Azərbaycan Respublikası adından QƏRARDAD Bərdə rayonu İş № 2(021)-843/2025 10.02.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hаkim Babaşov Fuad Bəhruz оğlunun sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3v oğlu və Cavabdeh4 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, icarə müqaviləsi ilə 15 il müddətinə onun istifadəsinə verilmiş olan və hal-hazırda zəbt olunmuş Bərdə rayonu Aslan-Əyricə meşəbəyliyi ərazisində yerləşən 50 ha torpaq sahəsindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 çıxarılmasına və ödənilmiş 100 manat dövlət rüsumunun cavabdehlərdən alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayon sakinidir. Aslan-Əyricə meşəbəyliyinin ərazisində məskunlaşan Laçın rayonunun keçmiş məcburi köçkünləri orada yerləşən binalarda məskunlaşmaqla yanaşı ətrafda olan 230 hektarlıq meşədə qiymətli ağac və kolluqları məhv edərək toıpaqda yonca, taxıl və bostan məhsulları əkiblər, üstəlik mal-qara da otarırlar. Hətta təzə əkilmiş akasiya ağaclarına da zərər verməkdən çəkinmirlər. Bu da təbiətə xeyli ekoloji zərər vurur. Uşaqlıq və yeniyetməlik dövrünü “Quşçular” deyilən ərazidə keçirdiyi üçün oradakı ağacların amansızcasına məhv edilməsi ürəyimi ağrıdır. Bu səbəbdən də həmin ərazidə meşə ağaclarının və kollarının bərpası üçün Azərbaycan Respublikasının Ekologiya Nazirliyinə müraciət etmişdir. Nazirlik təşəbbüsünə diqqətlə yanaşaraq 01 may 2019-cu il tarixdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Departamenti ‘Meşə fondu torpaqlarının icarəyə verilməsi barədə” aralarında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən 50 ha torpaq sahəsi illik 1300 manat ödəmək şərti ilə 15 il müddətinə onun istifadəsinə verilmişdir. O da bu məqsədlə müəyyən hazırlıq işləri görərək meşəni bərpa etmək fəaliyyətinə başlamışdır. Lakin həmin ərazidə məskunlaşan keçmiş məcburi köçkünlər Laçın rayon sakini Cavabdeh1 başçılığı altında olmaqla ona bərpa işləri aparmaqda qəti və aqressiv şəkildə mane olmuşdurlar. Çünki həmin sahədə qanun şəkildə əkin işləri aparırlar və onun ağac əkib təbiəti bərpa etmə cəhdləri onların maraqlarına sərf etmir. Sonuncu dəfə 05 oktyabr 2024-cü il tarixdə bərpa işləri təşəbbüsünün qarşısı zorakılıqla alındı. Cavabdehlərin Bərdə rayonun müxtəlif yerlərində şəxsi istifadəsində evləri vardır. Onlar meşə torpaqlarında yaşamaq məcburiyyətində deyillər. Buna baxmayaraq yenə də ona mane olmaqda israr edirlər. Halbuki o ülvi bir məqsədlə bu yola çıxaraq təbiətimizin ziyan görmüş bir hissəsini bərpa etmək istəyir. Hazırda 5 ildən artıq bir müddə öhdəliyini yerinə yetirə bilmədiyi üçün nazirlikdən də tənbehə məruz qalır. Dəfələrlə ona məxsus olan 50 ha torpaq sahəsini tərk etməklərini cavabdehlərdən tələb etdikdə isə bunu etməkdən qəti şəkildə imtina edir və bildirirlər ki, “ həmin torpaq sahəsi onlara məxsusdur .” Halbuki həmin toıpaq icarə müqaviləsi ilə 15 illik müddətə onun istifadəsinə verilmişdir. Halhazırdada cavabdehlərin icarə müqaviləsinə əsasən 15 il müddətinə onun istifadəsinə verilmiş 50 ha torpaq sahəsindən çıxarılmasını istəyir. Çünki hal-hazırda həmin torpaq sahəsində nəzərdə tutulmuş bərpa və abadlaşdırma işləri aparılması üçün heç bir tədbir işlərini həyata keçirə bilmir, buna görə də meşənin ekoloji vəziyyəti getdikcə daha da pisləşir. Cavabdehlərin sözügedən torpaq sahəsini zəbt etmələri və orada olan ağacları məhv etmələrinə görə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər nazirliyi 9 saylı regional ekologiya və təbii sərvətlər idarəsinin araşdırması əsasında toplanmış sənədlərdə bütün faktlar aydınlaşmışdır. Bunun üçündə məcbur qalıb məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı oğl iddia tələbini müdafiə edərək əlavə olaraq göstərmişdir ki, icarə müqaviləsi Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydə alınsa da lakin çıxarışın verilməsi üçün tələb olunan dövlət rüsumunu ödəməyə imkanı olmadığından çıxarış ala bilməmişdir. Məhkəmə iclasında Cavabdeh3 izahatında göstərmişdir ki, məcburi köçkün olduqları üçün həmin ərazidən onlara istifadə etmək üçün 2,85 ha torpaQ sahəsi verilmişdir. Həmin ərazi əvvəllər qırqovul yetişdirmə məntəqəsi olmuş, sonradan ləvğ edilmişdir. Hazırda həmin torpaq sahəsində əkin əkir mal-qara saxlayırlar. Məhkəmə iclasının vaxtı və yeri barədə digər cavabdehlərə məlumat verilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfləri dinləyib işdə olan sənədləri araşdırıb hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, MPM-in 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır. MPM-in 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Göründüyü kimi iddiaçı Bərdə rayonu Aslan-Əyricə meşəbəyliyi ərazisində yerləşən 50 ha torpaq sahəsinin 15 il müddətinə onun icarəsinə verildiyini bildirsədə icarə müqaviləsinin Daşınmaz Əmlakın Dövlət reyestrində qeydə alınmasına dair çıxarışı iş materiallarına əlavə etməmişdir. Bu isə işə mahiyyəti üzrə baxılıb mübahisənin həll edilməsinə maneçilik törədir. İddiaçı isə keçən müddət ərzində çıxarışı məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçı əsl olmayan iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə dair məhkəməyə ərizə versə də elektron informasiya sistemində iddiaçını dəyişmək mümkün olmadığından məhkəmə hazırki ərizənin baxılmamış saxlanılması və iddiaçıya hüquqi şəxs adından iddia ilə məhkəməyə müraciət etməsi barədə izah verilməsini məqsədəuyğun hesab edir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalı, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 170, 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3v oğlu və Cavabdeh4 qarşı “torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bərdə Rayon Məhkəməsinə şikayət verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №2(021)-843/2025
Bərdə Rayon Məhkəməsi Qərardad — İş №2(021)-843/2025
10.02.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver