən görünür ki, Bərdə rayon Məhkəməsinin 2(021)3341\2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək qətnamə dəyişdirilmədən saxlanılmışdır. İş materialına əlavə olunmuş yerli baxış protokolundan görünür ki, Bərdə rayonu, Gǝrǝnə kəndində yerləşən mübahisə predmeti olan fərdi yaşayış evi arakəsmə ilə bölünmüş, iddiaçı və cavabdehin ayrı həyətyanı torpaq sahələri olmaqla həmin fərdi yaşayış evinə giriş-çıxış qapıları ayrı-ayrı yerlərdən ibarətdir. (hərəsinin öz həyətyanı torpaq sahəsindən).Yəni iddiaçının iddia etdiyi kimi, cavabdh ona məxsus mənzildə nə yaşayır, nədə ki, əmlakları yerləşir. Həmçinin müəyyən edildi ki, tərəflərin torpaq sahələrinin sərhəd arakəsməsi olan hörgüdə müxtəlif yerlərdə şaquli istiqamətdə çatlar mövcuddur. Həmin çatların yaranması səbəbini iddiaçı cavabdeh tərəfindən hasara tərəf suyun axıdılması ilə əsaslandırmış və bildirmişdir ki, cavabdeh həyətində hamam kimi istifadə etdiyi tikilidən suyu axıdır. Məhkəmə tərəfindən cavabdehin həyətində olan iddiaçının iddia etdiyi hamam tipli tikiliyə baxış keçirmiş, müəyyən etmişdir ki, həmin tikili hama tipli deyil, həyətdə artıq əşyaların yerləşdiyi yerdir, həmşinin quş damı kimi istifadə olunur. Oradan hər hansı bir suyun axıdılmasını müəyyən etmədi. İş materiallarına əlavə olunmuş Mədaxil qəbzindən görünür ki, iddiaçı 100 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə tərəfindən müəyyən olundu ki, Bərdə rayonun Gərənə kəndində, 0.2683 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 83.6 kv.m olan fərdi yaşayış evi İddiaçı mülkiyyətindədir və yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 9/24 hissəsinə İddiaçı, 5/24 hissəsinə X7, 5/24 hissəsinə X8 və 5/24 hissəsinə Cəfərova Bilurǝ Hidayət qızının payları müəyyən edilmişdir. Tərəflər arasında əvvəllər evdən çıxarılma tələbi ilə bağlı iddia olmuş, məhkəmə qətnamələri ilə iddia rədd olunmuşdur. Məhkəmə iddia tələbinin cavabdehi əmlakıları ilə birlikdə ona məxsus fərdi yaşayış evindən çıxaılması hissəsi ilə bağlı qeyd edir ki, yerli baxış zamanı müəyyən olundu ki, cavabdehin iddiaçıya məxsus evdə hər hansı bir əmlakı yoxdur . Odur ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Məhkəmə iddia tələbinin qeyri-qanuni hərəkətlərinə son qoyulmaqla hasara tərəf axan suyun dayandırılması və yararsız hala salınmış hasarın bərpa olunması hissəsi ilə bağlı qeyd edir ki, cavabdehin həyətində olan iddiaçının iddia etdiyi hamam tipli tikiliyə baxış keçirmiş, müəyyən etmişdir ki, həmin tikili hama tipli deyil, həyətdə artıq əşyaların yerləşdiyi yerdir, həmşinin quş damı kimi istifadə olunur. Oradan hər hansı bir suyun axıdılmasını müəyyən edilməmişdir. Odur ki, iddia tələbi də həmin hissədə təmin oluna bilməz. Məhkəmə öz qətnaməsini əsaslandırarkən aşağıdakı maddi hüquq normalarına istinad etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 170.1-ci maddəsinə əsasən, ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Həmin Məcəllənin 170.2-ci maddəsinə əsasən, qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.4-cü maddəsinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının MPM-nin 76.1.-ci maddəsinə əəsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu məcəllədə və ya başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübut hesab olunur. Azərbaycan Respublikasının MPM-nin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə bağlı məhkəmə hesab edir ki, iddia tələbləri təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən ödənilmiş 100 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 213-214, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehi əmlakıları ilə birlikdə ona məxsus fərdi yaşayış evindən çıxaılması, qeyri-qanuni hərəkətlərinə son qoyulmaqla hasara tərəf axan suyun dayandırılması və yararsız hala salınmış hasarın bərpa olunması” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar