Məhkəmə qərarları › İş №2(021)-846/2025

Bərdə Rayon Məhkəməsi Qətnamə — İş №2(021)-846/2025

23.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bərdə rayonu İş № 2(021)-846/2025 23.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X6, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb edilməklə “hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi” barədə xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi: Ərizəçi Maraqlı şəxs cəlb edilməklə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs tərəfindən verilmiş “nikah haqqında 14 noyabr 1966-cı il tarixli 34 nömrəli akt qeydinin çıxarışın atasının X7, anası Hüseynov(Quliyeva) Fəridə Calal qızına məxsus olması və onların onun doğma ata və anası olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx xxxxxxxx 1971-ci il təvəllüdlüdür,ailəlidir, Bərdə rayon Hacılar kənd sakinidir.X2 xx.xx.1939-cu il təvəllüdlür, anası Hüseynova(Quliyeva) Fəridə Calal qızı isə xx.xx.1939-cu il təvəllüdlüdür. X33 xx.xx.2019-cu ildə, anası Fəridə Hüseynova xx.xx.2010-cu ildə ölmüşdür. Atasının ölümü ilə bağlı AZ-İ989110 olan xx.xx.2019-cu il tarixli, anasının ölümü ilə bağlı isə AZ-İ409431 olan xx.xx.2010-cu il tarixli ölüm haqqında şəhadətnamələr alınmışdır. Valideyinlərinin ölümündən sonra onlardan qalmış miras əmlak onun sahibliyində və istifadəsində olsa da həmin əmlaklar üzərində sərəncam hüququnu həyata keçirə bilmir. Belə ki, Bərdə Rayon Qeydiyyta Şöbəsi tərəfindən verilmiş valideyinlərinin Nikah haqqında 14 noyabr 1966-cı il tarixli 34 nömrəli akt qeydinin çıxarışında atası X1 səhvən Həmidov kimi anası Hüseynova(Quliyeva) Fəridə Calal qızının soyadı “Həmidova” kimi qeyd edilmişdir. Odur ki, Bərdə Rayon Qeydiyyta Şöbəsi tərəfindən verilmiş valideyinlərinin Nikah haqqında 14 noyabr 1966-cı il tarixli 34 nömrəli akt qeydinin çıxarışın X2na, anası Hüseynova(Quliyeva) Fəridə Calal qızına məxsus olması və onların onun doğma ata və anası olması faktının müəyyən edilib təsdiq edilməsinə dair qətnaməyə ehtiyacı vardır. Qeyd etdikləri şəxsiyyət vəsiqəsində, doğum haqqında şəhadətnamələrdə, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrdən çıxarışda, Eldar Hüseynovun diplomunda, ölüm haqqında şəhadətnamələrdə öz təsdiqini tapmışdır. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasında Ərizəçi olaraq ərizəni müdafiə edərək, ərizəyə uyğun izahat verərək, ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına nümayəndəsini göndərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə görə işdə iştirak edən şəxsin nümayəndəsinin gəlməməsi işə baxmağa mane olmur. Şərh olunan prosessual hüquq normasına əsaslanaraq məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün sayır. Məhkəmə ərizəçinin izahatını dinləyib, mülki işin materiallarını nəzərdən keçirib belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına istinad: İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 23 oktyabr 2019-cu il tarixli, AZ-İ 989110 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 18 oktyabr 2019-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 29 oktyabr 2019-cu il tarixdə 11 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi Üzrə nümayəndəliyi tərəfindən verilmiş 25 avqust 2010-cu il tarixli, AZ-İ 409431 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 07 avqust 2010-cu il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 25 avqust 2010-cu il tarixdə 25 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə 23 iyun 1964- cü il tarixli, 129245 nömrəli fərqlənmə diplomunun surətindən görünür ki, X16 1961-ci ildə Azərbaycan SSR KƏnd Təsərrüfatı məhsulları İstehsalı və Tədarükü Nazirliyinin Nuxa kənd təsərrüfatı Texnikomuna daxil olmuş 1964-cü ildə həmin texnikomu bitirmişdir. İş materiallarına əlavə edilmiş Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 06 may 2025-ci il tarixli, 76 nömrəli arayışdan görünür ki, uzun illər əvvəl Bərdə rayonunun Bozaxlar kimi adlanan kəndi sonra Bərdə rayonu Hacılar kəndi kimi tanınmış və təsdiqlənmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Mustafaağalı kənd Sovetliyi( icra nümayəndəliyi) tərəfindən verilmiş AZB065578 nömrəli, 06 oktyabr 1971-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görününür ki, Ərizəçi xx xxxxxxxx 1971-ci ildə doğulmuş, X2 anası X8 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 06 oktyabr 1971-ci ildə 58 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Mustafaağalı kənd Sovetliyi (icra nümayəndəliyi) tərəfindən verilmiş İV-JQ 315504 nömrəli, 07 fevral 1976-cı il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görününür ki, Hüseynova Hicran Eldar qızı 28 yanvar 1976-ci ildə doğulmuş, X2 anası X8 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 07 fevral 1976-cı ildə 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Mustafaağalı kənd Sovetliyi( icra nümayəndəliyi) tərəfindən verilmiş AZB065578 nömrəli, 06 oktyabr 1971-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görününür ki, Ərizəçi xx xxxxxxxx 1971-ci ildə doğulmuş, X2 anası X8 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 06 oktyabr 1971-ci ildə 58 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Mustafaağalı kənd Sovetliyi( icra nümayəndəliyi) tərəfindən verilmiş AZ ******* nömrəli, 25 avqust 1970-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görününür ki, X9 09 sentyabr 1969-cu ildə doğulmuş, X2 anası X8 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 25 avqust 1970-ci ildə 53 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Mustafaağalı kənd Sovetliyi( icra nümayəndəliyi) tərəfindən verilmiş AZ1404598 nömrəli, 28 dekabr 1967-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görününür ki, Hüseynov Elman oğlu 17 oktyabr 1967-ci ildə doğulmuş, X2 anası X8 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 28 dekabr 1967-ci ildə 103 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Mustafaağalı kənd Sovetliyi( icra nümayəndəliyi) tərəfindən verilmiş V-JQ463576 nömrəli, 26 iyun 1978-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görününür ki, X10 25 may 1978-ci ildə doğulmuş, X2 anası X8 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 26 iyun 1978-ci ildə 36 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu Mustafaağalı kənd Sovetliyi (icra nümayəndəliyi) tərəfindən verilmiş İ-İE 639376 nömrəli, 26 sentyabr 1958-ci il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görününür ki, X12 02 mart 1939-cu ildə doğulmuş, atası X19 anası X4 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 26 sentyabr 1958-ci ildə 134 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayonu ZAQS Bürosu tərəfindən verilmiş İ-İE 196471 nömrəli, 23 avqust 1956-cı il tarixli Doğum haqqında şəhadətnamənin surətindən görününür ki, X12 02 mart 1939-cu ildə doğulmuş, atası X19 anası X4 olmaqla bu barədə doğum haqqında akt qeydləri kitabında 26 sentyabr 1958-ci ildə 134 nömrə ilə qeyd edilmişdir. Mülki iş materiallarına əlavə edilmiş 25 noyabr 1965-ci il tarixli, ******* nömrəli hərbi biletin surətindən görünür ki, X17 11 dekabr 1961-ci ildən 04 iyul 1964-cü ilə kimi hərbi xidmətdə olmuşdur. İş materiallarına əlavə edilmiş Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri X39 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bərdə rayonu Hacılar kəndində yerləşən 0,50 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi tam mülkiyyət hüququ ilə xx.xx.2019-cu il tarixdə X5 adına qeydiyyata alınmışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan SSR Maarif Nazirliyi Kəmal Attestatının surətindən görünür ki, X16 1939-cu ildə Bərdə rayonu Mustafağalı kəndində doğulmuş və 1956-cı ildə Bərdə rayonu Boyəhmədli kənd orta məktəbinə daxil olaraq 1959-cu ildə həmin məktəbi bitirmişdir. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 19 noyabr 2024-cü il tarixli, 1575-05/69 saylı arayışdan görünür ki, X20 ilə X13 14 noyabr 1966-cı il tarixdə 34 nömrəli akt qeydi tərtib olunmuşdur.Nikah Bərdə rayon Mustafağalı kənd İcra Nümayəndiliyində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra ərə Həmidov, arvada Həmidova soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Başçısının Hüseynalılar kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyi tərəfindən verilmiş 03 dekabr 2024-cü il tarixli, 458 nömrəli arayışdan görünür ki, Ərizəçi Bərdə rayonu Hacılar kəndində yaşayır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Vətəndaşının AZE seriyalı,03226069 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, X16 xx.xx.1939-cu ildə doğulmuş, Bərdə rayonu Hacılar kəndində qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, Ərizəçi xx xxxxxxxx 1971-ci il tarixdə doğulmuşdur. İş materiallarına əlavə edilmiş Maraqlı şəxs tərəfindən verilmiş 02 dekabr 2024-cü il tarixli 3-16-5/8-15-652/2024 saylı məktubdan görünür ki, Ərizəçi Maraqlı şəxsnə ərizə ilə müraciət etmiş, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanı məhkəməyə müraciət etməyi məsləhət görmüşdür. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. 07 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində izahat vermiş X28 bildirmişdir ki, Ərizəçi ilə həmkəndlidirlər. Ərizəçinin atasını X3 tanımışdır. Eldar Hüseynovun evi ilə atası evi qonşu olmuşdur. X5 Aqşin və Elman adlı iki oğlu, Heyran, Ceyran və Hicran adlı 3 qızı var. X5 həyat yoldaşının adı Fəridə olmuş, Fəridə kənd tibb məntəqəsində tibb baçısı işləmişdir. Eldar Hüseynov və həyat yoldaşı Fəridə vəfat etmiş, hər ikisi Bərdə rayonu Hacılar kənd qəbristanlığında əfn olunmuşdur. 07 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində izahat vermiş X21 bildirmişdir ki, Ərizəçi ilə həmkəndli olmaqla uzaq qohumdurlar. Ərizəçinin atasını X3 tanımışdır. X5 Aqşin və Elman adlı iki oğlu, Heyran, Ceyran və Hicran adlı 3 qızı var. X5 həyat yoldaşının adı Fəridə olmuş, Fəridə kənd tibb məntəqəsində tibb bacısı işləmişdir. Eldar Hüseynov və həyat yoldaşı Fəridə vəfat etmiş, hər ikisi Bərdə rayonu Hacılar kənd qəbristanlığında əfn olunmuşdur. 07 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində izahat vermiş X22 digər şahidlər X28 və X21 ilə eyni məzmunlu izahat vermişdir. 07 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində izahat vermiş X18 bildirmişdir ki, Ərizəçi qardaşıdır. X2, anası Hüseynova( Quliyeva) Fəridə Calal qızıdır. İki qardaş 3 bacıdırlar. Atasının və anasının soyadı Hüseynov olsada valideyinlərinin nikah akt qeydində soyadları səhv yazılmışdır. Atası indi Şəki şəhərində yerləşən texnikomu bitirmişdir. Anası 2009-cu ildə atası 2019-cu ildə vəfat etmişdir. Hər iki valideyini Bərdə rayonu Hacılar kənd qəbristanlığında dəfn edilmişdir. 07 may 2025-ci il tarixli məhkəmə iclasında şahid qismində izahat vermiş X14 və Hüseynova Hicran Eldar qızı X18 ilə eyni məzmunlu izahat vermişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1 və 76.2-ci maddələrinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 307.2.10-cu maddəsinə əsasən, atalığın etiraf olunması faktına dair hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmədə baxılır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmin Məcəllənin 307-ci mаddəsinə əsаsən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və yа əmlаk hüquqlаrının əmələ gəlməsi, dəyişməsi, xitаm verilməsinin аsılı оlduğu fаktlаrı müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci mаddəsinə əsаsən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi bаrədə də işlərə bаxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təsdiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Həmin Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın-yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi-şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü-məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 11-ci hissəsinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.10-cu maddəsində nəzərdə tutulan faktın- yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: 1. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. Həmin qərarın 11.2-ci bəndinə əsasən atanın sağ olduğu dövrdə atalığın müəyyən olunması isə Ailə Məcəlləsinin 45.1-ci maddəsinə əsasən həll edilir və birmənalı olaraq bu iddialara iddia icraatı qaydasında baxılır. Həmin qərarın 11.3-cü bəndinə əsasən ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər. Avropa İnsan Hüquqları Məhkəməsi “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi “Ankerlin” işində qeyd etmişdir ki, əks maraqların toqquşduğu məhkəmə prosesində tərəflərin bərabərliyi onu nəzərdə tutur ki, hər bir tərəf öz sübutlarını digər tərəfin ona münasibətdə heç bir üstünlüyə malik olmadığı şəraitdə təqdim etmək üçün ağlabatan imkana malik olmalıdır. Tərəflərin prosesdə bərabərliyinin təmin edilməsi isə məhkəmələr tərəfindən həyata keçirilməlidir. Məhkəmələr üçün heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi olmamalı və onlar işin faktiki hallarını məhz məhkəmə baxışı zamanı araşdırdığı sübutlar əsasında müəyyən etməli, qərarlarının qanuniliyi və əsaslılığını təmin etməlidirlər. Məhkəmənin mövqeyi: Məhkəmə yuxarıda qeyd olunanlara və araşdırılmış sübutların məcmusuna qiymət verərək belə hesab edir ki, Ərizəçi doğum haqqında şəhadətnaməsində anası X11 qeyd edilmişdir. Bu səbəbdən qeyd edilən faktın müəyyən edilməsinə zərurət yoxdur. Ərizəçi atasının X16 olması faktının müəyyən olunması isə işdə olan sənədlər, xatirə şəkilləri və digər sübutlarla təsdiq edildiyindən ərizə həmin hissədə qismən təmin edilməli, X5 Ərizəçi atası olması faktı müəyyən olunmalıdır. Bundan başqa məhkəmə hesab edir ki, Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında 14 noyabr 1966-cı il tarixli, 34 nömrəli akt qeydinin X7 və Hüseynova (Quliyeva) Fəridə Calal qızına məxsus olması iş materialları ilə tam sübut olunduğundan ərizə həmin hissədə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: Ərizə qismən təmin edilsin. Maraqlı şəxs tərəfindən verilmiş nikah haqqında 14 noyabr 1966-cı il tarixli, 34 nömrəli akt qeydinin X7 və Hüseynova (Quliyeva) Fəridə Calal qızına məxsus olması və X5 Ərizəçi atası olması faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bərdə Rayon Məhkəməsi (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə) vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Hakim: Bayram Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar