Məhkəmə qərarları › İş №2(021)-838/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-838/2025

03.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-838/2025 03.04.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Babək Vaqif oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Kontoru, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 cəlb edilməklə “mirasın qəbul edilməsi müddətin ötürülməmiş hesab edilməs və əmlakı qəbul etmə faktı” tələbinə dair iddia üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü ƏY YƏ N E TD İ: İddia tələbi: Ərizəçi maraqlı şəxslər Bərdə Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə, Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 qarşı ərizə ilə məhkəməyə müraciət edərək, mərhum X3ndan miras qalmış Bərdə-Tərtər yolunun cənub tərəfində ümumi sahəsi 476.4 kv.m olan vələdiyyə mülkiyyətində olna 1 mərtəbəli, **********56-06301 reyestr nömrəli qeyri yaşayış sahəsi, Bərdə şəhəri Bərdə-Tərtər yolunda ümumi sahəsi 53.5 kv.m olan dövlət mülkiyyətli, 0.006 ha torpaq sahəsində yerləşən **********74-06301 reyestr nömrəli qeyri yaşayış binası və Bərdə rayonu Zümürxaç kəndində yerləşən ümumi sahəsi 34.9 kv.m olan dövlət mülkiyyətli, 0,0042 ha torpaq sahəsində yerləşən **********02-06301 reyestr nömrəli qeyri yaşayış binalarının mirası qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsinə və miras əmlak kimi onun qəbul etmə faktının təsdiq edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Daha sonra Ərizəçi məhkəməyə ərizənin həcminin azaldılması barədə ərizə verərək, mərhum X3ndan miras qalmış Bərdə-Tərtər yolunun cənub tərəfində ümumi sahəsi 476.4 kv.m olan vələdiyyə mülkiyyətində olna 1 mərtəbəli, **********56-06301 reyestr nömrəli qeyri yaşayış sahəsi, Bərdə şəhəri Bərdə-Tərtər yolunda ümumi sahəsi 53.5 kv.m olan dövlət mülkiyyətli, 0.006 ha torpaq sahəsində yerləşən **********74-06301 reyestr nömrəli qeyri yaşayış binası və Bərdə rayonu Zümürxaç kəndində yerləşən ümumi sahəsi 34.9 kv.m olan dövlət mülkiyyətli, 0,0042 ha torpaq sahəsində yerləşən **********02-06301 reyestr nömrəli qeyri yaşayış binalarının qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsi tələbinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia ərizəsində qeyd edilən işin halları: Ərizəçi iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxxx 1989-cu il təvəllüdlüdür. X3, anası isə Maraqlı şəxs2dır. Onlar 2 qardaş 1 bacı olmuşlar. X3 20 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. Atası vəfat etməmişdən öncə atasının xüsusi mülkiyyətində Bərdə-Tərtər yolunun cənub tərəfində ümumi sahəsi 46.4 kvv.m olan bələdiyyə mülkiyyətində olan 1 mərtəbəli, **********56-06301 reyestr nömrəli qeyri yaşayış sahəsi, Bərdə şəhəri Bərdə-Tərtər yolunda ümumi sahəsi 53.5 kv.m olan dövlət mülkiyyətli, 0.006 ha torpaq sahəsində yerləşən **********74-06301 reyestr nömrəli qeyriyaşayış binası və Bərdə rayonu Zümürxaç kəndində yerləşən ümumi sahəsi 34.9 kv.m olan Dövlət mülkiyyətli, 0.0042 ha torpaq sahəsində yerləşən **********02-06301 reyestr nömrəli qeyri yaşayış binasına atasının adına Çıxarışlar verilmişdir. Qeyd etdiyi qeyriyaşayış binalarını atası vəfat etməmişdən öncə faktiki olaraq qəbul etmişdir. Atası vəfat etdikdən sonra o, həmin qeyri-yaşayış binalarını faktiki olaraq miras əmlak kimi qəbul etmişdir. İndi isə o, hazırda miras qalmış qeyri-yaşayış binalarını rəsmi olaraq adına sənədləşdirmək istəyir. Bununla bağlı Bərdə regional Asan xidmət mərkəzinin notariat ofisinə müraciət etdikdə isə onun adına sənədləşdirməkdən imtina etdilər. Səbəbi kimi miras əmlakın qəbul edilməsi müddətinin ötürülmüş hesab edilməsi olmuşdur. O,atası vəfat etdikdən sonra vaxtının olmaması və məlumatsız olması səbəbindən miras əmlakın qəbulu ilə bağlı ərizə ilə müraciət etməmişdir. Bunun üçün də miras əmlakı qəbul etmə müddəti ötürülmüşdür. Hazırda maraqlı şəxs kimi qeyd etdiyi anasının, bacısının və qardaşının onun qeyri-yaşayış binalarını rəsmi olaraq qəbul etməsinə etirazları yoxdur. Bərdə-Tərtər yolunun cənub tərəfində ümumi sahəsi 46.4 l kv.m olan bələdiyyə mülkiyyətində olan 1 mərtəbəli, **********56-06301 reyestr nömrəli qeyri yaşayış sahəsi, Bərdə şəhəri Bərdə-Tərtər yolunda ümumi sahəsi 53.5 kv.m olan dövlət mülkiyyətli, 0.006 ha torpaq sahəsində yerləşən **********74-06301 reyestr nömrəli qeyri yaşayış binası və Bərdə rayonu Zümürxaç kəndində yerləşən ümumi sahəsi 34.9 kv.m olan Dövlət mülkiyyətli, 0.0042 ha torpaq sahəsində yerləşən **********02-06301 reyestr nömrəli qeyri yaşayış binaları hazırda onun istifadəsində olmasını onunla bir kənddə yaşayan qonşuları və qohumları da təstiq edə bilərlər. Bunun üçündə mirasın qəbul edilməsi müddətinin ötürülməmiş hesab edilməsini istəyir. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi ərizəni müdafə edərək, ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Bərdə Regional “Asan Xidmət Mərkəzində Notariat Ofisinin xüsusi notariusu vəzifəsini müvəqqəti icra edən Babək Atayev məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasında iştirak etməməyini üzrlü hesab edərək qanunamüvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs3, Maraqlı şəxs4 məhkəməyə gəlməmişdir və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxslər Maraqlı şəxs2, Maraqlı şəxs4 məhkəmənin 21 yanvar 2025-ci il tarixdə keçirilən hazırlıq iclasında ərizənin təmin edilməsinə etirazlarının olmadıqlarını bildirdilər. Məhkəmə ərizəçinin, maraqlı şəxslərin izahatını dinləyib, mülki işin materilallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş sənədlər: Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs4 xx xxxxx 1984-cü ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AZE seriyalı 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs2 5 noyabr 1955-ci ildə Ağdərə rayonu, Manikli kəndində doğulmuşdur, Ağdam Rayonu Məlikli kəndində qeydiyyatdadır. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Maraqlı şəxs3 xx xxxx 1985-ci ildə doğulmuşdur. Azərbaycan Respublikası vətəndaşının AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxxxxxx 1989-cu ildə doğulmuşdur. İİİ-JQ 307338 nömrəli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X8 və X10 arasında nikah 22 iyul 1983-cü ildə 19 nömrə ilə Azərbaycan SSR Mirbəşir rayonunun Səhlabad kənd sovetində qeyd edilmiş, nikahdan sonra arvada Ağayeva soyadı verilmişdir. 850336 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, Maraqlı şəxs4 xx xxxxx 1984-cü ildə doğulmuşdur, X3, Maraqlı şəxs2dır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 359620 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X8 19 dekabr 2023-cü ildə ölmüşdür. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV 497646 nömrəli arayışdan görünür ki, Maraqlı şəxs3 xx xxxx 1985-ci ildə doğulmuşdur, X3, anası Maraqlı şəxs2dır. Bərdə rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-T 225574 nömrəli arayışdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1989-cu ildə doğulmuşdur, X3, anası Maraqlı şəxs2dır. AA 166249 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Ağdam rayonundan məcburi köçkündür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli Çıxarışdan görünür ki, X5 mülkiyyətinə Bərdə Tərtər yolunun sənub tərəfindən 0.0111 ha torpaq sahəsində ümumi sahəsi 46.4 kv.m olan qeyri-yaşayış binası qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX ******* nömrəli Çıxarışdan görünür ki, X5 mülkiyyətinə Bərdə Tərtər yolunun kənarında 0.006 ha torpaq sahəsində ümumi sahəsi 53.5 kv.m olan qeyri-yaşayış binası qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, X5 mülkiyyətinə Bərdə rayonu Zümürxaç kəndində 0.0042 ha torpaq sahəsində ümumi sahəsi 34.9 kv.m olan qeyriyaşayış binası qeydiyyata alınmışdır. Bərdə Regional “Asan Xidmət” mərkəzində notariat ofisinin 25 avqust 2024-cü il tarixli 2066/2024 nömrəli məktubundan görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan Ərizəçi 20 noyabr 2023-cü il tarixdə vəfat etmiş Ağam rayonu Məlikli kəndi ünvanında qeydiyyatda olmuş X3ndan qalmış miras əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün 25 avqust 2024-cü il tarixdə ərizə ilə Bərdə Regional “Asan Xidmət” mərkəzində notarat ofisinə müraciət etmiş, miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna verilmədiyindən, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti ötürdüyündən, müvafiq rayon məhkməəsinə müraciət etməsi izah olunmuşdur. Maraqlı şəxs3 tərəfindən verlmiş, Rusiya Federasiyası, Moskva vilayəti, Balaşixa notariat dairəsinin notariusu tərəfindən təsdiq edilmiş ərizədən görünür ki, X3ndan miras qalmış əmlakdan ona düşən paydan qardaşı Ərizəçi xeyrinə imtina edir. Ərizəçi tərəfindən Bərdə Regional “Asan Xidmət” Mərkəzində notariat ofisinə verdiyi ərizədə X4 qalmış miras əmlak üzrə vərəsəliyin açılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Qaçqınların və X6 Üzrə Dövlət Komitəsi Bərdə rayon Nümayəndəliyi tərəfindən verilmiş 23 aprel 2024-cü il tarixli 212 nömrəli arayışdan görünür ki, 3 iyun 1959-cu ildə Tərtər rayonnu Səhlabad kəndində anadan olmuş, X8 Ağdam rayonu Məlikli kəndindən məcburi köçkün düşmüşdür, vəfatınadək Bərdə rayonu Qaradağlı kəndində yaşamış, 20 noyabr 2023-cü ildə vəfat etmişdir. Bərdə rayon Güloğlular kənd İƏV üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 avqust 2024-cü il tarixli 957 nömrəli arayışdan görünür ki, Bərdə rayonu Qaradağlı kəndində yaşamış mərhum X8 oğlunun ailə üzvüləri X9, Ərizəçi, Maraqlı şəxs4, Maraqlı şəxs3 ibarət olmuşdur. “Elektron notariat” X1 vasitəsi ilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X8 3 iyun 1959-cu ildə doğulmuş, 20 noyabr 2023-cü ildə ölmüşdür. “Elektron notariat” X1 vasitəsi ilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X11 1 yanvar 1930-cu ildə doğulmuş, 26 may 2007-ci ildə ölmüşdür. “Elektron notariat” X1 vasitəsi ilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X8 3 iyun 1959-cu ildə doğulmuş, atası X11, anası X7 olmuşdur. “Elektron notariat” X1 vasitəsi ilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, X8 və X10 rəsmi nikah qeydiyyatından keçməklə evlənmişdir. “Elektron notariat” X1 vasitəsi ilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, Maraqlı şəxs4 xx xxxxx 1984-cü ildə doğulmuşdur, X3, Maraqlı şəxs2dır. “Elektron notariat” X1 vasitəsi ilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, Maraqlı şəxs3 xx xxxx 1985-ci ildə doğulmuşdur, X3, anası Maraqlı şəxs2dır. “Elektron notariat” X1 vasitəsi ilə “Vətəndaşlıq vəziyyəti aktları” AQİS-dən çıxarışdan görünür ki, Ərizəçi xx xxxxxxxx 1989-cu ildə doğulmuşdur, X3, anası Maraqlı şəxs2dır. Azərbaycan respublikası Tibbi Ərazi Bölmələrinin İdaretmə Birliyi “Bərdə Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxs tərəfindən verilmiş 6 mart 2025-ci il tarixli 1022 nömrəli arayışdan görünür ki, 3 iyun 1959-cu il təvəllüdlü X8 17 aprel 2023-cü il tarixdə “Bərdə RMX” phş-nin Poliklinika şöbəsinin Onkoloj kabinetində “C80.9 ilkin lokalizasiyası naməlum bədxassəli yenitörəmə” diaqnozu ilə dispanser qeiydiyyatına götürülüb. X8 28 sentyabr 2023-cü il-19 oktyabr 2023-cü il tarixlərində “C 80.9 İlkin lokalizasiyası naməlum bədxassəli yenitörəmə” diaqnozu iləRMX-da stasionar şəraitdə müalicədə olmuşdur. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Məhkəmənin mövqeyi: Məhkəmə işin faktiki hallarını, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İşin araşdırılan hallarından göründüyü kimi miras qoyan X8 20 noyabr 2023-cü il tarixdə vəfat etmişdir. Onun vəfatından sonra ondan miras qalmış əmlak ərizəçi tərəfindən faktiki olaraq miras əmlak kimi qəbul edilərək, idarə edilmişdir, lakin məlumatlı olmadığından və atasının uzun sürən xəstəlikdən sonra vəfat etməsi səbəbindən vaxtında vərəsəlik işinin açılması və miras üzrə vərəsəlik şəhadətnaməsinin verilməsi üçün notariat ofisinə müraciət etməmişdir. Buna baxmayaraq, ərizəçi miras əmlakı faktiki olaraq qəbul etmişdir. Miras qoyanın 26 dekabr 2023-cü il tarixədək vəfat etdiyini nəzərə alaraq hazırki iddia üzrə “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarı tətbiq edilməyəcək. Göründüyü kimi ərizəçi tərəfindən miras əmlakın qəbulu ilə bağlı müraciətin edilməsi üzrlü səbəblərdən ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsində müəyyən edilmiş altı aylıq müddət mirasın qəbulunun notariat qaydasında rəsmiləşdirilməsi üçün nəzərdə tutulmuş müddətdir. Həmin müddətin ötürülməsindən sonra mirasın qəbulu məsələsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən həll edilməlidir. Qeyd edilənlərə əsasən ərizə təmin edilməli X2 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş Bərdə-Tərtər yolunun cənub tərəfində ümumi sahəsi 46.4 kvv.m olan bələdiyyə mülkiyyətində olan 1 mərtəbəli, **********56- 06301 reyestr nömrəli qeyri yaşayış sahəsi, Bərdə şəhəri Bərdə-Tərtər yolunda ümumi sahəsi 53.5 kv.m olan dövlət mülkiyyətli, 0.006 ha torpaq sahəsində yerləşən **********74- 06301 reyestr nömrəli qeyri-yaşayış binası və Bərdə rayonu Zümürxaç kəndində yerləşən ümumi sahəsi 34.9 kv.m olan Dövlət mülkiyyətli, 0.0042 ha torpaq sahəsində yerləşən **********02-06301 reyestr nömrəli qeyri yaşayış binalarında payı olan Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: Ərizə təmin edilsin. X2 miras qalmış Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi tərəfindən verilmiş **********56-06301 reyetsr nömrəli RX ******* nömrəli Çıxarışa əsasən Bərdə şəhəri, Bərdə-Tərtər yolunun cənub tərəfində yerləşən ümumi sahəsi 46.4 kv.m olan qeyri-yaşayış binası, **********74-06301 reyestr nömrəli RX ******* nömrəli Çıxarışa əsasən Bərdə şəhəri, Bərdə-Tərtər yolunda yerləşən ümumi sahəsi 53.5 kv.m qeyri-yaşayış binası, **********02-06301 reyestr nömrəli dövlət reyestrindən Çıxarışa əsasən Bərdə rayonu, Zümürxan kəndində yerləşən ümumi sahəsi 34.9 kv.m olan qeyri-yaşayış binasının Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılsın. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədiyi təqdirdə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar