Məhkəmə qərarları › İş №2(021)-837/2023

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-837/2023

08.05.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-837/2023 08.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qızı X6 08 mart *997-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olması, atasının X**, anasının Ərizəçi olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X** ilə *993-cü il tarixdə rəsmi olaraq ailə qurub evlənmişlər. Birgə nikah dövründən 3(üç) övladları var. Digər övladlarının hər birinə doğum haqqında şəhadətnamə alınmış, Lakin maddi imkanlarının aşağı olması ilə əlaqədar 08 mart *997-ci il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuş X*2 adlı övladlarına doğum haqqında şəhadətnamə ala bilməmişlər. Hal-hazırda bir çox sənədlərin hazırlanmasında Aytəkin Hüseynovanın şəxsiyyət vəsiqəsini tələb edirlər. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün də şəxsiyyət vəsiqəsi ala bilmir. Hal-hazırda onlar 08 mart *997-ci il tarixdə Bərdə rayon Ləmbəran kəndində anadan olmuş X8 doğum haqqında şəhadətnamə almaq istəyirlər. Bu barədə Bərdə rayon Qeydiyat Şöbəsinə müraciət etdikdə məhkəməyə müraciət etmələri məsləhət görülmüşdür. Göstərilənləri nəzərə alaraq ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəsinə uyğun izahat verərək ərizəsinin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsi məhkəmə iclasına nümayəndəsi gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib, şahid ifadəsini nəzərə alıb belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş Xİ-ТИ №654969 nömrəli Sovet Sosial Respublikalar İttifaqının vətəndaşının Pasportunun suətindən görünür ki, X9 27.07.*962-ci il tarixdə Gürcüstan SSR, Dmanisi rayonu, İrqançay kəndində anadan olmuşdur. İş materiallarına əlavə edilmiş NK №*8669* nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi 27.07.*962-ci il tarixdə Gürcüstan, Dmanisi rayonu İrqançay kəndində anadan olmuşdur. Ata adı Paşa Abdullayev, ana adı Məhbubə Abdullayeva kimi qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Ərizəçi Bərdə rayon Lənbəran kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Lənbəran kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Arayışda qeyd olunmuşdur ki, X2 rayon Lənbəran kəndində anadan olmuşdur. X3, anası X4r. İş materiallarına əlavə edilmiş Seriya AZE №*7974376 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X** 09.**.*966-cı il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AZ-İİ №9****8 nömrəli Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*3 02.09.*992-ci il tarixdə anadan olmuşdur. Ata qrafasında ata adı X**, ana qrafasında ana adı X* qeyd olunmuşdur. İş materiallarına əlavə edilmiş Seriya AZE №*6986264 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X*3 02.03.*992-cı il tarixdə Bərdə rayon Lənbəran kəndində anadan olmuşdur. Bərdə rayon Lənbəran kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin 2(02*)837/2023 saylı *8.0*.2023-cü il tarixli qərardadına əsasən Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat Şöbəsinə qarşı "hüquqi əhəmiyyəti olan faktların müəyyən olunması " barədə ərizəsinə dair mülki iş üzrə DNT- genetik testi əsasında məhkəmə-tibbi genetik ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarxli məktubunda qeyd olunmuşdur ki, müəyyən edilmiş 30 (otuz) gün ərzində iddiaçı Ərizəçi, X*4 və X*5 bioloji nümunələrin götürülməsi və ekspertizanın keçirilməsi üçün idarənin inzibati binasına gəlməmişdir. Bu səbəbdən təyin edilmiş məhkəmə tibbi-genetik ekspertizasının keçirilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş 3**-05/*5 saylı, xx.xx.2022-ci il tarixli Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş məktubdan görünür ki, Ərizəçi doğum haqqında akt qeydinin qeydə alınması barədə həmin orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmiş, məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. İş üzrə şahid qismində ifadə verən X22 bildirdi ki, ərizəçi ilə qonşudur, Aytəkin ərizəçininn qızıdır. İş üzrə şahid qismində ifadə verən X*6 bildirdi ki, ərizəçi ilə qonşudur, Aytəkin ərizəçinin qızıdır. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, ərizəçi tərəfindən *00 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə tərəfindən tədqiq olunmuş sübutlarla müəyyən olundu ki, işdə olan sənədlərdən X6 08 mart *997-ci il tarixdə doğulması, atasının X**, anasının Ərizəçi olması öz təsdiqini tapmamışdır. Həmin faktların müəyyən olunması üçün məhkəmənin 2(02*)837/2023 saylı *8.0*.2023-cü il tarixli qərardadına əsasən mülki iş üzrə DNTgenetik testi əsasında məhkəmə-tibbi genetik ekspertizası təyin edilmiş, lakin iddiaçı Ərizəçi, X*4 və X*5 bioloji nümunələrin götürülməsi və ekspertizanın keçirilməsi üçün idarənin inzibati binasına getməmişdirlər. Bu səbəbdən təyin edilmiş məhkəmə tibbigenetik ekspertizasının keçirilməsi mümkün olmamışdır. Məhkəmə bununla yanaşı sorğu verərək Bǝrdǝ rayon Lənbəran kənd təsərrüfatbaşına kitabının surətini sübut kimi əldə etsə də, həmin təsərrüfatbaşına kitabda X7 arvadı kimi Ərizəçi deyil X5 qeyd olunmuşdur. Həmçinin məhkəmə iclas zalında ərizəçiyə X6 yaşının təyin edilməsi üçün rəy alınması zəruriliyindən Pataloji Anatomiya birliyinə göndərilməsi bildirilsə də qəti surətdə getməkdən imtina etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki ərizə təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.*-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Bu Məcəllənin 307.2.5-ci maddəsinə əsasən məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 3**-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin *3.4-cü maddəsinə əsasən, brəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in **9-cu maddəsinə əsasən iş üzrə ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.*, 9.3, *4.2, 88, 2*7.*, 2*8.*, 2*8.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 2*7.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 2*7.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 307, 308-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizəçi maraqlı şəxs Bərdə rayon Qeydiyyat şöbəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” barədə ərizəsi təmin edilməsin. İş üzrə ödənilmiş *00 (bir yüz) manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar